İrandakı dairələr Azərbaycanda dini zəmində narazılıq yaratmağa cəhd göstərirlər
27.01.2011 [11:29]
Azərbaycan insan hüquq və azadlıqlarının tam təmin olunduğu hüquqi, dünyəvi, demokratik dövlətdir. ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlətin dinə münasibətində də qanunun aliliyi, vicdan azadlığı, hüquq bərabərliyi prinsipləri əsas rol oynayır. Bunun göstəricisi olaraq, respublikada hər kəsin etiqad azadlığı, dini inancından irəli gələn ayinləri sərbəst şəkildə yerinə yetirməsi və dini mənsubiyyətindən asılı olmayaraq, özünü ölkənin tamhüquqlu vətəndaşı kimi hiss etməsi üçün qanun çərçivəsində, ilk növbədə isə, Konstitusiyada əksini tapan müddəalar əsasında bütün şərait yaradılıb. Eyni zamanda, beynəlxalq standartlarla uyğunluq təşkil edən dövlət-din, cəmiyyət-din münasibətlərini tənzimləyən qanunvericilik Azərbaycanda demokratiyanın vacib göstəricilərindəndir.
Qeyd edək ki, dövlətin dini azadlıqlara hörməti təkcə qanunvericiliklə məhdudlaşmır. Son illər respublikada onlarla məscid və ibadətgah dövlət vəsaiti hesabına təmir edilərək yenidən qurulub. Təsadüfi deyil ki, bu gün Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri heç bir təzyiq hiss etmədən öz inanclarını yaşatmaqda və dini ritualları sərbəst şəkildə icra etməkdədir. Bu isə o deməkdir ki, ölkəmizdə müsəlman çoxluqla yanaşı, başqa konfessiyaların nümayəndələri də vicdan azadlığı və hüquq bərabərliyi mühitindən yararlanırlar.
Lakin təəssüflər olsun ki, bəzi xarici qüvvələr çoxşaxəli təxribatçı fəaliyyətlərlə Azərbaycandakı dini tolerantlıq mühitinə dağıdıcı təsir göstərməyə çalışır. Xüsusilə də, son zamanlar İranda müəyyən dairələr, bəzi din xadimləri qərəzli fikirləri ilə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə, ölkədə dini zəmində narazılıq yaratmağa cəhd göstərirlər. Sözsüz ki, burada əsas məqsəd Azərbaycanda guya dini azadlıqların sıxışdırılması barədə rəy formalaşdırmaq, ölkədəki dini-ideoloji sabitliyi pozmaqdır. Həmin qərəzli dairələrin yaydığı fikirlərin İran telekanalları və media qurumları vasitəsilə geniş şəkildə təbliğ olunması isə informasiya məkanında Azərbaycana qarşı yönələn təxribatdan xəbər verir.
Daha doğrusu, belə nəticəyə gəlmək olar ki, İran hakim dairələrinin dəstəklədiyi həmin şəxslərin səsləndirdiyi fikirlər Azərbaycandakı sosial və hətta siyasi sabitliyə təsir göstərmək məqsədi daşıyır. Halbuki, İran hakim dairələrinin Azərbaycana etiqad azadlığı, insan haqlarının təmini barədə məsləhətlər verməkdənsə, öz daxilində baş verənlərə diqqət yetirməsi daha doğru olardı. çünki bu gün İranda din azadlığının hansı vəziyyətdə olduğu göz önündədir. Bu ölkədə yaşayan iradəsindən, inancından asılı olmayaraq, bütün qadınlar hicab taxmağa məcbur edilir, qadağalardan kənara çıxanları isə ağır işgəncələr və həbs gözləyir. Müqəddəs kitabımız olan “Quran-i Kərim” ayələrində də dində məcburiyyətin olmadığının göstərildiyini nəzərə alsaq, deyə bilərik ki, belə addımlar heç bir halda İslam dəyərləri ilə bir araya sığmır. Eyni zamanda, insan haqlarından danışan İran siyasi dairələrini nədənsə, on milyonlarla Azərbaycan türkünün ən vacib hüquqlarının tapdalanması faktı narahat etmir.
Digər tərəfdən, İranın ictimai xadimləri Azərbaycanda insani dəyərlər və humanizm prinsiplərinin qorunma səviyyəsini müzakirə etməzdən öncə öz ölkələrinin küçə və meydanlarında minlərlə insanın gözü qarşısında gerçəkləşdirilən edamları, ağlasığmaz vəhşilikləri təhlil süzgəcindən keçirsələr daha məqsədəuyğun olar. Göründüyü kimi, İran demokratiya və insan haqları məsələsində Azərbaycana “öyüd-nəsihət” verə biləcək bəlkə də ən son ölkədir. Bu ölkə mediasında Azərbaycanla bağlı yayılan qərəzli çıxışlar isə birmənalı şəkildə cəmiyyətimiz daxilində ideoloji parçalanma, fikir ayrılığı və münaqişə yaratmaq məqsədi daşıyır.
ümumiyyətlə, din pərdəsi altında ictimai fikrin manipulyasiya edilməsi halları dünyada kifayət qədər geniş yayılıb. Bu bir həqiqətdir ki, İran kimi bir sıra ölkələrdə din pərdəsi altında fanatizm, kor-koranəlik təbliğ olunur, dini dəyərlər əvəzinə xurafat və mövhumatın şüurlarda kök salması ilə bütöv bir toplum “robotlaşdırılır”. Bu yolla kütlələr üzərində totalitar hakimiyyətini təmin edən qüvvələr həmin təcrübəni başqa regionlarda və dövlətlərin ərazisində də tətbiq etməyə çalışırlar. Lakin din sırf insanın fərdi inancı ilə bağlı olan məsələdir və ondan ideoloji silah kimi destruktiv məqsədlər naminə istifadə etmək cəhdi, əslində, özünü “dindar”, “din təəssübkeşi” hesab edənlərin riyakarlığından xəbər verir.
Son olaraq qeyd edək ki, Azərbaycanın daxili işlərinə qarışmağa, ictimai şüurda çaşqınlıq və ziddiyyət yaratmağa çalışan qüvvələr məqsədinə nail ola bilməyəcək. çünki Azərbaycan ictimaiyyəti məsələyə kifayət qədər ayıq yanaşır və İrandakı qərəzli dairələrin fikirləri ölkədə ciddi narazılıqla qarşılanır. Bu isə o deməkdir ki, qonşu ölkənin mediasında yayımlanan təxribat xarakterli informasiya əks effekt verərək iki dövlət arasındakı qonşuluq münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, bu ölkənin özünə olan etimadı azaldır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

