“Kupça”sız dövlət...
26.05.2023 [10:33]
Paşinyan erməni yalanlarını ifşa etdi...
Dünya siyasətində “erməni yalanı” adlı maraqlı bir termin var. Hətta ciddi qərb mənbələrində, Qərb mətbuatında belə bu ifadəyə rast gəlinir. Bəzən bu “iddialar” gülüş doğurur, bəzən ironiya yaradır - hətta bununla bağlı lətifələr belə qoşulur. Qərb xristian dairələrində “İsa peyğəmbərin belə erməni olması”nı iddia edən ermənilərin “ağ yalanları” yalnız heyrətlə izlənilir...
Bu “yalanlar siyahı”sını daha da artırmaq olur - məsələn, ermənilərin özlərini ən qədim xalq saymaları, minilliklər boyu “dövlətçilik ənənəsinə” malik olmaları, “mədəniyyətləri”, “adətləri”, “mətbəxləri”, “musiqiləri” və s. kimi iddialar mövcuddur. Amma hər biri oğurluq, hər biri plagiat, hər biri boş yalan...
Bu, kimi “ağ yalanlar” isə kompleks şəkildə ortaya “erməni ideologiyası” kimi bir xəstə təfəkkür qoyur. “Dənizdən-dənizə” və bu kimi boş, əsası olmayan iddialar bu “ideologiya”nın pardaqlanmasına şərait yaradır. Əslində isə...
30 il boyunduruq altında...
Ağlı başında olan, normal tarixi biliyə, savada malik, dünyanın gedişatını, keçmişini və gələcəyini düzgün hesablayan hər bir şəxs reallıqları da düzgün dəyərləndirməyi bacarmalıdır. İnformasiya əsri sayılan XXI əsrdə özünü “dünyanın ilk insanı” və ya “xalqı” kimi təqdim etməklə iş bitmir - bunu sübut etməlisən. Sən özün haqda yüksək fikirdə ola bilərsən, bəs tarixi qaynaqlar nə deyir? Ən azından yaxın 300-500 ildə sən varmısan? Tarixdə bir izin, bir tozun görünürmü? Yoxsa, boş-boş tavtologiyalara qapılıb özünü “dünyanın ari irqi” elan etməklə iş bitmir.
Müasir erməniliyin ən böyük bəlası məhz bu kimi boş tavtologiyalarla özləri haqda miflər, əfsanələr uydurmaqdan ibarətdir. Tarixin gözünə düz baxmaqdan hər zaman qorxan ermənilər faktları təhrif etməklə nəyəsə nail olacaqlarını düşünürlər - amma həqiqət onları qarabaqara izləyir.
Məsələn, 1990-cü illərin əvvəlində SSRİ-nin dağılmasının müttəfiq ölkələrinin azadlığa qovuşması prosesi böyük çətinliklər və ağrılarla yadda qaldı - Gürcüstanda, Özbəkistanda, Azərbaycanda və başqa dövlətlərdə 20 Yanvar və ona bənzər faciələr yaşandı. Bu qanlı faciələr həm də xalqın öz azadlığını əldə etməsi üçün verilən bədəl idi. Nəticədə bu dövlətlər müstəqillik qazandılar. Ermənistan nə qazandı? Min bir fitnə və fətva ilə Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdərək özünü uçuruma yuvarladı. Həmin vaxtdan ötən 30 ilə baxanda bunu aşkar şəkildə görmək olur - Ermənistan regionun ən kasıb, ən geridə qalmış, ən müti ölkəsidir. Bu dövlətin nə yiyəsi bilinir, nə sərhəddi, nə də... Bir ölkənin ki, yerli infrastrukturları belə xarici şirkətlərin malına çevrilə...
29 min kv.km-i “sənədləşdirmək” şansı...
44 günlük Vətən müharibəsi regionun siyasi reallıqlarını yenidən formalaşdırmaqla yanaşı, Ermənistana da bir dövlət olmaq şansı tanıyıb. İllərdir boyunduruq altında, for-post yarlığı ilə gəzib-dolaşan Ermənistanın əlinə müstəqillik qazanmaq fürsəti düşüb. Düz 30 illik fasilədən sonra Azərbaycan bu fürsəti Ermənistan üçün yaradıb. Bunun yolu isə Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh imzalamaq, regional inkişafın bir hissəsinə çevrilmək, əməkdaşlıq platformalarında iştirak etmək, sərsəm iddialardan əl çəkmək və ən əsası sərhədlərini müəyyənləşdirməkdir. Axı, bu “dövlət” hələ də “kupçasız ölkə” statusundadır. Bunu Ermənistanın baş nazir deyir - Nikol Paşinyan çıxışında bildirir ki, “30 ildir ki, kadastr şəhadətnaməsi olmayan yerdə yaşayırıq. Ermənistanın bir dövlət olaraq min illər boyu kadastr şəhadətnaməsi olmayıb. Əgər etmək istədiyimiz uğurlu olarsa, tarixdə ilk dəfə kadastr şəhadətnaməsi alacağıq”... Fikrimizcə, artıq şərhə ehtiyac qalmır.
Ermənilər Qafqaz tarixinin “harasındadır”?
Erməni baş nazir dərk edir ki:
- sərsəm iddialarla XXI əsrdə heç nəyə nail olmaq mümkün deyil;
- “yalan tarix”dən əl çəkməməklə hansısa iqtisadi nailiyyət qazanmaq olmaz;
- regional təhlükəsizlik arxitekturasının bir hissəsi olmaq üçün bu kimi axmaq iddialardan əl çəkilməli və sülhə dəstək olmaq lazımdır.
