Nüvədililər Stalinə yazırdı...
10.08.2023 [10:00]
75 illik məktubun izi ilə
Ermənistan SSR Meğri rayonu Nüvədi kəndinin “Qırmızı Sərhəd” kolxozunun bir qrup kolxozçusu tərəfindən
Yoldaş İ.V.Stalinə
Bu ilin aprelində bizə xəbər verdilər ki, biz Azərbaycana qayıtmalıyıq. Belə ki, Ermənistan azərbaycanlıları Azərbaycanda yaşamalıdırlar. Bizim Nüvədi kəndi bu respublikaların sərhəddində yerləşir. 1920-ci ilədək kəndimiz Azərbaycan SSR Zəngilan rayonunun tərkibində idi. Amma sonradan Ermənistan SSR-in Meğri rayonunun tərkibinə verildi. Sonradan çəkilmiş dəmiryolu bu iki rayonu birləşdirdi.
Nüvədi kəndimizin əhalisi köçürülmədən 1920-ci ildə olduğu kimi Azərbaycan SSR-in Zəngilan rayonun tərkibinə daxil edilməsini ciddiyyətlə xahiş edirik.
Hamımız ümid edirik ki, bizim sevimli rəhbərimiz xahişimizi rədd etməyəcək.
Kolxozçu qrupu
“Qırmızı Sərhəd” kolxozunun adı “Krasnays qraniça” tərcümə olunur.
23 aprel 1948-ci il
Tərcümə etdi Axundova
1948-ci ildə əzəli torpaqlarımızdan ikinci dəfə (birinci dəfə 1918-ci ildə baş verib) deportasiyaya məruz qalmış insanların sovet rejiminin rəhbəri Stalinə ünvanladıqları çoxsaylı məktublarından biri də Nüvədi kənd “Qırmızı sərhəd” kolxozunun nümayəndələrinin tarixi məktubudur. Məktubun surətini redaksiyamıza tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin rəhbəri Cəbi Bəhramov təqdim edib.
Sadə dildə yazılmış bu qısa xahişnaməni oxuduqca doğma el-obasından ayrı düşməmək üçün soydaşlarımızın o dövrün “son ünvan”ına müraciət etməklə necə böyük iradə və qətiyyətə sahib olduqlarının şahidi oluruq...
44 günlük Vətən müharibəsi bir çox tarixi faktların üzərinə bir daha işıq saldı. Hələ Sovet İttifaqı dövründə qədim Azərbaycan torpaqlarının - Zəngəzurun, Göyçənin və digər regionların Ermənistana verilməsi nəticəsində Naxçıvanla Azərbaycanın əsas hissəsi ayrı düşdü. Bu gün isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səyi və qətiyyəti sayəsində reallaşmaq üzrə olan Zəngəzur dəhlizi məhz qədim Azərbaycan torpaqlarından keçəcək.
Ulu öndər Heydər Əliyev bir neçə il öncə çıxışlarının birində Zəngəzur və Naxçıvanın bir hissəsinin Ermənistana verilməsi ilə bağlı məsələlərə toxunaraq işğal planını və torpaqlarımızın ermənilərə verilməsini tarixi detallarla, çox aydın şəkildə izah edib və bir çoxları üçün sensasiya sayıla biləcək faktları açıqlayıb. Ulu Öndər qədim Azərbaycan yurdu Zəngəzurun Ermənistana birləşdirilməsi məsələsindən bəhs açaraq bildirib: “Mehri rayonunda böyük Nüvədi kəndi var. Çoxminlik əhalisi olan bir kənddir. Sırf azərbaycanlıların kəndidir, Arazın qırağında, indi Ermənistanın olan Mehri rayonun Naxçıvanla Azərbaycanın böyük torpağı arasındakı ərazində yerləşir. Həmən bu Nüvədi kəndi ermənilərə 1929-cu ildə verilibdir. Qədim, çox böyük ənənələri olan kənddir. Nüvədi kəndinin əhalisi də çox dəyanətli insanlardır. Onlar hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə, mənim xatirimdədir, Nüvədidən çıxmırdılar. Onları sonra zorla ordan çıxardılar, gətirdilər Zəngilanın Vejnəli kəndinin yanına, onlar orda çadırlarda yaşayırdılar. Onlar çıxmırdılar, mübarizə aparırdılar. Onları oradan çıxarda da bilmirdilər. Sonra onlar bir neçə dəfə Naxçıvana gəldilər mənim yanıma, məndən imdad istədilər. Amma mən özüm Naxçıvanı çox çətinliklə qoruyurdum, onlara nə edə bilərdim? Buna baxmayaraq, mən vertolyot vasitəsilə - onda bizim bu imkanımız vardı - bir neçə dəfə Zəngilan rayonunun Vejnəli kəndinin yanında yerləşən çadırlara, o nüvədililərin yanına nümayəndələr göndərdim, müəyyən yardımlar göndərdim. Onlarla əlaqə saxlayırdıq.
Yəni, təkcə Naxçıvanın torpaqları yox, Azərbaycanın başqa ərazilərindən də torpaqlar sonrakı dövrlərdə (sovet hakimiyyətinin qurulmasından sonra - red.) təəssüflər olsun ki, əldən gedibdir. İndi bizi Naxçıvandan ayıran - dəmir yolu ilə 40-46 km məsafə, Ermənistanı İrana bağlayan məsafə - hətta Zəngəzur Ermənistana verilən zaman da o qədər deyildi. Biz xəritələrə baxdıq dünən, o məsafə təxminən 10 km olubdur! Amma sonra o tərəfdən - Naxçıvana daxil olan kəndlər alınıb, bu tərəfdən, yəni, Zəngilandan - o vaxt Zəngilan deyildi, Cəbrayıl qəzası hesab olunurdu - torpaqlar, kəndlər alıb, Ermənistana qataraq 10 km-lik məsafəni indi 46 km ediblər”.
Bu fakt bir daha onu təsdiqləyir ki, Ermənistan sovet dövründə qeyri-qanuni olaraq kəndlərimizi, obalarımızı işğal edib, mənimsəyib. Yeri gəlmişkən, Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 10-da keçirilən Zəfər paradında çıxışında da bildirmişdi: “Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır”.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

