Aqrar sahəyə aid qanunvericiliyin mövcud durumu müzakirə ediləcək
10.02.2011 [09:46]
Milli Məclisin Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə yaxın vaxtlarda ölkəmizdə aqrar sahəyə aid qanunvericiliyin mövcud durumu ilə bağlı geniş müzakirələrin keçirilməsi nəzərdə tutulur. Bu barədə parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib. E.İbrahimovun sözlərinə görə, bu müzakirələrə həsr olunmuş tədbirə Azərbaycanın nüfuzlu alimləri, mütəxəssislər, müvafiq strukturların nümayəndələri dəvət ediləcək. “Parlamentin Aqrar siyasət komitəsinin təşkil edəcəyi tədbirdə bu sahə ilə məşğul olan insanlar iştirak edəcəklər. Biz istəyirik ki, onların iştirakı ilə mövcud qanunvericilik bazasını müzakirə edək. Ola bilər ki, aqrar sahənin inkişafı ilə bağlı yeni qanunların qəbul edilməsi təklif ediləcək. Yaxud da, qəbul edilmiş qanunların hansısa maddələrinin bu gün işləməməsi üzə çıxa bilər. Yəni, məqsədimiz odur ki, bu məsələləri ətraflı müzakirə edək və mövcud durumu öyrənərək gələcək fəaliyyətimizdə reallıqları nəzərə alaq”-deyə, komitə sədri vurğulayıb.
E.İbrahimov bildirib ki, 1995-96-cı ildən bu günə kimi parlament tərəfindən aqrar sektorla bağlı 50-dən çox qanun layihəsi qəbul olunub və təxminən bir o qədər də müxtəlif qanun layihələrinə əlavələr və dəyişikliklər edilib: “Bizim qəbul etdiyimiz qanunlar kənd təsərrüfatı ilə məşğul olanlar üçündür. Ona görə hesab edirik ki, onları hansı məsələlər narahat edir, onları hansı qanunlar düşündürür, bu barədə öz fikilərini açıq şəkildə bildirsinlər. İnanıram ki, bu tədbirin istər aqrar sektorla, istərsə də bu yöndə qanun yaradıcılığı ilə bağlı işlərə böyük töhfəsi olacaq”.
Azərbaycanda iqtisadi inkişafın vüsət aldığını deyən E.İbrahimovun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının artımı üçün də davamlı tədbirlər həyata keçirilir. O, qeyd edib ki, son vaxtlar korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi sosial-iqtisadi sahələrdə inkişafı daha da sürətləndirəcək: “Bu məsələ ilə bağlı dövlət başçısı siyasi iradəsini nümayiş etdirib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasında qaldırılan məsələlər hazırda cəmiyyətdə geniş müzakirə mövzusudur və müvafiq strukturlar bu məsələ ilə bağlı lazımi addımlar atırlar. Hamı kimi mən də bu prosesi dəstəkləyirəm. Fikrimcə, bu cür addımlar neqativ halların aradan qaldırılmasına xidmət edir və biz artıq nəticələri görməkdəyik. Mən mətbuatda da fikirlərimi bildirmişəm ki, bəzi məmurlar dövlət telefonları ilə zənglərimizə cavab vermir. Hesab edirəm ki, onlar da belə hərəkətlərinə son qoymalıdırlar”.
E.İbrahimov qeyd edib ki, neqativ halların aradan qaldırılması hər bir vətəndaşın maraqlarına uyğundur.
Komitə sədri onu da bildirib ki, hazırda aqrar sahə ilə bağlı qanun yaradıcılığı davam edir. Onun sözlərinə görə, Milli Məclisin Aqrar siyasət komitəsi tərəfindən “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin hazırlanması üzərində iş aparılır. E.İbrahimov deyib ki, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun aqrar sahənin inkişafına xidmət edəcək. Bu sahədə beynəlxalq təcrübəni öyrənmək üçün parlamentin nümayəndələri Almaniyada səfərdə olacaq. E.İbrahimovun sözlərinə görə, ölkəmiz ümumdünya Ticarət Təşkilatına (üTT) daxil olmaq ərəfəsindədir və bu baxımdan, Azərbaycanda rəqabətədavamlı məhsulların istehsalı ən vacib məqamlardan biridir. Bunu təmin etmək üçün isə kənd təsərrüfatı kooperasiyasının inkişafı vacibdir. Komitə sədri deyib ki, hazırda Azərbaycanda 179 kənd təsərrüfatı kooperativi var, ancaq bunlar azlıq təşkil edir. E.İbrahimov bildirib ki, bu, heç də keçmiş kolxozun bərpası demək deyil: “Nə kolxoz olacaq, nə sədr olacaq, nə də mühasib. Burada qazanan sadə insanlar olacaq. Zaman, dövr dəyişir. Vaxtilə torpaqlar özəlləşdirməyə getdi, insanlara pay torpaqları ayrıldı. Ancaq indi insanlar birləşərək bir təsərrüfat yaradıb, orada əkib-becərmək, qazanmaq istəyirlər. Hesab edirəm ki, bizdə də kənd təsərrüfatı kooperasiyasının inkişafına təkan vermək lazımdır”.
Onun sözlərinə görə, qanun layihəsi ilə bağlı ilkin müzakirələr aparıldıqdan sonrakı ötən dövr ərzində komitəyə xeyli təkliflər daxil olub: “Bu müddət ərzində bizə çoxlu təkliflər gəlib, bunlar hamısı sözügedən sənədin təkmilləşdirilməsi üçün çox vacib və zəruri olan təkliflərdir. Biz çalışacağıq ki, həmin təkliflərdən də yararlanaq. Bu məsələ gündəmə gələrkən, bəziləri tərəfindən belə fikirlər, iddialar irəli sürülməyə başladı ki, kooperasiya adı altında kolxozu yenidən bərpa etmək istəyirlər. özü də bunu bizə opponentlik edən insanlar daha çox iddia edirdilər. Ancaq birmənalı şəkildə bildirmək istəyirəm ki, bunlar qarayaxmadan başqa bir şey deyil. Onlar bu məsələdən istifadə edib, ölkədə aparılan islahatlara, xüsusilə, aqrar islahatlara kölgə salmaq istəyirlər. Kooperasiya sistemi nəinki bizdə, dünyanın, xüsusilə, Avropanın ən qabaqcıl ölkələrində geniş yayılıb. Əgər kooperasiya sistemi pis olsaydı, qabaqcıl Avropa ölkələri bu addıma gedərdilərmi? Heç şübhəsiz ki, yox! Deməli, bunun xeyrini görüblər və buna görə də, indi bu sistemi daha da inkişaf etdirirlər. Belə olan halda, biz niyə bundan yararlanmayaq?!”
E.İbrahimov, həmçinin, qeyd edib ki, sadə insanlar, xüsusilə, bölgələrdə yaşayan, fəaliyyət göstərən fermerlər belə bir qanunun qəbulunu vacib hesab etdiklərini bildiriblər: “ötən müddət ərzində bölgələrdən xeyli sayda fermer bizə müraciət edib. Onlar belə bir qanunun qəbulunu vacib saydıqlarını dilə gətiriblər. Odur ki, bir daha yuxarıda qeyd etdiyim kimi, sözügedən sənəd üzərində təkmilləşmə işlərini tamamladıqdan sonra onu fevralın sonları, martın əvvəllərində parlamentin plenar iclasının müzakirəsinə çıxaracağıq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05

