Müdafiə Nazirliyi israr edir
02.12.2022 [10:29]
Hərbi ekspert: Yaranmış vəziyyət Azərbaycanı qısa zamanda adekvat və təsirli tədbirlər görməyə vadar edir
N.BAYRAMLI
Regionda sülhün və təhlükəsizliyin təmin edilməsi hazırda ən vacib məsələlər sırasındadır. Xüsusilə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması beynəlxalq birliyin diqqət mərkəzindədir. Bu məqsədlə indiyə qədər bir sıra görüşlər keçirilib, bəyanatlar imzalanıb. Lakin hər görüşdən və razılaşmalardan sonra erməni tərəfi müxtəlif təxribatlara əl atır. Bu yanaşma Ermənistan üçün artıq ənənə halına çevrilib. Son günlər qarşı tərəf davamlı olaraq mövqelərimizi atəşə tutmaqla təxribatlarını davam etdirir. Hərbi təxribatlar həm dövlət sərhədində, həm də Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə mövcud olan qanunsuz erməni hərbi dəstələri tərəfindən törədilir.
Məsələ burasındadır ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiyanın sülhməramlı kontingenti də erməni maraqlarına xidmət edir. Belə ki, sülhməramlılar bölgədə fəaliyyətləri ilə bağlı yaydıqları məlumatlarda Azərbaycan toponimlərini uydurma erməni adları ilə adlandırılır. Bununla bağlı Azərbaycanın Müdafiə Nazirliyi Rusiya sülhməramlıları kontingetinin komandanlığına dəfələrlə etirazını bildirsə də, qarşı tərəf bundan nəticə çıxarmır. Müdafiə Nazirliyinin bu barədə noyabrın 30-da yaydığı məlumatda qeyd olunur: “Təəssüf edirik ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır. Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin toponimlərini uydurma erməni adları ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladırıq. Yenə də Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq. Bir daha israrla bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 30.11.2022-ci il tarixli rəsmi məlumatında “Dağlıq Qarabağ ərazisi” kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və “Martuni” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR”.
Digər tərəfdən, ermənilər hərbi təxribatlar törətdiyi halda, Rusiya sülhməramlılarının bəzi məlumatlarında guya Azərbaycan ordusunun “atəşkəsi pozduğu və iki erməninin yaralandığı” qeyd edilir. Bütün bunlar açıq-aydın şəkildə sülhməramlıların öz mandatını lazımi səviyyədə yerinə yetirmədiyini göstərir.
Hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, Rusiya sülhməramlılarının son dövrdəki fəaliyyəti onların statusuna tamamilə ziddir. Belə ki, sülhməramlılar neytral qala bilmir, yaşayış məntəqələrimizin adlarını təhrif edir və ərazilərimizin intensiv şəkildə minalanmasına şərait yaradırlar. “Sülhməramlılar yaralanan erməni silahlısına görə, heç bir təhlil aparılmadan dərhal erməni mövqeyini müdafiə edir, hər bir problemli məsələdə Azərbaycanı günahlandırırlar. Erməni tərəfinin ardıcıl olaraq mövqelərimizi atəşə tutmasına, Laçın dəhlizindən erməni silahlı dəstələrinin silah-sursat, mina daşınmasına nədənsə rus sülhməramlılarından reaksiya gəlmir. Ruben Vardanyan separatçı rejimdə yeni hökumət formalaşdırır, mitinqlər təşkil edir, “seçki” kampaniyası aparır və rus sülhməramlıları buna da səssiz qalırlar” , - deyən ekspertin fikrincə, bütün bu faktlar Azərbaycan tərəfini qısa zamanda adekvat və təsirli tədbirlər görməyə vadar edir. Çünki Azərbaycan üçün rus sülhməramlılarının və separatçı rejimin davranışları tamamilə qəbuledilməzdir.
Ə.Verdiyevin sözlərinə görə, Ermənistan məğlub tərəf olmasına baxmayaraq, sülh gündəliyinə dair danışıqlarda Fransanın iştirakını tələb edir. Halbuki, məğlub ölkə kimi onun üzərinə düşən kifayət qədər yerinə yetirilməyən öhdəliklər mövcuddur. Erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmaması, Azərbaycan ərazisində Ermənistanda 2021-ci ildə istehsal olunan minaların basdırılması, sərhədlərin delimitasiyası problemi, ordumuzun mövqelərinin atəşə tutulması və s. məsələləri rəsmi İrəvan görməzdən gəlir. Amma regiona və danışıqlar prosesinə aid olmayan, nə vaxtsa ATƏT-in Minsk qrupunda təmsil olunmuş Fransanı danışıqlar prosesində görmək istəyir. Bu isə birmənalı olaraq, danışıqlar prosesindən imtina etmək deməkdir.
Ə.Verdiyevin fikrincə, Ermənistan tərəfinin gərginliyin artırılması üçün atdığı addımlar sərhəddə növbəti hərbi toqquşmalar yarada bilər. Çünki Ermənistan öz ordusunun belə bərbad vəziyyətində danışıqlar prosesindən imtina edirsə, Azərbaycan da bu dayanıqsız sülhün davam etməsində o qədər də maraqlı olmaya bilər. Bunun isə sonda lokal toqquşmalara gətirib çıxarması mümkündür. “Hazırda Ermənistan gərginliyin davam etməsi üçün əlindən gələni edir. Eyni zamanda, rus sülhməramlılarından da obyektiv mövqe görmürük. Bu isə məsuliyyətin həm Ermənistanın, həm də rus sülhməramlılarının üzərinə düşdüyünü deməyə əsas verir”, - deyə hərbi ekspert vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