Axı, tarix də erməni yalanlarını elə birinci addımdaca ifşa edir. Çox uzağa getməyə ehtiyac yoxdur - cəmisi 200 il öncə bu torpaqlarda hansısa erməni dövlətinə rast gəlinmir. İrəvan xanlığı 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra əsası qoyulmuş müstəqil xanlıq olub. Ərazisi müasir Ermənistanı habelə indiki Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını və indiki Türkiyənin İğdır şəhərini əhatə edib - 1828-ci ildə Rusiya imperiyası ilə Qacar imperiyası arasında imzalanmış Türkmənçay müqaviləsinə əsasən Rusiyanın tərkibinə daxil edilmişdir. Ona qədər isə bu xanlığı Mirmehdi xan, Hüseynəli xan, Qulaməli xan, Məhəmməd xan və nəhayət, Hüseynqulu xan idarə edib. Hüseynqulu xanın hakimiyyəti dövrü İrəvan xanlığının mədəniyyətinin pik həddə çatdığı dövrdür. İrəvandakı Göy məscid və Sərdarabad mahalındakı eyni adlı qala Hüseynqulu xanın əmri ilə tikilib.
1828-ci ildə Rusiya ilə Qacar imperiyası arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycanın Naxçıvan xanlığı və İrəvan xanlığı ərazisində Erməni vilayəti təşkil edildi. Cəmisi 25 min erməninin yaşadığı həmin ərazilərə kütləvi surətdə ermənilər köçürülməyə başlandı. Beləliklə, həmin ərazilərdə ermənilərin sayı süni və məqsədli şəkildə artırıldı. Bu günün rakursundan baxdıqda “bufer zonaya” çevrilmiş bu tarixi Azərbaycan torpaqlarına ermənilərin köçürülməsinin əsas səbəbi aydın olur. Və beləliklə... Ermənilərin Qafqaza “gəlişi”nin belə onların öz istəklərindən qaynaqlanmadığı bir daha ortaya çıxır. Onlar hansısa məqsədlərin aləti olmaq üçün buraya köçürülüblər...
Ermənistan hələ də dövlət statusuna malik deyilmiş...
Bir müddət öncə Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fyodorov Kremlin Ermənistanın müstəqilliyinin ləğv edilməsi barədə qərar vermək hüququnun olduğunu demişdi. Rusiyalı deputat bildirmişdi ki, Ermənistan keçmiş SSRİ-nin tərkibindən çıxarkən ciddi hüquqi prosedur səhvlərinə yol verib. Onun sözlərinə görə, Rusiya həmin mərhələdə baş verənləri təftiş etmək məcburiyyətində buraxılarsa, Ermənistan adlı dövlət xəritədən silinəcək: “Ermənistanın keçmiş SSRİ-dən ayrılması ilə bağlı hüquqi prosedur sona çatdırılmayıb. Ona görə də, əslində, Ermənistan hələ də keçmiş SSRİ-nin tərkib hissəsi statusunu itirməyib və deməli, müstəqil dövlət sayıla bilməz”.
Yevgeni Fyodorov keçmiş SSRİ artıq dağılmış olsa da, Rusiya mövcud olduğunu xatırladıb: “Rusiya keçmiş SSRİ-nin hüquqi varisidir. Bu baxımdan, keçmiş SSRİ-nin tərkibindən hələ tam çıxmamış Ermənistan da əslində, Rusiyanın ərazisidir. Bu baxımdan, beynəlxalq hüquq normaları nəzərə alındıqda, Ermənistan müstəqil dövlət deyil, mübahisəli ərazidir. Rusiya beynəlxalq hüquq normaları çərçivəsində Ermənistan ərazisinə iddia etmək haqqını hələ də qoruyur”.
Paşinyanın qorxusunun səbəbləri bundan da qaynaqlana bilər. Təsadüfi deyil ki, Paşinyan son dövrlərdə öz nitqində 29 min kvadrat kilometrlik ərazini tez-tez xatırladır və bu əraziləri qorumalı olduqlarını deyir. İndi isə məlum olur ki, həmin ərazinin də heç “kupçası” yox imiş...
Ya “layihə” kimi ömrünü başa vurmalı, ya da...
Beləliklə, Ermənistanın baş nazirinin bu etirafları bir həqiqəti tam şəkildə ortaya çıxardı —Ermənistan heç də iddia edildiyi kimi bir dövlət deyilmiş, bu bir “layihə” imiş. İllərlə fərqli məqsədlərə xidmət etdirilən, alət funksiyasında çıxış edən bu “layihə”nin üzərini isə artıq “qara buludlar” almaqdadır. Beynəlxalq hüquqa əsaslanan qlobal dünyada özünə yer etmək üçün Ermənistan “sənədləşməlidir” - buşqa sözlə, kiçik də olsa, leqal dövlət kimi ortaya çıxmalıdır. Bunun üçün ilkin şərt isə sərhədlərinin müəyyənləşməsi, “layihə” statusundan xilas olmasıdır. Paşinyan digər revanşist qüvvələrdən fərqli olaraq deyəsən Ermənistanı gözləyən təhlükələri görür və bu üzdən də əl-ayağa düşüb.
Nəticə etibarı ilə Ermənistan seçim qarşısındadır - ya, “layihə” olaraq onu gözləyəcək aqibətə razı olmalı, böyük güclərin, dövlətlərin maraqlarının və ya oyunlarının vasitəsi kimi istifadə olunmalı, ya da Azərbaycanla sülh müqaviləsi bağlayaraq bir dövlət kimi müstəqil subyektə çevrilməlidir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
02 İyun 19:27

