NATO-nun Vilnüs sammitində...
11.07.2023 [10:31]
Vacib qərarların qəbulu gözlənilir
Nardar BAYRAMLI
Bu gün NATO-nun növbəti sammiti öz işinə başlayır. Sammit üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə iyulun 11-12-də Rusiya sərhədindən təqribən 300 kilometr məsafədə yerləşən Vilnüsdə keçirilir. Litvanın evsahibliyi ilə keçirilən Zirvə toplantısında alyansa üzvlük üçün müraciət etmiş İsveçlə yanaşı, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya da liderlər səviyyəsində təmsil olunur. Sammitə Ukrayna Prezidenti Volodimir Zelenski də dəvət edilib.
Qərb ölkələrinin rəsmiləri NATO-nun illik sammitinin keçmiş sovet respublikasında keçirilməsinin Rusiyaya bir mesaj olduğunu bildirirlər. Hələ 1990-cı ildə SSRİ-nin tərkibindən çıxaraq dövlət müstəqilliyini elan etmiş Litva 2004-cü ildə alyansa üzv qəbul olunub. Litva sammitində əsas müzakirə mövzuları Ukrayna və Rusiya ilə bağlı olacaq. Kiyevlə siyasi münasibətləri növbəti mərhələyə çıxarmaq məqsədilə NATO-Ukrayna Şurası yaradılacaq. Şura ilk iclasını Vilnüsdə keçirəcək.
Təhlükəsizlik tədbirləri gücləndirilib
Sammitlə əlaqədar Litva hökuməti təhlükəsizlik tədbirlərini gücləndirib. Belə ki, NATO sammiti zamanı Litvada pilotsuz təyyarələr və kommersiya uçuşları qadağan edilib. Bu barədə Aerokosmik Məlumat Mərkəzinin direktoru İqnas Daeula istinadən “Bernardinai” nəşrinin məlumatında bildirilir: “Biz dronların məsuliyyətli və qanuni istifadəsini başa düşürük. Bu yüksək səviyyəli sammit zamanı görülən zəruri ehtiyat tədbirlərini tam dəstəkləyirik. Dronların uçuşlarına qoyulan qadağa sammitin keçiriləcəyi yerlər haqqında casus məlumatlarının toplanması təhlükəsi ilə bağlıdır”. Həmçinin qeyd olunub ki, iki gün davam edəcək sammit zamanı Vilnüs Beynəlxalq Hava Limanı kommersiya uçuşları üçün bağlanacaq.
Ukraynaya yardım diqqət mərkəzindədir
NATO-nun Vilnüs sammitinin əsas mövzularından biri Ukraynaya yardım paketlərinin genişləndirilməsidir. Gözlənilir ki, görüş zamanı müttəfiq ölkələr Ukrayna ordusunun modernləşdirilməsi, onun alyans standartlarına çatdırılması üzrə uzunmüddətli çoxillik proqramı razılaşdıracaqlar. Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi “Voice of America” radiostansiyasına müsahibəsində bildirib ki, sammitdə Ukraynanın təhlükəsizliklə bağlı ehtiyacları müzakirə ediləcək: “Düşünürəm ki, Vilnüsdə müttəfiqlər hazırda döyüş meydanında baş verənləri və əks-hücum üçün Ukraynanın ehtiyaclarını müzakirə edəcəklər. Eyni zamanda, Kiyevin müharibədən sonra yaranacaq ehtiyacları da müzakirə mövzusu olacaq”.
Xatırladaq ki, NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 29-da Avropa İttifaqının sammitində çıxışı zamanı Vilnüs sammitində Şimali Atlantika Alyansının “Ukraynaya güclü dəstək siqnalı göndərəcəyini” vəd edib. O, son həftələr NATO-nun əsas prioritetinin maksimal hərbi yardım göstərməklə Ukraynanın hərbi qələbəsini təmin etmək olduğunu dəfələrlə vurğulayıb. Litva sammitində Ukraynaya hərbi yardımın çatdırılması və ölkənin yenidən silahlanması ilə bağlı çoxillik proqram qəbul edilməlidir. Yens Stoltenberqin sözlərinə görə, burada məqsəd postmüharibə dövrü üçün Ukraynanı Rusiyanın hərbi əməliyyatları bərpa etməyə imkan verməyəcək dərəcədə silahlandırmaqdır.
