Bakının qəti mövqeyi növbəti dəfə qələbə qazandı
24.08.2023 [10:12]
Ağdam-Xankəndi yolundan istifadə...
Avqustun 16-da keçirilmiş BMT TŞ müzakirələrində ən çox səsləndirilən fikir Ağdam-Xankəndi yolunun effektivliyinin təsdiqi oldu. Bu, əslində növbəti dəfə Azərbaycanın haqlı mövqedə olduğunun göstəricisi sayılır. Bəlli idi ki, Ermənistanın və qondarma rejimin “humanitar” saydığı amillər birmənalı şəkildə siyasi-hərbi planlara hədəflənmişdi. Azərbaycan isə alternativ yol göstərməklə həm bu gizli planların qarşısını aldı, həm də humanitar sayılan yüklərin təhlükəsiz və daha tez çatdırılması marşrutunu göstərdi.
Ermənistan bununla həm də özünün “soyqırımı”, “blokada” və bu kimi əsassız iddialarını arqumentləşdirməyə çalışırdı. Onlar düşünürdülər ki, bu yolla dünyanı aldada biləcəklər - Fransanın, eləcə də digər ermənipərəst dövlət və mərkəzlərin köməkliyi ilə yalanlarını qlobal mövqe ilə uzlaşdırmağa çalışırdılar. Amma proses heç də onların “arzuladıqları” şəkildə inkişaf etmədi...
Separatçı rejim reallıqlarla barışıb...
Beləliklə, artıq Ağdam-Xankəndi yolundan istifadə məsələsi tam olaraq dəqiqləşib. KİV-də yayılan məlumatlarda da bildirilir ki, artıq Xankəndidə separatçılar Ağdam yolunun açılması ilə bağlı müzakirə aparırlar, bu məsələ ilə tam olaraq barışıblar. Erməni mətbuatı isə bu müzakirələrin detallarını açıqlayıb. Baş separatçı Araik Artyunyan “təhlükəsizlik şurası”nın iclasında bildirib ki, Ağdam yolu ilə ticarətin aparılması barədə qərar qəbul edilib. O da qeyd edilir ki, bu qərarın müqavimətə səbəb olacağı proqnozlaşdırıldığı üçün Karen Mateusyanın başçılığı ilə “milis hərəkəti” əvvəlcədən təşkil edilib. Araik Ağdam yolu vasitəsilə Xankəndiyə nələrin daxil olacağını da açıqlayıb. O bildirib ki, bu yol vasitəsilə tikinti materialları, dizel yanacağı, dərmanlar daxil olacaq, ərzaq isə Rusiya sülhməramlıları vasitəsilə Laçın yolu ilə gətiriləcək. Lakin bu, Laçın yolunun tam işlək olacağı anlamına gəlmir. Laçın yolunda hərəkət məhdud olacaq.
Eyni zamanda, bildirilir ki, qaz və elektrik enerjisi də Azərbaycandan gələcək. Amma bu məsələ növbəti mərhələdə həllini tapacaq. Bundan əlavə, Azərbaycanın tələbi ilə Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolu da istismara veriləcək. Bütün bu açıqlamalardan görünür ki, Azərbaycan hakimiyyəti istəyini reallaşdırır. Xankəndi addım-addım Azərbaycan dövlətinin nəzarətinə keçir. Böyük ehtimalla, separatçılar bütün variantların tükəndiyini və növbəti mərhələdə ordunun işə başlayacağını anladıqları üçün reallıqla barışmalı olublar.
Qarabağa gedən yollar...
Qeyd edilən yollar isə həm logistik baxımdan, həm də effektivlik baxımından Laçın-Xankəndi yolu ilə paralellik təşkil edir. Bu yol ən müasir standartlarla hazırlanıb. 26 kilometr uzunluğa malik yolun təmiri ən qısa müddətdə və ən yüksək keyfiyyətlə həyata keçirilib. Bu yoldan istifadə həm də bütövlükdə reinteqrasiya prosesinə müsbət təsir göstərmək imkanındadır. Çünki Ağdam-Xankəndi yolu Bərdə-Ağdam yolunun davamıdır. Hazırda Bərdə-Ağdam avtomobil yolunun tikintisi də yekunlaşmaq üzrədir. Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 km təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilib. Beləliklə, Azərbaycan bir neçə yol vasitəsilə Qarabağla təmasını formalaşdıracaq.
Azərbaycan hər zaman bəyan edib ki...
Bütün bunlar isə nəticə etibarı ilə bir faktı növbəti dəfə təsdiqləyir. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı həm praktiki formada, həm də beynəlxalq qanunlar prizmasından təsdiqlənir. 44 gün ərzində 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad etmiş Azərbaycan Qarabağla bağlı qəti addımlar atmaq iqtidarındadır - hətta BMT nizamnaməsi bizə belə bir hüququ tanıyır. BMT TŞ üzvü olan ölkələr də anlayırlar ki, Azərbaycan qalib ölkədir - bununla belə sülhün tərəfdarı kimi çıxış edir. Biz hər zaman hüququn aliliyinin tərəfdarı olmuşuq - Qarabağ ermənilərinə münasibətdə də bu ali dəyərin pəncərəsindən çıxış edirik. Azərbaycanın Qarabağ ermənilərinin hüquq və azadlıqları ilə bağlı açıqlamaları ortadadır - Ermənistanın bəzi hallarda siyasi manipulyasiya vasitəsinə çevirməyə çalışdığı bu məsələnin detalları beynəlxalq ictimaiyyət üçün bəllidir. Hər kəs anlayır ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və orada yaşayan insanlar da Azərbaycanın vətəndaşlarıdırlar. Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinə zəmanətin verilməsi məsələsi isə Azərbaycanın daxili işidir - ölkəmiz dəfələrlə bəyan edib ki, Azərbaycanda bütün vətəndaşlar qanun qarşısında bərabər hüquqa malikdir və ermənilər də bütün ölkə vətəndaşları ilə eyni hüquq və azadlıqlara malik olacaqlar. Bölgədə qalıcı sülhə və təhlükəsizliyə nail olmaq üçün Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təminatı Azərbaycanın qanunları çərçivəsində olmalıdır. BMT TŞ kimi ali bir kürsüdən bu məsələnin təsdiqlənməsi isə onu göstərir ki, Azərbaycan özünün beynəlxalq hüquqa əsaslanan mövqeyinin detallarını dünyaya çatdıra bilib...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48

