İki gün əvvəl nə baş vermişdi?
01.09.2023 [11:00]
Qondarma başçıdan qondarma parlamentə - istefa ərizəsi...
Reallığın ortaya çıxardığı mənzərə
Qarabağdakı qondarma rejim artıq son nəfəsini verir. Rejimin başçısı Araik Arutunyanın bu gün “istefa verəcəyi” ilə bağlı xəbər yayılıb. Arutyunyan dünən yazdığı “istefa” məktubu bu gün qondarma “parlament”ə təqdim edəcəyini deyib.
“Armenpress”in yaydığı məktubda qərarını izah edən Arutyunyan qeyd edib ki, onun tərcümeyi-halı və Azərbaycan hakimiyyətinin ona münasibəti gələcək addımlar və çevik siyasət baxımından süni problemlər yaradır. Onun bu etirafı əslində reallığın ortaya çıxardığı mənzərədir - Arutyunyan etiraf edir ki, Azərbaycan bütün məsələlərə nəzarət edir və ölkəmizin qətiyyətli mövqeyi artıq Xankəndidəki rejimin çöküşünü təmin edib. Sadəcə olaraq, Arutyunyanın Qarabağ ermənilərinin “nümayəndəsi” olaraq önə çıxmaq cəhdləri alınmadı. Burada da ölkəmizin mövqeyi və qətiyyəti öz sözünü deyib.
O qəbul etdi ki...
Arutyunyan məktubunda bildirir ki, müharibədəki məğlubiyyət və müharibədən sonrakı çətinliklər “hakimiyyətə”(qondarma rejim nəzərdə tutulur -red.), xüsusən də “prezidentə” (qondarma rejimin başçısı nəzərdə tutulur - red.) inam səviyyəsini aşağı salıb ki, bu da gələcəkdə yaxşı idarəçiliyə mane olur - “ona görə də dəyişikliyə özündən başlamaq qərarına gəldim”.
Təbii ki, 44 günlük Vətən müharibəsi regionda yeni siyasi reallıqlar formalaşdırmaqla yanaşı, prosesin tam şəkildə Azərbaycanın nəzarətinə keçməsini də təmin etdi. Azərbaycan dövləti post-müharibə dövründə Xankəndi də daxil olmaqla Rusiya sülhməramlılarının yerləşdirildiyi regionun nəzarət altına alınmasını təmin etdi - ölkəmiz sülh yolu ilə buna nail oldu. Azərbaycan dövləti reinteqrasiyanın vacibliyini və qaçılmazlığını önə sürdü - yaranan yeni situasiya Qarabağda yaşayan ermənilərin Azərbaycana olan inamını və etimadını formalaşdırır. Bu isə paralel olaraq qondarma rejimin illərlə apardığı “təbliğatın” iflasını, separatçıların gözdən düşməsini, ədalətin öz yerini tapmasını şərtləndirdi. Mart ayından etibarən Azərbaycanın təmasla bağlı təklifləri gündəmdədir. Birinci görüşün ardından qondarma rejimin məsələyə “müdaxilə” cəhdi mənfi nəticə verdi - reintqerasiya prosesinin ən əsas elementi sayılan bu təmaslar dayandırıldı. Ardından isə “şərtlər” irəli sürüldü ki, bu da qəbuledilməz idi - rəsmi Bakı ötən dövrdə əldə etdiyi nailiyyətlərlə sübut etdi ki, şərtləri Azərbaycan diqtə edir. Laçın dövlət sərhəd- buraxılış məntəqəsi ətrafında başlanan şou prosesinin uğursuz şəkildə sonlanması da buna bariz nümunədir. Hətta Fransa və başqa “dəstəkçilərin” apardıqları əsassız təbliğata baxmayaraq Azərbaycan özünün beynəlxalq hüquqa söykənən və ədalətə əsaslanan mövqeyini müdafiə etdi - beləliklə, Xankəndi ilə bağlı yeni siyasi reallıqlar formalaşdırdı.
Qərarın əsl səbəbləri...
Araik Arutyunyan məktubunda bildirib ki, bu onun son qərarıdır və bu qərar iki gün əvvəl verilib: “Qərarı iki gün əvvəl son həftələrdə daxili və xarici aktorlarla, eləcə də geniş ictimaiyyətlə təmaslarımı nəzərə alaraq vermişəm. Bu, məndə olan məlumatların təhlilləri əsasında qəbul edilmiş balanslaşdırılmış qərarımdır”.
Arutyunyanın qərarının iki gün əvvələ - Azərbaycanın Qırmızı Aypara Cəmiyyətinin göndərdiyi yardımlarla eyni vaxta düşməsi də təsadüfi sayıla bilməz. Qondarma rejimin başçısı artıq bütün məsələlərin həll olunduğu qənətindədir - Azərbaycan bütün müstəvilərdə haqlıdır. Həm beynəlxalq hüquq baxımından rəsmi Bakının “əli güclüdür”, həm də dünya birliyinin yekdil qərarı bizim mövqeyimizə əsaslanır. Çünki separatçıların əsas istinadgahı sayılan Ermənistan belə Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıyıb. Necə deyərlər, bu, qondarma rejim üçün artıq yolun sonunun gəlişini xəbər verir.
Arutyunyanın “ daxili və xarici aktorlarla” təması məsələsinə gəldikdə isə, separatçıbaşı reallığı görür - Azərbaycan 2020-ci ildə bağlanan üçtərəfli Bəyanatın icrasını tələb edir, hansı ki, orada erməni silahlılarının Qarabağı tərk edəcəyi ilə bağlı öhdəlik var. BMT Nizamnaməsinin 51-ci maddəsi isə Azərbaycana özünün ərazi bütövlüyünü təmin etmək hüququ tanıyır. Son proseslər, xüsusilə Rusiya nümayəndəsinin BMT TŞ müzakilərindəki mövqeyi isə Kremlin məsələyə dəqiqləşdirdi. Üstəgəl, Xankəndi rejiminin sülhməramlılar ilə son “davranışları”, onları şillələmə cəhdləri Arutyunyan üçün hər şeyin sonunun çatdığının siqnalına çevrildi.
Daxili aktorlar məsələsi isə daha əsasdır - bir müddət öncə yazmışdıq ki, Qarabağdakı ermənilərin əksəriyyəti Azərbaycanın tərkibində yaşamaq istəyir. Bu vaxta qədər hədə-qorxu içində girov saxlanılan erməni əhalisi artıq qondarma rejimə boyun əymək istəmir. Arutyunyan isə reallığı görür və dəyərləndirir - anlayır ki, nə Parisdən gələn “karvanbaşı”, nə Ermənistan sərhəddindən Laçın postuna boylanan avropalı ermənipərəstlər, nə də ki Aİ-nin korporativ maraqlara əsaslanan “missionerləri” onları xilas etmək gücündə deyillər - həm daxili auditoriya, həm də xarici güclər Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Bu isə Araikin son qərarını verməsini şərtləndirib
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44

