İsveçin imtinası...
21.12.2022 [10:44]
Türkiyənin tələblərini yerinə yetirməməklə özünün NATO yolunu bağlayır
İsveçdə yaşayan Fəthullahçı Terror Təşkilatının (FETÖ) üzvü Bülənt Keneşin Türkiyəyə ekstradisiyası tələbinin rədd edildiyi açıqlanıb. İsveç Ali Məhkəməsindən verilən açıqlamada ekstradisiya tələbinin yerinə yetirilməsi üçün şübhəlinin 1 il və ya daha çox müddətə azadlıqdan məhrum edilməsinin lazım olduğu və Keneş üçün belə bir durumun olmadığı bildirilib.
Xatırladaq ki, bu ilin iyununda NATO-nun Madrid Sammitində Türkiyə, Finlandiya və İsveç arasında danışıqlar baş tutmuşdu. Danışıqların nəticəsi olaraq isə üçtərəfli Memorandum imzalanmışdı. Qeyd edək ki, Memorandumda öz əksini tapan müddəalara görə, hər iki Skandinaviya ölkəsi PKK və FETÖ üzvləri ilə bağlı ekstradisiya məsələsini aktual saxlamalı və adıçəkilən terror təşkilatı üzvlərinin Türkiyəyə ekstradisiyalarını təmin etməli idi. Türkiyənin İsveçdən ekstradisiyasını istədiyi terrorçular arasında isə FETÖ üzvü olduqları iddia edilən Harun Tokak, Yılmaz Aytan, Murat Çetiner, Alperen Melikhan Doğan, Bülent Keneş, Orhan Er və Harun Ayvaz da var.
Yeri gəlmişkən, Prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 9-da İsveç Baş naziri Ulf Kristersson ilə görüşündə də FETÖ-çü Bülent Keneşin təhvil verilməsinin Türkiyə üçün böyük önəm kəsb etdiyini demişdi. Təşkil edilən birgə mətbuat konfransında çıxış edən Prezident Ərdoğan bildirmişdi ki, görüşümüzün hədəfi, xüsusilə, İsveçin terrorla mübarizədə bu nöqtədə tutduğu mövqedir: “FETÖ üzvü Bülent Keneş İsveçdəndir. Türkiyəyə deportasiya olunması bizim üçün önəmlidir. İsveçin bu mövzuda daha həssas olmasını gözləyirik”.
Amma bu ekstradisiya baş tutmadı. Bu isə hadisələrin fərqli məcrada inkişafını təmin edə bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramil Həsən bildirib ki, artıq qlobal aktora çevrilmiş Türkiyə ən yüksək səviyyədə öz maraqlarını qorumaq əzmindədir. NATO kimi mühüm bir təşkilatın genişlənməsi ilə bağlı məsələ məhz Türkiyənin iradəsinə əsaslanır: “Bu ilin iyununda baş tutmuş Madrid Zirvə görüşündə rəsmi Ankara ilə iki Skandinaviya ölkəsi arasında rəsmi razılaşma imzalandı. İmzalanan Memoranduma əsasən, rəsmi Ankaranın tələblərinə qarşı Skandinav ölkələri PKK və onun uzantıları ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlığa, terrorun bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirilməsinə, PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyinə razılaşıb. İndiki halda isə, İsveçin atdığı addım bu razılaşma ilə uyğun gəlmir. Bu mənada, Türkiyə lazım olan cavabı verəcək. Fikrimcə, prosesin bu şəkildə inkişafı İsveçin NATO yolunda irəliləməsinə böyük bir maneəyə çevriləcək”.
Millət vəkilinin fikrincə, Türkiyənin və bu ölkənin Prezidentinin məsələ ilə bağlı mövqeyi qətidir. R.Həsən Prezident Ərdoğanın bir müddət öncə baş tutmuş “Səfirlər Konfransı”ndakı çıxışını xatırladıb. “Prezident Ərdoğan qeyd etmişdi ki, verilən vədlər yerinə yetirilməsə, Türkiyə bu iki dövlətin NATO üzvlüyünə razılıq verməyəcək. Dövlət başçısı vurğulamışdı ki, bu mövqe NATO-nun Madriddə keçirilən sonuncu sammitində bir daha nümayiş etdirilib. O qətiyyətlə bildirmişdi ki, küçələrində PKK-çıların dolaşdığı dövlətlərin üzvlüyü NATO-nun müdafiə etdiyi dəyərlərə xələl gətirəcək. Təbii ki, səslənən həmin bəyanat bu gün də aktualdır. Türkiyə bu gün dünyanın hərbi nizamının tənzimlənməsində rol onayan ölkədir. Bu baxımdan da, Türkiyənin xəbərdarlığı İsveç üçün mühüm əhəmiyyət kəsb etməlidir”, - deyə millət vəkili əlavə edib.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

