Qoşulmama Hərəkatına niyə qoşulmalı?
08.07.2023 [15:05]
Murad Köhnəqala
İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin nitqi bu günlərdə dünya mediasında ən çox müzakirə olunan mövzulardandır.
Məlum olduğu kimi, Prezident İlham Əliyev bu görüşdə Qoşulmama Hərəkatı üzvlərinin ortaq problemlərindən, Azərbaycanın təşkilata sədrlik etdiyi dönəmdə uğurlu və dinamik fəaliyyətindən, eləcə də QH ölkələrinin qarşısında duran ümumi vəzifələrdən söz açıb. Prezidentin konfransda səsləndirdiyi əsas fikirlər dünyanın siyasi gündəmində xüsusi maraq doğurub və cənab İlham Əliyevin şəxsi cəsarətini, sərrast məntiqini, eyni zamanda qlobal təhlükəsizlik məsələlərində uzaqgörən yanaşmasını bir daha ortaya qoyub.
Prezident İlham Əliyev öz çıxışında təkcə Hərəkat üzvləri üçün deyil, ümumilikdə bütün dünya ölkələri üçün vacib olan qlobal məsələlərə toxunub. Son zamanlar bəzi Qərb ölkələrinin irqçilik əhval-ruhiyyəsinə köklənməsinin yolverilməz olduğunu bildirən Azərbaycanın dövlət başçısı xüsusilə Fransanın neofaşist siyasətini ifşa edərək, polisləri adam öldürən Makron rejimini sərt tənqid edib. İlham Əliyev Fransanı Afrikada əsrlər boyu törətdiyi vəhşiliklərin müqabilində Əlcəzairdən, eləcə də müstəmləkə kimi sümürdüyü digər ölkələrdən üzr istəməyə çağırıb.
Bir çox böyük dövlətlərin keçmiş imperialist və müstəmləkəçilik siyasətinə görə utanc duyduğunu deyən Prezident İlham Əliyev Fransanın ləkəli keçmişindən nəinki utandığını, əksinə, bu gün də eyni yırtıcı həvəslə Cənubi Qafqaza, Azərbaycana əl uzatdığını söyləyib.
Müstəmləkəçiliyi dövlət siyasətinə çevirən Fransa kimi ölkələrin beynəlxalq hüquqa zidd əməllərinin cəzasız qalması dünyada sülhün, dincliyin bərqərar olunmasına ciddi əngəl törədir. Nüfuzlu beynəlxalq təşkilatların supergüclərin əlində vasitəyə çevrildiyini xatırladan Azərbaycan Prezidenti haqlı olaraq yeni dünya nizamının tələblərini nəzərə almağa gecikən Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının yenidən təşkil olunması barədə ciddi bir təkliflə çıxış edib. Prezident BMT TŞ-nin müasir sivilizasiyaya uyğun formada yenidən təşkili, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların BMT TŞ-də veto hüququ ilə təmsil olunmasının vacibliyini diqqətə çatdırıb: “Biz BMT Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu ideya ilə bağlı dünyada artan konsensus var. Əvvəllər qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar".
120 ölkənin səsinə çevrilən Azərbaycan Prezidentinin bu çıxışı qlobal siyasətin gedişatının dəyişməsinin, yeni dünya nizamının daha adil və beynəlxalq hüququn tam tələbləri çərçivəsində qurulmasının zəruriliyinə əsaslanır.
Söhbət konkret olaraq Fransadan gedirsə, fikrimizcə, təkcə üzr istəməklə bu dövlətin keçmiş cinayətləri kompensasiya oluna bilməz. Gec də olsa, Fransa beynəlxalq məhkəməyə verilməli, uzun illər istismar etdiyi Afika ölkələrinə təzminat ödəməlidir.
Xatırladaq ki, hazırda Azərbaycanın lokomotiv rolu oynadığı Qoşulmama Hərəkatı 120 daimi üzvdən, 17 müşahidəçi ölkədən və 10 təşkilatdan ibarətdir. Təşkilata daxil olan ölkələrin əhalisi dünya əhalisinin 55 faizini əhatə edir.
Beləliklə, Prezidentin çox doğru vurğuladığı kimi, dünya əhalisinin təxminən yarısını təşkil edən beynəlxalq qurumun BMT TŞ-də təmsil olunmaması ədalətsizlik və beynəlxalq hüquq prinsiplərinə ziddir. Əsası 1961-ci ildə İndoneziyada qoyulmuş təşkilatın başlıca qayəsi başqa dövlətlərin ərazi bütövlüyünə hörməti, ölkələrin daxili işlərinə qarışmamağı, irqi ayrı-seçkiliyin qadağan edilməsini, BMT nizamnaməsindən irəli gələn prinsiplərə, o cümlədən əsas insan hüquq və azadlıqlarına riayət olunmasını nəzərdə tutan “Bandunq prinsipləri”nə əsaslanır.
İnternet resurslarında bu qurumun tarixi, fəaliyyət planı, siyasi xətti barədə məlumatlar kifayət qədər olduğundan ətraflı şərh etməyə lüzum görmürük. Qısaca onu deyə bilərik ki, bəzi üzvləri istisna olunmaqla Qoşulmama Hərəkatı Qərbin istehza ilə “üçüncü dünya ölkələri” adlandırdığı, tarix boyu supergüclərin istismarı altında əzab çəkmiş ölkələrin birliyidir. Beynəlxalq siyasətdə qütbləşmənin dərinləşdiyi bir zamanda (öncələr bu qütbləşmə yalnız ABŞ və SSRİ-yə aid idisə, müasir dövrdə bir neçə qütb mövcuddur) kiçik və zəif dövlətlər tərəflərdən birini seçmək məcburiyyətində qalırlar. Nəticədə onlar vuruşan supergüclərin qurbanına çevrilir, ölkələrin təbii sərvətləri qütblərarası savaşda xərclənir, ərazilərindən hərbi baza kimi istifadə olunur, beləliklə də zəif ölkələr faktiki olaraq güclü dövlətlərdən asılı vəziyyətə düşürlər. Məhz bu baxımdan Qoşulmama Hərəkatı “üçüncü dünya ölkələri” üçün faktiki sığınacaq və müdafiə platforması rolunu oynayır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev öz çıxışında çox önəmli bir məqamı da vurğulayıb. Ölkəmizin başçısı deyib ki, təşkilatın daxilində öz aralarında müəyyən mübahisə və problemlər yaşayan ölkələr də var. Bu problemlərin həlli üçün ən uyğun yer məhz QH platformasıdır.
Prezidentin kolonializmi, neofaşizmi dirçəldən Qərb ölkələrinə qarşı iradları, beynəlxalq təşkilatları obyektiv tənqidi, ölkələr arası dostluq və əməkdaşlıq təşəbbüsləri, qlobal sülh naminə çağırışları, bütün bu istiqamətlərdə irəli sürdüyü konkret təkliflər Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatını çox ciddi beynəlxalq siyasi platformaya və qlobal siyasətin potensial mərkəzinə çevirməyə xidmət edir.
Tarixin dərslərini, bugünün reallığını, sabahın müjdəsini konturlayan Qoşulmama Hərəkatının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin sözügedən çıxışını, heç şübhəsiz, beynəlxalq siyasət oyunçuları üçün master-klass kimi dəyərləndirmək olar.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

