Parisin “yardım” oyunu...
12.08.2023 [11:45]
Fransa Cənubi Qafqazda neokolonist siyasətini davam etdirmək istəyir
Azərbaycana qarşı çirkin kampaniyalardan əl çəkməyən, beynəlxalq hüququ saymayan, demokratik prinsipləri ayaqlar altına almağa adət etmiş Fransa yenidən öz ampluasındadır. Rəsmi Parisin bir ovuc erməni lobbisinin əlində oyuncağa çevrilməsi faktı növbəti dəfə öz təsdiqini tapa bilər. Belə ki, Fransa Ermənistanın Azərbaycana qarşı oynadığı “blokada” oyununda tərəf olmaqda davam edir. Hətta Fransanın bir sıra şəhər və regionlarından toplanmış “yardım”dan ibarət yük maşını Ermənistanın Azərbaycanla razılaşdırmadan “humanitar yük” adı altında Qarabağa göndərmək istədiyi avtomobil karvanına qoşulub. Bununla bağlı Qərbi Azərbaycan İcması da bəyanat yayıb. İcma Fransanın bir sıra şəhər və regionlarından toplanmış “yardım”dan ibarət yük maşınının Ermənistanın Azərbaycanla razılaşdırmadan “humanitar yük” adı altında Qarabağa göndərmək istədiyi avtomobil karvanına qoşulmasını pisləyib. “İslamofobiyanın və Azərbaycanofobiyanın tüğyan etdiyi və son vaxtlar Afrika qitəsində bir-birinin ardınca sarsıdıcı məğlubiyyətlərə uğrayan Fransa Cənubi Qafqaz regionunda gərginliyi artırmaq, onu geosiyasi rəqabət məkanına çevirmək istəyir. Qərbi Azərbaycan İcması Fransa şəhərlərini və regionlarını bu kimi ucuz və gülünc əməllərdən, beynəlxalq hüquqa həqarət olan ikili standartlar siyasətindən çəkinməyə çağırır” - bəyanatda qeyd edilib.
Fransanın Azərbaycana qarşı tutduğu mövqe əsassızdır
Qeyd edək ki, həm müharibə, həm də postmüharibə dövründə Azərbaycana qarşı təxribatçı və siyasi reallıqları özündə əks etdirməyən bəyanatlarla və addımlarla yadda qalan Fransa işğalçı Ermənistana açıq dəstək nümayiş etdirib. Son dövrlərdə isə bu “dəstək” daha intensiv hal almağa başlayıb - istər ötən ilin payızında Fransa Milli Assambleyasının ölkəmizə qarşı qəbul etdiyi əsassız qətnamələr, istərsə də rəsmi Parisin BMT TŞ çərçivəsində apardığı antikampaniya iflasa uğradı. Hətta bu kimi əsassız iddialar səsləndirən Fransa bəzi məqamlarda Ermənistan ilə Azərbaycan arasında davam edən sülh gündəliyinə belə “daxil olmaq” arzusunu irəli sürürdü. Amma onların bu arzuları gözlərində qaldı...
Ümumiyyətlə, Fransanın Azərbaycana qarşı tutduğu mövqe əsassızdır - bütövlükdə beynəlxalq hüquqa qarşı hörmətsizlik bahasına da olsa Fransa yenə də “cəhdlərini” davam etdirməkdən əl çəkmir. Təbii ki, beynəlxalq miqyasda Azərbaycana qarşı oynamağa çalışdığı bütün siyasi oyunlar iflasa uğrayır.