YAP xəbərləri
02 İyun 18:41

Dünya
02 İyun 18:17

Xəbər lenti
02 İyun 16:47

Xəbər lenti
02 İyun 16:40

Xəbər lenti
02 İyun 15:11

Xəbər lenti
02 İyun 14:48

Dünya
02 İyun 14:26

Xəbər lenti
02 İyun 13:18

Xəbər lenti
02 İyun 12:47

Xəbər lenti
02 İyun 12:43

Xəbər lenti
02 İyun 12:19

Xəbər lenti
02 İyun 12:15

Xəbər lenti
02 İyun 12:14

Xəbər lenti
02 İyun 12:06

İdman
02 İyun 11:55

MEDİA
02 İyun 11:40

Xəbər lenti
02 İyun 11:30

Xəbər lenti
02 İyun 11:27

İqtisadiyyat
02 İyun 11:22

Xəbər lenti
02 İyun 11:19

Sosial
02 İyun 11:15

Xəbər lenti
02 İyun 11:07

Xəbər lenti
02 İyun 11:07

Xarici siyasət
02 İyun 11:05

Xəbər lenti
02 İyun 11:04

Xəbər lenti
02 İyun 10:55

Xəbər lenti
02 İyun 10:46

Xəbər lenti
02 İyun 10:44

Xarici siyasət
02 İyun 10:42

Analitik
02 İyun 10:30

İqtisadiyyat
02 İyun 10:20

Gündəm
02 İyun 10:10

Siyasət
02 İyun 10:00

Xəbər lenti
02 İyun 09:26

Xəbər lenti
01 İyun 22:41

Xəbər lenti
01 İyun 22:36

Siyasət
01 İyun 21:43

Xəbər lenti
01 İyun 20:32

Xəbər lenti
01 İyun 20:26

Xəbər lenti
01 İyun 20:03

Xəbər lenti
01 İyun 19:59

Xəbər lenti
01 İyun 19:10

Gündəm
01 İyun 18:29

Siyasət
01 İyun 18:25

Xəbər lenti
01 İyun 18:06

Xəbər lenti
01 İyun 17:37

Xəbər lenti
01 İyun 17:07

Xəbər lenti
01 İyun 17:05

İqtisadiyyat
01 İyun 17:03

İqtisadiyyat
01 İyun 16:37

Dünya
01 İyun 16:28

Gündəm
01 İyun 16:13

Xəbər lenti
01 İyun 15:56

Dünya
01 İyun 15:35

Xəbər lenti
01 İyun 15:15

Xəbər lenti
01 İyun 15:13

Xəbər lenti
01 İyun 14:48

Xəbər lenti
01 İyun 14:19

Xəbər lenti
01 İyun 13:55

Xəbər lenti
01 İyun 13:41

Gündəm
01 İyun 13:37

Xəbər lenti
01 İyun 11:35

Analitik
01 İyun 11:30

Xəbər lenti
01 İyun 11:25

Xəbər lenti
01 İyun 11:20

Xarici siyasət
01 İyun 11:12

Xəbər lenti
01 İyun 10:57

Analitik
01 İyun 10:52

Siyasət
01 İyun 10:42
