ABŞ Senatından növbəti ermənipərəst addım...
03.08.2022 [10:29]
Bayden administrasiyası qanunu imzalayacaqmı?
N.BAYRAMLI
ABŞ Senatı 2023-cü il büdcəsində “minaların təmizlənməsi” adı ilə Qarabağa 2 milyon dolların ayrılması haqda qanun layihəsini təsdiqləyib. Senat bu il üçün də anoloji qanun qəbul etmişdi. Yenidən belə bir qərarın verilməsi Azərbaycan cəmiyyətində etirazla qarşılanır.
ABŞ-ın Qarabağa maliyyə yardımı ayırmasının əsası varmı? Bu yardım əslində hansı məqsədlərə xidmət edir? Millət vəkili Arzu Nağıyev hesab edir ki, belə addımların sülhün bərqərar olmasında heç bir rolu yoxdur. Əksinə, bu cür məsələlər Azərbaycanla razılaşdırılmalıdır. Qarabağ Azərbaycanın tərkib hissəsidir və hər hansı atılan addımlar, ilk növbədə, ölkəmizlə razılaşdırılmalıdır. Deputat senatda olan bəzi qüvvələrin ikili standartlarının təzahürünün dəfələrlə müşahidə olunduğuna da diqqət çəkib: “Senatda olan ermənipərəst qüvvələr gərginliyin artırılmasında maraqlıdırlar. Baxmayaraq ki, azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı, hətta bu işə müxtəlif şirkətlərin də cəlb olunması ilə bağlı Azərbaycan tərəfindən dəfələrlə çağırışlar olub, lakin bu müraciətlərə ögey münasibət bəslənib”.
Politoloq Ramiz Alıyev isə qəzetimizə açıqlamasında bildirib ki, ABŞ-ın qanunvericilik orqanında Ermənistanla “dostluq qrupu” fəaliyyət göstərir və qrupun xeyli üzvü var. Onun sözlərinə görə, Senat hər il Qarabağdakı qondarma rejimə maliyyə yardımı ayırıb: “Həm Ermənistana, həm də separatçı rejimə pul dəstəyi göstərilib. Azərbaycan tərəfi həmişə bu məsələyə etirazını bildirib. Bu, ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə zidd addımdır. 44 günlük müharibədə Ermənistan kapitulyasiyaya imza atdı və belə olan halda orada indi separatçıların tör-töküntüləri fəaliyyət göstərməkdədir. Hazırda Qarabağ və Şərqi Zəngəzur var və Senat qondarma rejimə yardım ayırırsa, o zaman separatizmin dəstəklənməsi anlamına gəlir. Hansı ki, ABŞ Minsk qrupunu yenidən canlandırmağa cəhdlər göstərir. ABŞ-ın belə addımları fonunda Minsk qrupunun bizim üçün qəbuledilməzliyi bir daha özünü göstərir. Müharibə bitdikdən, tənzimləmə prosesi getdikdən sonra yenə ermənipərəst mövqe sərgilənirsə, qəbulolunmaz haldır. Vətən müharibəsinə qədər onların davranışlarını ermənipərəst mövqe adlandırmaq olardı, indisə münaqişə bitib”.
Politoloq qeyd edib ki, Senatın həmin vəsaitin humanitar məqsədlər, o cümlədən minatəmizləmə əməliyyatı üçün ayrıldığı bildirilir: “Amma həmin vəsaitin xərclənməsinə nəzarət varmı? Əlbəttə ki, yox. Əslində, 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan ermənilər bu torpaqlarda on minlərlə mina basdırıblar ki, indi bundan əziyyət çəkən yenə Azərbaycan xalqıdır. Müharibə bitəndən indiyə qədər isə bir erməninin minaya düşməsi faktı olmadığı halda, minaları təmizləmək adı altında Qarabağdakı separatçılara maliyyə dəstəyi göstərmək əsassızdır. Aydındır ki, bu pullar mina adı altında ermənilərin ayaqda qalması, yenidən Azərbaycana qarşı iddialar irəli sürmək gücü yığa bilməsi üçün istifadə olunur”.
Həmsöhbətimiz söyləyib ki, belə hallara qarşı Azərbaycan həm rəsmi səviyyədə, həm də vətəndaş cəmiyyəti platformasında ABŞ-a öz etirazlarını bildirir: “Növbəti mərhələdə Cozef Bayden həmin qanunu təsdiqləməlidir. Əgər qanun təsdiqlənməsə, həmin maliyyə yardımı göstərilməyəcək. Ona görə də, diplomatik müstəvidə rəsmi Vaşinqtonla təmaslar artırılmalıdır. Eləcə də, vətəndaş cəmiyyəti mütəşəkkil formada Bayden administrasiyasına Azərbaycan ictimaiyyətinin etirazını çatdırmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

