Narazı kütlə, artan gərginlik...
23.05.2023 [10:40]
İrəvandakı aksiyalar nə ilə nəticələnəcək?
Nicat Dilqəmli
Artıq bir neçə gündür işğalçı Ermənistandakı qarşıdurmaların, daxili çəkişmələrin yeni dalğası yaşanmaqdadır. Ermənistanın paytaxtı İrəvan əhalinin etiraz aksiyalarına ev sahibliyi edir. Təkcə bu ay ərzində Ermənistanın mərkəzində bir neçə mitinq keçirilib. Bu nümayişlərdən biri mayın 19-da müharibə zamanı ölən hərbçilərin yaxınları tərəfindən keçirilən etiraz aksiyasıdır. Onlar İrəvanda Şenqavit məhkəməsinin qarşısında aksiya keçiriblər. Etirazların əsas səbəbi baş nazir Nikol Paşinyanın oğlunu qaçırmaqda şübhəli bilinən Qayana Akopyanın həbsi ilə bağlıdır. Aksiya iştirakçıları məhkəmənin şübhəli bilinən Akopyanın həbsi ilə bağlı qərarın baxılmasını növbəti günə ertələməsinə etiraz ediblər. Etirazçılar hadisə yerinə gələn polis avtomobillərinin yolunu bağlamağa çalışıblar. Nəticədə etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Polis əməkdaşları ölən hərbçilərdən birinin qohumunu saxlayıb. Onun üzərində bıçaq olduğu bildirilib.
Ertəsi gün isə Akopyanın həbsi ilə bağlı İrəvanın mərkəzində daha bir etiraz aksiyası keçirilib. İrəvanın mərkəzinə, Respublika meydanına doğru irəliləyən etirazçılar Arşakunyats prospektini bağlayıblar. Məlumatlarda etirazçılarla polislər arasında baş verən toqquşmalar nəticəsində valideynlərin “canlı divar” yaratdığı qeyd olunur. Ölən erməni əsgər Mxitar Qaleyanın atası Qarik Qaleyan aksiyanın dinc xarakter daşıdığını elan edib.
Xatırladaq ki, Qayane Akopyan mayın 17-də Paşinyanın oğlu Aşotu qaçırmaqda şübhəli bilinərək saxlanılıb. O, günahını etiraf etmir və buna etiraz olaraq aclıq aksiyasına başlayıb. Mayın 20-də məhkəmə onu bir ay müddətinə həbs edib. Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək, lakin hələlik aclıq aksiyasını davam etdirmək qərarına gəlib.
Ermənistandakı etiraz aksiyaları ilə bağlı “Yeni Azərbaycan” qəzetinə fikirlərini bölüşən siyasi şərhçi İlqar Vəlizadə hazırkı hadisələrin Ermənistandakı etirazların triqqeri rolunu oynadığı qənaətindədir. Politoloqun fikrincə, proseslərin hansı formada inkişaf edəcəyi hadisələrin gedişatından asılıdır: “Xüsusilə də Ermənistan cəmiyyətində Paşinyanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində atacağı addımlardan, yəni hakimiyyətin bu proseslərə insanları necə hazırlaşdırdığından asılıdır. Ona görə də dəqiq hansısa proqnozlar vermək çətindir”.
Son günlər daha da alovlanan etiraz aksiyalarının Ermənistanda hökm sürən qeyri-sabit vəziyətdən xəbər verdiyini diqqətə çatdıran İ.Vəlizadə belə bir halda uzunmüddətli proqnozların verilməsini düzgün hesab etmədiyini də qeyd edib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

