Türkiyə Cənubi Qafqazda...
02.09.2023 [11:00]
Ankara tənzimlənmə prosesinə töhfə verəcək
XİN başçılarının görüşünün əsas müzakirə predmetləri ...
Son dövrlərdə qlobal aktora çevrilmiş Türkiyənin ən kritik razılaşmalara uğurla “hakimlik” etməsi faktı növbəti dəfə təsdiqlənir. Rusiya - Ukrayna müharibəsi fonunda ortaya çıxan ərazaq təhdidi probleminin, xüsusilə buğda ixracatında yaranan çətinliklərin həlli ilə bağlı Türkiyənin apardğı uğurlu siyasət ötən ilin payızında “Taxıl sazişi”nin imzalanması ilə nəticələnmişdi. Bu ilin yayında müddəti bitən saziş yenilənmədi - Rusiyanın tələblər irəli sürməsi müqavilənin artırılmasına mane oldu. Bir aydan artıqdır ki, davam edən danışıqlar isə artıq ki, bəhrəsini verir - Türkiyənin israrları Moskvanın yenidən sazişə qayıtmasını təmin edə bilər. Məsələ, Türkiyənin XİN rəhbəri Hakan Fidanın Rusiya səfəri çərçivəsində əsas müzakirə predmeti olub.
Yeni təkliflər paketi...
Türkiyənin “Milliyyət” qəzetinin yaydığı məlumata görə, xarici işlər naziri Hakan Fidan rəsmi təmaslar üçün səfər etdiyi Moskvada Rusiyalı həmkarı Sergey Lavrov ilə ikitərəfli görüş keçirib. İkitərəfli görüşün ardından isə Fidan və Lavrov birgə mətbuat konfransı keçirib. H.Fidan bildirib ki, görüşdə həm ikitərəfli, həm də regional məsələlərlə bağlı intensiv məsləhətləşmələr aparılıb. Əsas müzakirə predmeti isə Qara dəniz təşəbbüsünün canlandırılması olub: “Biz təşəbbüsün həm qlobal ərzaq təhlükəsizliyi, həm də Qara dənizdə sabitlik üçün xüsusi əhəmiyyətini xatırlatdıq, təşəbbüsün həyata keçirilməsinin bütün sahələrdə sabitliyi bərpa edəcəyinə inandığımızı bəyan etdik. Rusiyanın bir sıra tələbləri var Ölkəmizin gərgin səyləri və töhfələri ilə BMT yeni bir təklif paketi hazırlayıb. Hesab edirik ki, bu təkl?flər paketi təşəbbüsün canlanması üçün münasib zəmin yaradır”“.
Bunun qarşılığında isə Rusiya XİN başçısı Lavrov Qərbin Rusiya taxılının ixracı ilə bağlı verdiyi sözə əməl etmədiyini bildirib. Onun sözlərinə görə, BMT ilə razılaşdırılmış müqavilədəki şərtlər yerinə yetirildiyi zaman Moskva taxıl müqaviləsinə dönəcək.
Ankara vasitəçiliyini davam etdirir
Ukrayna - Rusiya müharibəsi ilə bağlı da danışıqların davam etidirildiyini bildirən H.Fidan müharibənin fəsadlarının getdikcə artdığını diqqətə çatdırıb. XİN rəhbəri deyib ki, Türkiyə bu münaqişənin diplomatik yollarla sona çatdırılması məqsədində israrlıdır: “Cənab Lavrovun diqqətinə də çatdırdım ki, Türkiyə bölgədə daimi sülh və sabitliyin bərqərar olması üçün əlindən gələn dəstəyi nümayiş etdirəcək. Türkiyə əvvəllər də danışıqlara ev sahibliyi edib. Lazımi şərait yaranan kimi biz vasitəçi rolumuzu davam etdiririk. Ötən həftə Kiyev səfərim zamanı da eyni mesajları paylaşdım”.
