“Nemezis” abidəsi...
27.04.2023 [10:35]
Yaxud terrorun təbliğatı - dünya niyə susur?
Aprelin 25-də İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılışı keçirilib. Bu, sıradan bir abidə deyil və tarixə nəzər salsaq, “Nemezis” terror əməliyyatının hansı faciələrə yol açdığının şahidi olarıq. Ötən saylarımızda bu barədə ətraflı bəhs etmişik.
Xatırlayırsınızsa, ötən ay 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının seçmə mərhələsinin birinci turunda qarşılaşan Ermənistan-Türkiyə matçında ermənilər öz çirkin simalarını bir daha nümayiş etdirmişdilər. Oyuna qədər İrəvan küçələrində Türkiyə və Azərbaycana qarşı təhqirlər səsləndirilməsi bir tərəfə, erməni “azarkeşlərin” açdıqları nasist pankart diqqəti cəlb edirdi. Azərbaycan və Türk dövlət xadimlərinə qarşı həyata keçirilən terror əməliyyatı - “Nemezis” İrəvan stadionunun əsas “şüar”ına çevrilmişdi.
Nədir “Nemezis”? “Nemezis” Əməliyyatı Daşnaksütyun partiyasının keçirdiyi terror aksiyasıdır. Aksiyanın elan edilmiş məqsədi “erməni soyqırımı”nı və guya Bakıda 1918-ci ildə “öldürülən” ermənilərin heyfinin alınması sayılırdısa, əsl mahiyyət fərqli idi. Erməni terror təşkilatları bu əməliyyatla Qafqazda yeni tarix səhifəsi açmış insanları, siyasi xadimləri və dövlət xadimlərini qətlə yetirdilər. Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri var idi. Əməliyyatın adı isə qədim yunan intiqam ilahəsi “Nemezidanın” adından götürülmüşdü...
Bu abidənin Ermənistanın aidiyyəti dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanması, habelə açılış mərasimində hakim partiyanın üzvü olan İrəvan merinin müavini və digər rəsmilərin də iştirak etməsi Ermənistan tərəfindən terrorçuluq siyasətinin təşviq olunması və tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatıdır. Azərbaycan Xarici işlər Nazirliyinin bəyanatında belə qeyd edilib: “Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatı zamanı, Osmanlı dövlətinin rəsmi şəxsləri ilə yanaşı, 1920-1922-ci illərdə Azərbaycanın keçmiş baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir, Azərbaycanın keçmiş Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetiriliblər.
Hər kəsə bəllidir ki, Ermənistanda dövlət siyasəti səviyyəsində irəlilədilən terrorçuluq, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədərək, 24 türk diplomatını qətlə yetiriblər. 1980-ci illərin sonundan etibarən Ermənistan Azərbaycana qarşı metro və avtobusların partladılması daxil, 30-a yaxın genişmiqyaslı terrorçuluq aktları törədilib, mülki əhali terrorçuların hədəfinə alınıb”.
Bəyanatda vurğulanır ki, erməni terrorizmi, ekstremizmi, aqressiv separatizmi və irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinə qarşı birmənalı və ikili standartlardan kənar şəkildə qəti mübarizə aparılmalıdır: “Ermənistanın bu cür addımları bu ölkənin Azərbaycan və Türkiyə ilə davam edən normallaşma danışıqları ilə bağlı iddia etdiyi “səmimiyyətini” və “xoş iradəsini” ciddi sual altına qoyur.
Qeyd edək ki, sülh və barışığa aparan yol cinayət və səhvlərin daha çox tərənnüm edilməsindən deyil, bunların etiraf olunmasından keçir”, - deyə bəyanatda bildirilir.
Tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluğun Ermənistanda dövlət səviyyəsində dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalı, bölgədə sülh və əmin-amanlığın təmin edilməsi üçün Ermənistan tərəfindən terrorçuluq siyasətinə son qoyulmalıdır.
Bəyanatda, həmçinin bildirilib: “Azərbaycanlılara qarşı Xocalıda soyqırımının törədilməsində ASALA və onun alt-qolları olan “Arabo” və “Aramo” terrorçu qruplarının yaxından iştirak etməsi məlumdur. Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın Ermənistanda qəhrəmanlaşdırılması, Ermənistanda nasizmin təbliğinin dövlət siyasətinin tərkib hissəsi olması, SS generalı Njde Qaregin və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın “milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi və “Njdeizmin” təbliğatı Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir”.
Beləliklə, İrəvanda terror əməllərinə abidə qoyan ölkənin beynəlxalq təşkilatlarda “sülh” çağırışları etməsi absurd göründüyü kimi beynəlxal təşkilatların, eləcə də özünü “demokrat” hesab edən dövlətlərin buna göz yumması da məntiqdən kənardır.
Nicat
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

