Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilib
17.03.2011 [10:15]
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı tarixçilər, siyasətçilər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabın erməni ideoloqlarının beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərinə çox tutarlı cavab, təkzibolunmaz faktlara söykənən dəyərli elmi əsər olduğunu xüsusi vurğulayıb. İcra hakimiyyətinin başçısı bildirib ki, müəllif bu kitabında 2010-cu il oktyabrın 16-da Azərbaycanın qədim Zəngəzur torpağında - Gorus şəhərində Serj Sarkisyanın diaspor jurnalistləri ilə görüşünün təfərrüatlarını çox aydın şəkildə oxuculara təqdim edib. Müəllif yazır ki, Xocalı soyqırımının, Dağlıq Qarabağ və ona bitişik ərazilərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmələrin əsas təşkilatçılarından biri olmuş Sarkisyan Gorus teatrının səhnəsində öz şəxsi daxili mədəniyyətinin və savadının səviyyəsini əks etdirən bir sıra kəskin bəyanatlarla çıxış edib, özünü “akademik” kimi göstərməyə çalışıb, bütün elm aləmini “yeni kəşflər”lə heyrətləndirməyi qərara alıb.
M.Cabbarlı bildirib ki, absurd teatrın səhnələşdirdiyi məkan - Gorusun itirdiyimiz qədim yurd yerlərimizdən biri olduğuna diqqəti cəlb edən müəllif, Serj Sarkisyanın hətta ən yaxın tarixi görmək istəməməsini onun siyasi nadanlığı ilə izah edir. Müəllif göstərir ki, Ermənistandakı azərbaycanlılara məxsus yer adlarının sonradan dəyişdirildiyinin şahidi olmaq üçün ən yaxın tariximizə aid məxəzləri vərəqləmək kifayətdir.
Bildirilib ki, akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” əsərini oxuduqca bir daha əmin olursan ki, həqiqət bizim tərəfimizdədir. Müdriklik əvəzinə çılğınlıq, sağlam təfəkkür əvəzinə xəstə təxəyyül, qürur əvəzinə təkəbbür, sərsəm ağıl nümayiş etdirən Sarkisyanın fikirləri uydurduğu miflərə, qayçılaya-qayçılaya gəldiyi həqiqətlərin yerində dikəltdiyi yalan sütunlara, erməni etnosu və dilinin tarixi ilə bağlı dünya ictimaiyyətinə sırımaq istədiyi cəfəng mülahizələrə söykənir. Bütün bu yalanların isə müəllif tərəfindən elmi şəkildə ictimaiyyətə çatdırılması böyük əhəmiyyət kəsb edir.
Tədbirdə Şəki Regional Elmi Mərkəzin əməkdaşları Dilbazi Cəmilov, Ramil Teymurov, Ulduz Mürşüdova və başqaları çıxış edərək akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabının erməni ideoloqlarının tarixi saxtalaşdırmaq cəhdlərinin ifşa edilməsində mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıblar.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