Ermənipərəst siyasətin ardı-arası kəsilmir
Anlaşılandır ki, Azərbaycanın Vətən müharibəsindəki qələbə əldə etməsi, Ermənistanın isə məğlub olaraq kapitulyasiya imzalaması Fransanın illərdir davam edən “status-kvo” oyununu pozub. Vaxtilə ATƏT-in “Minsk qrupu” vasitəsilə regiona nüfuz etməyə çalışan, başqa sözlə, regionda özünün maraqlarını təmin etmək istəyində olan Fransanın 2020-ci ildən sonra bütün “imkanları” əlindən çıxdı. Müharibə dövründə, eləcə də postmüharibə zamanında fərqli üsullarla Azərbaycana qarşı “təzyiq kampaniyası” yürütməyə çalışan rəsmi Parisin arzuları puç oldu. Cənubi Qafqazda da yürütdüyü neokolonizm siyasətinin fərqli bir mənzərəsini formalaşdırmağa çalışan Fransanın bütün kartları açılıb - aparılan ermənipərəst siyasətin ardı-arası kəsilmir. Frankafoniya məğlubiyyəti, BMT TŞ-da düşdüyü rəzil durum, Laçın sərhəd buraxılış məntəqəsi ilə bağlı boşa çıxan bütün çabaları Fransa üçün dərs olmur. İstər prezident Makronun Qarabağla bağlı cəfəng fikirləri, istər Fransa parlamentinin qəbul etməyə çalışdığı qondarma “qətnamə”lər heç bir işə yaramır. Fransanın regionla bağlı “müstəmləkə arzuları” ürəyində qalır. Fransa Ermənistanın timsalında özünün regiondakı əlaltısını müəyyənləşdirib və onun əli ilə regiona nüfuz edəcəyini düşünür. Amma reallıqlar tamam başqa mənzərəni ortaya çıxarıb. Azərbaycan özünün haqq işində qətiyyətindən bir addım da geri çəkilmir. Eyni zamanda, ölkəmizin benəlxalq dəstəyi də kifayət qədər çoxdur. Bunu Fransanın uğradığı fiaskolar da təsdiqləyir.
Fransanın “ümidi” boşa çıxdı...
Təbii ki, rəsmi Paris bu kimi “yardım oyunlarında” iştirak etməklə özünün korporativ maraqlarını əsas götürür - Ermənistanın, eləcə də Qarabağda yaşayan ermənilərin “əli ilə” regiona girmək istəyir. Bir müddət öncəyə qədər fərqli beynəlxalq təşkilatların adı və missiyası altında regionun nəzarətini ələ alacağını düşünən Fransa buna nail ola bilmədi - Azərbaycanın qəti mövqeyi buna imkan vermədi. Ardından Laçın dövlət sərhəd buraxılış məntəqəsi ilə bağlı cəhdləri də boşa çıxdı. Demək ki, əlac Parisin separtizmi dəstəkləmə cəhdlərinə qalır. Amma bu da boş xəyaldır. Fransa unutmamalıdır ki, yolladığı “yardım tırı” Azərbaycanın suveren ərazilərinin sərhədindədir. Bu sərhəddən içəri Azərbaycan əraziləridir və orada Azərbaycan qanunları hakimdir. Həmin ərazidə yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Onların hüquqları da digər Azərbaycan vətəndaşlarının hüquqları ilə eynidir - bunu Azərbaycan Prezidenti dəfələrlə öz nitqində bildirib. Eyni zamanda, Azərbaycan öz vətəndaşları ilə bağlı məsələni digər ölkələrlə və ya təşkilatlarla müzakirə etmək filrindən uzaqdır. Xatırladaq ki, ötən ilin aprelində baş tutan və Fransa prezidentinin də iştirak etdiyi Praqa görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməklə Ermənistan bununla bağlı bütün qaranlıq qalan sualları “cavablandırdı” - son 4 ayda isə bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanımaqla Fransanın canfəşanlığının yersiz olduğunu sübuta yetirdi. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla həm də Qarabağın suveren Azərbaycan torpağı olduğunu təsdiqləyib. Parisin buraya “yardım” göndərməsinə ehtiyac yoxdur. Azərbaycanın Qarabağ bölgəsinə “humanitar yük” yollamaq əvəzinə Paris öz daxilindəki milli-etnik münaqişələrə, adi insan hüquqlarının pozulmsına, islamofobiyaya, etnik zəmindəki qətllərə diqqət ayırsın...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57

