Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Davos Qlobal İqtisadi Forumu…

Davos Qlobal İqtisadi Forumu…

21.01.2023 [20:02]

Yeni enerji layihələri, yeni hədəflər

"Azərbaycan beynəlxalq əməkdaşlığa mühüm töhfələr verir"

Azərbaycanın milli maraqlar üzərində qurulan dövlət siyasəti regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə davamlı töhfələr verir. Bu dövlət siyasətinin mühüm komponentlərindən sayılan enerji siyasətimiz isə beynəlxalq əməkdaşlığın inkişaf edən xəttlə artmasında mühüm amilə çevrilir. Təkcə 2023-cü ilin başlanmasının ardından Prezident İlham Əliyevin bir sıra mühüm iqtisadi platformalarda iştirakı, Azərbaycanın gələcəyə hədəflənmiş enerji siyasəti ilə bağlı fikirləri və bu hədəflərin qlobal əməkdaşlığın daha da möhkəmlənməsində oynayacağı rol ölçüyəsığmazdır. Meydana çıxan yeni çağırışların qlobal həmrəyliyə transformasiyasına nail olmaq üçün mühüm təşəbbüslər irəli sürülür – yeni mərhələdə yeni enerji sektorunun inkişafı ilə bağlı müzakirələr aparılır. Xoş mərama əsaslanan bu təşəbbüslər əksər dövlətlər və beynəlxalq təşkilatlar səviyyəsində yüksək dəyərləndirilir ki, bu da ölkəmizin və onun Liderinin dünyada getdikcə artan nüfuzuna dəlalət edir. Yeri gəlmişkən, Davosda keçirilən son Qlobal İqtisadi Forum bu mənada xüsusilə seçilir. Ölkə Prezidentinin Forumun işində iştirakı, keçirdiyi görüşlər, verdiyi müsahibələr bir daha onu göstərir ki, Şərq ilə Qərbin qovşağında yerləşən Azərbaycan həm də iqtisadi əlaqələrin təmərküzləşməsində, genişlənməsində əsaslı rol oynayır.    

Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbaycan öz ənənəsinə sadiq qalaraq qlobal enerji siyasətində yüksək həmrəylik, fəallıq nümayiş etdirir. Ötən dövr ərzində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol əhəmiyyətli şəkildə seçilir. Bu fakt bir daha ölkəmizin həyata keçirdiyi qlobal miqyaslı layihələrin həyati əhəmiyyət daşıdığını göstərir: "Azərbaycan dövləti yürütdüyü uğurlu xarici siyasət kursu nəticəsində bu gün həm Şərqin, həm də Qərbin timsalında mühüm iqtisadi, siyasi tərəfdaşa çevrilib. Əbu-Dabi Dayanıqlılıq həftəsində iştirakımız, bu tədbirdə yüksək səviyyədə  qəbul və təmsil olunmağımız bu faktı bir daha təsdiqləyir. Eyni zamanda Davos Qlobal İqtisadi Forumu hər zaman olduğu kimi Azərbaycanın irəli sürdüyü layihələrlə rəngarənglik qazanır. Ümumiyyətlə, ilin əvvəlindən fərqli platformalarda uğurla təmsil olunmağımız, irəli sürdüyümüz iqtisadi layihələrlə qlobal əməkdaşlıq mühiti formalaşdırmağa çalışmağımız Azərbaycanın beynəlxalq nüfuzunu bir daha ortaya qoyur".

Millət vəkili bildirib ki, Azərbaycan özünün enerji siyasətind yeni hədəflər müəyyənləşdirib və bu hədəflər çoxvektorludur. Məsələn, Çinlə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılan addımlar olduqca mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2023-cü ilin yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirlərə diqqət çəkən A.Badamov bildirib ki, iki ölkə arasında etibarlı, etimad mühitinə əsaslanan münasibətlər mövcuddur. O qeyd edib ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırması qarşılıqlı hörmətin rəmzidir. "Qarşılıqlı əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub və 30 il ərzində davam edən siyasi münasibətlər Azərbaycan ilə Çinin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu ortaya qoyur. Nəzərə almaq lazımdır ki, Çin dünya iqtisadiyyatının mühüm hissəsidir. Bu mənada, rəsmi Pekinin Azərbaycanla tərfdaşlıqda maraqlı olması, iqtisadi əlaqələrin artmasında maraqlı olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəklədiyini bildirib və nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurub. Eyni zamanda, perspektivdə əməkdaşlığın şaxələndirilməsi də müzakirə predmet ola bilər", - deyən millət vəkili əlavə edib ki, Azərbaycanın investisiya mühitinin olduqca əlverişli olması, həm xarici, həm də yerli investisiyaların lazımi şəkildə qorunması ölkəmizi cəlbedici edir. Başqa sözlə, ölkəmizə qoyulan sərmayələrin şaxələndirilməsi ilə bağlı addımların atılması prioritetlərimizdəndir: "Qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Ölkəmiz bir sıra qlobal layihələrin fəal iştirakçısıdır. Məsələn, ölkəmiz ilk günlərdən çox böyük coğrafiyanı əhatə edən "Bir kəmər, bir yol” təşəbbüsünə fəal şəkildə qoşuldu. Ölkəmizin nəqliyyat seqmenti genişləndirildi. Hətta Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Ələt ticarət limanının yükaşırma qabiliyyəti 15 milyon tondur və Azərbaycan dövləti onu 25 milyon tona qədər artırmağı planlaşdırır. Eyni zamanda, yaradılan dəmir yolu infrastrukturuna geniş investisiya yatırılıb. Beləliklə, Azərbaycan beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib. Avtomagistrallar və hava limanları kimi layihələr də reallaşdırılır. Prezident İlham Əliyev müsahibəsində də bildirdi ki, Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Tranzit nəqliyyat layihələrinin inkişafı iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığın azalması deməkdir. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır".

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31