ABŞ Brüssel görüşünü dəstəkləyir
16.05.2023 [10:34]
NARDAR
Mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü ABŞ-ın da diqqət mərkəzindədir. Hələ mayın 9-da ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşünə dəstəyini ifadə etmişdi. “Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə görüşəcəkləri ilə bağlı xəbəri alqışlayırıq. Vaşinqtondakı danışıqlardan sonra bu görüş gələcək irəliləyiş üçün zəmin yaradacaq”, - deyə məlumatda vurğulanırdı.
Mayın 14-də isə xarici işlər nazirinin müavini Elnur Məmmədov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, telefon danışığı zamanı tərəflər arasında Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, bölgədə cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar müzakirə edilib. Nazir müavini Elnur Məmmədov Azərbaycanın Ermənistanla normallaşma, o cümlədən gələcək sülh sazişinin imzalanması istiqamətində əsas təşəbbüs irəli sürən tərəf kimi, prosesin uğurla nəticələnməsində maraqlı olduğunu bildirib. Buna baxmayaraq, Ermənistan tərəfindən sülh prosesinə maneçilik səylərinin, o cümlədən sərhədyanı bölgədə itkilərə səbəb olan son hərbi təxribatlarının danışıqlar üzrə beynəlxalq səylərə xələl yetirmək məqsədi daşıdığı vurğulanıb.
Erika Olson öz növbəsində, bölgədə sülh və sabitliyin bərqərar olunmasının əhəmiyyətini, bunun üçün sülh sazişinin imzalanmasının zəruri olduğunu bildirib. ABŞ tərəfinin Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda aparılan bu danışıqlara dəstək verməyə daim hazır olduğunu diqqətə çatdırıb.
Telefon danışığı zamanı, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ dəfələrlə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu və bu prosesə töhfə verməyə hazır olduğunu bəyan edib. Son dövrlər isə Birləşmiş Ştatlar bu istiqamətdə diplomatik fəallığını xeyli artırıb. Aprelin 17-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun ölkəmizə səfəri, həmin gün XİN başçısı Ceyhun Bayramovun ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan ilə telefon danışığı, aprelin 20-də isə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonun ölkəmizə səfəri də bunu təsdiqləyir. Bir neçə gün ərzində ABŞ Dövlət Departamentinin üç yüksək rəsmi şəxsinin regionumuzla təmasları, eləcə də dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngləri və apardıqları danışıqlar Birləşmiş Ştatların Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlı olduğunu göstərir.
Məhz ABŞ-ın fəallığının nəticəsidir ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri 1-4 may tarixlərində Vaşinqtonda görüşüblər. Həmin görüşdə sülh sazişi ilə bağlı müəyyən razılaşmalar olsa da, tərəflər arasında fikir ayrılıqlarına səbəb olan bəzi məqamlar hələ də qalmaqdadır. Xatırladaq ki, bununla da sülh sazişi ilə bağlı danışıqların üç raundu arxada qalıb. Bu yöndə ilk görüş ötən il oktyabrın 2-də Cenevrədə, ikinci görüş isə noyabrın 7-də Vaşinqtonda keçirilmişdi. Üçüncü görüş ötən ilin dekabrında Moskvada nəzərdə tutulsa da, son məqamda Ermənistan tərəfi bu görüşdən imtina etmişdi. Bu səbəbdən də, həmin görüş Rusiya və Azərbaycanın XİN başçıları arasında keçirilmişdi. Bundan sonra isə sülh sazişi üzrə müzakirələr onlayn formatda aparılırdı. Vaşinqton görüşü isə tərəflərin masaya qayıtmasının təsdiqidir.
İkinci Qarabağ müharibəsində qalib gəlməsinə baxmayaraq Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasına maraqlı olduğunu bəyan edib. Çünki müharibə dövrü tarixin arxivində qalmalı, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir. Məlumdur ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib. Bu baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Beləliklə, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonun mayın 14-də Bakıya telefon zəngi də Birləşmiş Ştatların Brüssel görüşünə dəstəyinin ifadəsidir. Çünki rəsmi Vaşinqton tərəflər arasında tezliklə sülh sazişinin imzalanmasına çalışır.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

