Qarabağ ermənilərinin taleyi...
03.12.2022 [10:10]
Ermənistan Azərbaycanın ərazibütövlüyünü tanımaqla Qarabağ üzərindəki suverenliyini də qəbul edib
Qarabağ erməniləri Azərbaycanın digər vətəndaşları ilə eyni hüquqa malik olacaqlar
Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazisində yaratdığı qondarma rejimin “ömrünü uzatmağa” çalışır. Hətta son dövrlərdə iki ölkə arasında gedən sülh danışıqları prosesində Ermənistan yeni manipulyasiyalara əl atır. Rəsmi İrəvan qondarma qurumun “tərəf” kimi Azərbaycanla danışıqlar aparması istiqamətində səylər göstərir. Onların məqsədi ermənilərin Azərbaycanın daxilində hansısa statusla yaşamasıdır ki, bu məsələdə Azərbaycanın mövqeyi qətidir. Noyabrın 17-də Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bildirdi ki, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər: “Bu olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik”.
Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır
Yeri gəlmişkən, Rusiyanın XİN rəhbəri Sergey Lavrov Avropanın təhlükəsizliyinə həsr olunmuş mətbuat konfransında bildirib ki, Ermənistan rəhbərliyi son zamanlar status haqqında deyil, Qarabağın erməni əhalisinin hüquqlarının təmin edilməsi barədə danışır. Azərbaycan tərəfi bu məsələnin müzakirəsinə və onları ölkənin digər vətəndaşlarının malik olduğu hüquqlarla təmin etməyə hazırdır.
Lavrovun bu fikirləri yeni sayıla bilməz. Azərbaycan dövləti bu məsələ ilə bağlı öz qəti mövqeyini ortaya qoyub - Qarabağın erməni əhalisi Azərbaycan vətəndaşlarıdırlar və Azərbaycan Konstitusiyası ilə müəyyən olunmuş bütün hüquq və azadlıqlar onlara da şamil olunur. Bu fakt hələ oktyabr ayında Praqa sammiti zamanı Prezident İlham Əliyev tərəfindən bəyan edilmişdi. Ölkə başçısı bildirmişdi ki, Qarabağda erməni əhalinin həyatının necə qurulacağı, ayrı məsələdir: “Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər. Buna görə də sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür”.
Dövlət başçısı bildirmişdi ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla: “Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır”.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyıb
Sergey Lavrov Avropanın təhlükəsizlik problemlərinə həsr olunmuş mətbuat konfransında bu ilin oktyabrında Praqada keçirilən sammit çərçivəsində baş tutan dördtərəfli görüşün nəticələrinə həsr olunan kommunikeyə də toxunub. O bildirib ki, sənəddə tərəflərin sülh müqaviləsini BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq imzalamaq istədikləri qeyd olunub: “MDB-nin yaradılması haqqında Alma-Ata Bəyannaməsində isə aydın şəkildə qeyd olunub ki, yeni yaradılan dövlətlər arasında sərhədlər keçmiş SSRİ dövlətləri arasındakı inzibati sərhədlərə əsaslanır. Həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olub. Bu, həm Azərbaycan, həm Ermənistan, həm Fransa, həm də cənab Şarl Mişel tərəfindən sənəd çərçivəsində təsdiq olunub. Bu, təbii ki, gələcək işləri yüngülləşdirir, çünki Qarabağın statusuna necə yanaşmaq məsələsini həll edir”.
Qeyd edək ki, Ermənistanın rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bu ölkə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqlədi. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərindəki hakimiyyətini də tanımış oldu. Təbii ki, bu parlaq qələbə Prezident İlham Əliyevin apardığı uğurlu diplomatik siyasətin nəticəsidir. Yeri gəlmişkən, noyabrın 25-də Bakıda keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında da Prezident İlham Əliyev bu məsələyə toxunub. Dövlət başçısı bildirib ki, Praqa görüşünün kommünikesinə baxsanız, görərsiniz ki, Ermənistan ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdı və bu, həm də Azərbaycanın Qarabağ üzərində suverenliyi deməkdir: “Həmçinin Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı bəyannaməsinə istinad edilir və bu da o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