XİN rəhbəri yaxın zamanda Prezident Rəcəb Tayyib Ərdoğanla Prezident Putinin Soçidə görüşəcəyini də bildirib. O qeyd edib ki, görüşdə liderlər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər. XİN rəhbərlərinin görüşünün məhz dövlət başçılarının görüşünə hazırlıq olduğunu deyən Fidan rusiyalı həmkarı ilə iqtisadiyyatdan energetikaya, turizmdən konsulluq əlaqələrinə qədər ümumi qiymətləndirmə apardıqlarını söyləyib. “Krım tatar türklərinin vəziyyətini də müzakirə etdik. Terrorla mübarizədə iki ölkənin birgə fəaliyyət göstərməsinin vacibliyini vurğuladıq. Xüsusilə Suriya, Orta Asiya, Afrika, Qafqazdakı perspektivlərimizi və bu coğrafiyalardakı inkişafları müqayisə etdik. Qarşıdakı dövrlərdə biz cənab Lavrovla bu məsələləri müzakirə edəcəyik”, - deyə Fidan əlavə edib.
1 milyon ton taxıl...
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin görüşünün vaxtı dəqiqləşib. Rusiya tərəfinin məlumatına görə, görüş sentyabrın 4-də Soçidə baş tutacaq. İclasın əsas gündəmi dondurulmuş Taxıl sazişi olacaq. Sammitdə Rusiya-Ukrayna müharibəsi və Suriyadakı son hadisələr də müzakirə ediləcək. Eyni zamanda, Rusiyanın Türkiyəyə güzəştli qiymətlərlə 1 milyon ton taxıl göndərməyə hazır olduğu da bildirilib. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov brifinqdə deyib. Rusiyalı nazir bildirib ki, Qətər dövləti ticarət əməliyyatının maliyyə təminatında iştirak etmək istəyini ifadə edib: “Biz Rusiya prezidentinin 1 milyon tona qədər Rusiya taxilinin güzəştli qiymətlə Türkiyəyə çatdırılması, orada emal edilərək dünyanın ən ehtiyaclı ölkələrinə göndərilməsi məsələsini müzakirə etdik. Bu məsələ maliyyələşmədə iştirak etmək istəyən Qətərli dostlarımızla da müzakirə olunur”.
Türkiyə bu səylərdə konstruktiv və faydalı rol oynaya bilər
Rusiya ilə Türkiyə XİN rəhbərləri arasında baş tutan görüşdə Cənubi Qafqazla bağlı məsələlər də müzakirə edilib. Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı ilə danışıqlarda Cənubi Qafqaz regionundakı vəziyyətə də toxunduqlarını dilə gətirib. “Rusiya Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasına yardım etməkdə maraqlıdır. Eləcə də Rusiya Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdikləri bütün razılaşmaların, 2020-ci ilin razılaşmasından başlayaraq nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılması, eləcə də münaqişə sonrası bərpaya qədər razılaşmaların həyata keçirilməsində maraqlıdır. Əminik ki, Türkiyə bu səylərdə çox konstruktiv və faydalı rol oynaya bilər,” - deyə Rusiya XİN başçısı vurğulayıb.
Rolu artır...
Beləliklə, yaranan yeni siyasi situasiyada Türkiyənin bir sıra coğrafiyalarda, o cümlədən Cənubi Qafqazda manevr imkanları artır, təsir gücü daha da yüksəlir. Qarşıdakı zaman kəsiyində proseslərin inkişafı Türkiyənin Cənubi Qafqaz regionundakı tənzimlənmə prosesinə də töhfə verəcəyini deməyə əsas verir. Siyasi münasibətlərdə yeni səhifələrin açılması, regional əlaqələrinin dərinləşdirilməsi, siyasi sabitliyə verdiyi töhfələr, terrorizmə qarşı mübarizədəki qətiyyəti, eyni zamanda, Qafqazda siyasi münasibətlərin aydınlığa qovuşmasındakı təsir imkanları Türkiyənin bu vəzifəni uğurla həyata keçirə bilmə imkanlarını nümayiş etdirir. Beləliklə, Türkiyə artıq regional müstəvidə deyil, qlobal səviyyədə öz sözünə sahib olan dövlətlərdən sayılır. Bu, regionun digər böyük aktorları tərəfindən də etiraf olunur...
P. SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

