Ermənilərin puç olan “arzuları”...
17.12.2022 [10:40]
KTMT-nin ardınca Aİ-nin missiyası da Azərbaycanın əleyhinə hesabat təqdim etmədi
Nardar BAYRAMLI
Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası dekabrın 19-da başa çatacaq. Həmin missiyanın mandatı uzadılmayacaq. Bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozef Borrel məlumat verib. O, bu barədə qərarın Brüsseldə Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündə qəbul edildiyini bildirib. Xatırladaq ki, rəsmi İrəvan Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının monitorinq missiyasının müddətinin uzadılmasında maraqlı olduğunu açıqlamışdı. Lakin missiyanın fəaliyyəti və mandatının uzadılmaması Ermənistanda tənqidə məruz qalıb. Belə ki, erməni mətbuatının yazdığına görə, indiyədək Avropa İttifaqının monitorinq missiyası tərəfindən Azərbaycanın guya Ermənistan ərazisini atəşə tutması barədə heç bir açıq bəyanat və ya hesabatın dərc olunmaması İrəvanı qane etməyib.
Qeyd edək ki, Ermənistanın müraciəti əsasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası da bu ölkədə olmuşdu. Amma missiya Azərbaycana qarşı hər hansı açıqlama yaymadı. Buna görə də, ermənilər Avropa İttifaqının monitorinq missiyasından ölkəmizin əleyhinə hesabat təqdim olunmasını gözləyir. Amma çox ehtimal ki, bu missiya da erməniləri məyus edəcək. Məsələ ilə bağlı qəzetimizə açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, Aİ-nin mülki missiyası ilə bağlı Avropa Siyasi Birliyinin zirvə toplantısında keçirilən dördtərəfli görüşdə razılıq əldə olunmuşdu. Bu missiya xüsusilə sərhədlərin delimitasiyasına töhfə verməli idi. Onun sözlərinə görə, missiya Ermənistana gələr-gəlməz hakimiyyət ondan öz maraqları naminə istifadə etməyə çalışdı: “Müxtəlif siyasi manipulyasiya oldu, ardınca ATƏT-in qeyri-qanuni missiyası göndərildi. Eyni zamanda, 13-14 sentyabr hadisələrini araşdırmaq üçün KTMT-nin də missiyası Ermənistanda oldu. Çox rahatlıqla xarici emissarları qəbul edən rəsmi İrəvan anlamır ki, bu güc mərkəzləri, həm də qlobal miqyasda müharibə şəraitindədirlər. Ukrayna problemi bunun əyani sübutudur”.
Həmsöhbətimiz deyib ki, rəsmi İrəvan Aİ-nin missiyasının mandatının uzadılacağına böyük ümidlə yanaşırdı. Lakin bu baş vermədi. Bir müddət sonra mülki missiyanın monitorinqlərinə dair hesabat dərc olunacaq. Artıq Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan hesabatı gözləmədən Azərbaycana qarşı böhtan xarakterli fikirlər səsləndirir. Amma onun fikirləri heç bir əhəmiyyət daşımır. “Düşünürəm ki, Avropa İttifaqının missiyası öz hesabatında obyektiv olacaq. Fikrimcə, hesabatda bizim maraqlarımıza zidd məqamlar yer almayacaq. Ermənistan çalışır ki, hesabat onun maraqlarına uyğun olsun. Amma Avropa İttifaqı regionda prosesləri yaxından izləyir və bölgədə təxribatların Ermənistan tərəfindən törədildiyini görür”,-deyə İ.Hüseynov söyləyib.
Politoloq Anar Əliyev isə hesab edir ki, Aİ missiyasının fəaliyyəti uğursuz olub. Çünki ötən müddət ərzində Ermənistan-Azərbaycan sərhədində ermənilərin törətdiyi təxribatlarla bağlı heç bir açıqlama verilməyib. 10 noyabr bəyanatı ilə Rusiya sülhməramlılarının bölgəyə daxil olması və proseslərdən kənara atılması ilə barışmaq istəməyən Fransa bölgəyə missiyalar göndərməklə Cənubi Qafqazda söz sahibi olduğunu göstərməyə çalışırdı. Bu ümid də boşa çıxmış oldu. Missiyanın ötən müddət ərzində fəaliyyəti mövcud vəziyyətin qiymətləndirilməsi ilə bağlı heç bir ciddi, real, proseslərin gedişinə təsir edəcək mövqe ortaya qoymadı. Bu da onu göstərir ki, Azərbaycanın razı olmadığı heç bir təşəbbüs bölgədə özünü doğrultmur.
Politoloqun fikrincə, Avropa institutları Ermənistana havadarlıq etməklə Azərbaycana təzyiq və təsir etmək imkanı formalaşdırmağa çalışırlar: “Belə qaranlıq yollarla Azərbaycanın iradəsinə təsir etmək mümkün deyil. Missiya Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsində heç bir müsbət irəliləyiş əldə edə bilməyib. Belə missiyaların bölgəyə gətirilməsi prosesləri uzatmaq məqsədi güdür. Beynəlxalq birlik bu tipli missiyaların təşkili ilə deyil, sülhə qarşı çıxan Ermənistana təzyiqlər etməklə, irəliləyişə nail ola bilər. Əks halda Ermənistanın “nazı ilə oynamaqla” Cənubi Qafqazda sabitlik əldə etmək mümkün deyil. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, bizim sülh təkliflərimiz əbədi olaraq masada qalmayacaq. Bunu Ermənistan və havadarları bilməlidir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

