Gərgin “toplantı”...
24.05.2023 [11:20]
Xankəndidəki separatçılar Paşinyanın “Qarabağ Azərbaycandır!” ifadəsindən narahatdırlar
Azərbaycanın Cənubi Qafqaz regionunda davamlı sülhün formalaşdırılması istiqamətində apardığı uğurlu fəaliyyət bütün dünya tərəfindən təqdir edilir. Ölkəmizin təqdim etdiyi və dayanıqlı sülhün söykənəcəyi beş baza prinsiplərinə nəzər saldıqda, Azərbaycanın yaratdığı ədalət mənzərəsi bir daha aydın olur. Nəzərədə tutulan ilk prinsip dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasıdır ki, artıq bu məsələ öz həllini tapıb. Mayın 14-də brüsseldə keçirilən görüşdən sonra Aİ Şurasının prezidenti Şarl Mişel mətbuata açıqlamasında bildirmişdi ki, liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Qeyd edək ki, bu məsələ həm BMT-nin təməl prinisiplərinə, həm də digər beynəxalq qanunvericiliyə əsaslanır və Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqmətində ən mühüm addım sayılır.
Təsadüfi deyil ki, bir neçə gün öncə mətbuat konfransında bu məsələ ilə bağlı sualı cavablandıran Ermənistanın baş naziri Nikol Paşinyan bir daha Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanıdıqlarını, bura Qarabağın da daxil olduğunu bəyan etdi. Bu, həm də Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığının və qəbul etdiyinin növbəti təsdiqidir.
Qondarma “parlament”in qondarma “bəyanatı”...
Bəli, “Qarabağ Azərbaycandır!” ifadəsinin artıq rəsmi İrəvan tərəifndən də təsdiqlənməsi Xankəndidəki qondarma rejimdə hökm sürən fikir ayrılığını daha da dərinləşdirib. Bunun nəticəsidir ki, Paşinyanın bəyanatının ardından həmən “toplanan” qondarma rejimin qondarma “parlamenti” ciddi “narahatlıq” keçirdiyini ifadə edib. “Təcili iclasın məqsədi Paşinyana etiraz etmək, “öz müqəddəratını təyinetmə” məsələsini gündəmə gətirmək idi, həmçinin, Araik Arutyunyandan erməni baş nazirə etiraz etməsi tələb olunub. Paşinyanın sözlərinə cavab olaraq “bəyanat” qəbul olunub”, - məlumatda qeyd olunub.
Təbii ki, qondarma rejimin bu cür cəfəngiyyatları əsassız və yolverilməzdir. Azərbaycanın tərkib hissəsi olan Qarabağda yaşayan bütün vətəndaşlar Azərbaycan vətəndaşlarıdır. 2020-ci il Vətən müharibəsinin ortaya çıxardığı reallıqların biri də Qarabağdakı erməni vətəndaşlarımızla təmasların formalaşdırılmasıdır ki, bu prosesə artıq start verilib. İndiki halda isə separatçı rejimin bu kimi oyunlarla prosesə “zərbə vurmaq” arzusu reallaşmayacaq. Ötən 30 illik işğal dövründə də, eyni zamanda II Qarabağ Müharibəsi dövründə də Azərbaycanın mövqeyi birmənalı və qəti olub - Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağda yaşayan ermənilər isə bizim vətəndaşlarımızdır və onların Azərbaycan qanunları çərçivəsində reinteqrasiyası prosesi aparılmalıdır. Dövlətimiz hər zaman bəyan edib ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası hər zaman aktuallığını qoruyur.
Son “çırpınışlar”...
Qondarma rejimin qondarma “parlamenti”nin gecə saatlarında tələm-tələsik qəbul etdiyi “bəyanat”da Brüssel razılaşması, o cümlədən, Ermənistan tərəfindən imzalanan sənədləri qəbul etmədikləri bildirilir, Paşinyan ittiham olunur. Hətta separatçıların keçmiş “başçıları” Arkadi Qukasyan və Bako Saakyan da Paşinyana etiraz edib. Onların etirazının qondarma deputatların “siz də danışın, əks halda Paşinyanla razı olduğunuzu düşünəcəyik” xəbərdarlığından sonra edilməsi buna məcbur qaldıqlarından xəbər verir.
Qeyd edilməlidir ki, separtçı rejimin içindəki gərginlik başadüşüləndir - onlar anlayırlar ki, artıq həri şey bitib. İndiki halda onlar sadəcə fərqli maraqların “danışan dili” statusunda çıxış edə, yalandan hay-küy sala, görüntü yaratmağa çalışa bilərlər. Hətta bunu etmək belə mümkün deyil - qeyd edildiyi kimi, həmin şəxslər və ya “qüvvələr” hərəsi aid olduğu xarici maraqların əsiridirlər. Məsələn, Vardanyanın son dövrlərdə “fəallaşması”, Samvel Babayanın “xortlaması”, hətta Saakyan və Qukasyan kimi istifadə olunub atılmış şəxslərin belə “meydana çıxarılması” onu göstərir ki, qondarma rejim və onun havadarları bütün mümkün vasitələrə əl atırlar. Amma bütün bu cəhdlər fiaskoya məhkumdur...
Qondarma rejim təxribat törətsə...
Erməni mənbələr gecə saatlarında keçirilən “təcili toplantı”nın digər məqsədinin də Bakıya “mübarizə aparacağıq” mesajının verilməsi olduğunu bildirir. Separatçılar Ermənistanın Azərbaycan ərazisini tanımasından sonra Bakının onların zərərsizləşdirilməsi istiqamətində addımlar atacağından qorxurlar. Digər məlumatlara görə, Paşinyanın bəyanatı Qarabağdakı erməni əhalisi arasında da çaxnaşma yaradıb. Bildirilib ki, açıq mətnlə səslənən bu fikirlər ermənilərin “ya ərazini tərk etmək, ya da Azərbaycan vətəndaşlığını qəbul etmək” seçimini qətiləşdirir və üçüncü seçimin olmadığı gerçəyini ön plana çıxarır.
Qeyd edək ki, son proseslər bir daha onu göstərdi ki, Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Orada baş verən bütün hadisələr və cərəyan edən proseslər barədə tam dolğun məlumatımız, təsir imkanlarımız mövcuddur - vəziyyət Azərbaycanın xeyrinədir. Bu halda nə Ermənistan, nə onun havadarları, nə də hər hansı üçüncü bir qüvvə bu vəziyyəti dəyişə bilməz. Qarabağda qurulmasına çalışılan oyunların isə heç bir perspektivi yoxdur və Azərbaycan uzun müddət belə vəziyyətə dözmək niyyətində deyil. Azərbaycan bununla bağlı qəti tədbir görmək hüququnu özündə saxlayır. Bu, beynəlxalq hüquqda da özünü tövsif edir. Yəni, qondarma rejimin əl ata biləcəyi hər hansı bir təxribat bütün hallarda onların özlərinin əleyhinə yönələcək.
Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına gəldikdə isə, bu məsələ hər zaman aktuallığını qoruyur. Prezident İlham Əliyev hər zaman bildirib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Onlar da digər bütün vətəndaşlarımıza şamil olunan hüqüqlardan tam şəkildə istifadə edə biləcəklər.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