Bu da məlumdur ki, NATO ölkələrinin kiçik bir qrupu Vilnüsdə keçiriləcək sammitə qədər Ukraynaya üçün təhlükəsizlik zəmanəti hazırlamaq məqsədilə danışıqlar aparıb. Bu barədə Avropanın “Politico” qəzeti yazıb ki, bir neçə həftədir ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edib, həmçinin hərbi blokdakı digər müttəfiqlərə, Avropa İttifaqına və G7-yə müraciət ediblər.
Zelenskinin şərti
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan isə bildirib ki, Vilnüs sammitinin yekun sənədinə alyansa daxil olmaq üçün Ukraynada islahatların davam etdirilməsi ilə bağlı bənd daxil ediləcək: “Hazırda NATO kommünikesi, Ukraynanın NATO-ya üzv olmaq istəyi ilə bağlı müddəalar üzərində iş gedir. Düşünürəm ki, Vilnüsdə müttəfiqlər konsensusa gələcəklər. Orada bu islahatların həyata keçirilməsinin davam etdirilməsi prosesindən də danışılacaq”. Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Vilnüs sammitində ölkəsi ilə bağlı qərarlar qəbul olunarsa, orada iştirak edəcəyini bildirmişdi. O deyib ki, Kiyev NATO ölkələrindən Ukraynanın bloka daxil olmasına qədər olan müddət üçün etibarlı və aydın təhlükəsizlik zəmanəti alacağını gözləyir. Əks halda Ukrayna dövlət başçısı Litvanın paytaxtında görüş üçün heç bir səbəb görmür, çünki o, “əylənmək üçün Vilnüsə getmək istəmir”.
Zelenski sammiti çox vacib adlandırıb. “Ukrayna NATO-da olmadığı müddətcə aydın təhlükəsizlik zəmanəti almalıdır. Yalnız bu şərtlər daxilində görüşümüz məna kəsb edəcək”, - deyən Zelenski Ukraynanın təhlükəsizliyini təmin etmək üçün tərəfdaşlarla işləməkdən də danışıb. “Biz həm də tərəfdaşlarımıza sammit öncəsi müəyyən nəticələrə gəlməkdə köməklik etmək üçün çalışırıq. Ukrayna tərəfi bütün qərarların sammitdə olmasını istərdi. Belə olan halda, təbii ki, mən orada olacağam və əlimdən gələni edəcəyəm”, - deyə o vurğulayıb.
Türkiyə “hə” deyəcəkmi?
Vilnüs sammitində əsas müzakirə mövzularından biri də İsveçin alyansa üzvlüyüdür. Qeyd edək ki, keçən həftə Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirləri, kəşfiyyat rəhbərləri və təhlükəsizlik müşavirlərinin iştirakı ilə görüş keçirilib. Ötən həftə NATO-nun baş katibi Yens Stoltenberq İsveçin Vilnüs sammitində alyansa üzv ola bilməyəcəyini bildirmişdi. O, bunu Türkiyə tərəfinin ratifikasiya prosesinin başa çatdıra bilməyəcəyi ilə əlaqələndirmişdi. Bununla belə, baş katib İsveçin bütün öhdəlikləri yerinə yetirdiyi qənaətindədir. Sammit ərəfəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında da telefon danışıqları baş tutub. Danışıqlarda İsveçin alyansa üzvlüyü də diqqət mərkəzində olub.
Bundan əlavə, sammit zamanı NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin Baş naziri Ulf Kristerssonla görüşərək İsveçin NATO-ya daxil olması imkanlarını müzakirə etmək niyyətindədir. Baş katibinin sözlərinə görə, əsas vəzifə sammit üçün bütün məsələləri razılaşdırmaqdır, lakin bu təşəbbüsün uğurlu olmasına heç bir təminat yoxdur. Əsas məqsədlərdən biri İsveçin üzvlüyü ilə bağlı Türkiyədən razılıq almaqdır. Əgər razılıq olarsa, İsveçın yaxın vaxtlarda alyansa üzvlüyü rəsmiləşə bilər.
Beləliklə, NATO-nun Vilnüs sammtində vacib qərarların qəbul ediləcəyi gözlənilir. Bu, müttəfiqlərin ortaya qoyduğu mövqedən asılıdır.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

