Müsavat Partiyasında növbəti istefalar gözlənilir
03.12.2010 [10:06]
Noyabrın 7-də keçirilən parlament seçkilərində məğlub olan Azərbaycan müxalifətində “yarpaq tökümü”nə start verilib. Parçalanmış düşərgənin aparıcı simaları bir-bir partiyaların sıralarını tərk etməyə başlayıblar. Adətən, bu hallar AXCP-dən başlanırdısa, bu dəfə prosesə Müsavat Partiyasından start verilib.
Məlum olduğu kimi, bir neçə gün öncə Müsavat partiyası Məclisinin sədri Sülhəddin Əkbər və Divan üzvü İbrahim İbrahimli partiyadan istefa vermələri ilə bağlı bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, Müsavat partiyasında gedən rəsmi və qeyri-rəsmi müzakirələr, nəhayət, partiya Divanının son iclasında aparılan müzakirələr və qəbul olunan qərarlar adıçəkilən şəxslərlə partiya rəhbərliyi arasında dərin, strateji fikir ayrılığının olduğunu ortaya çıxarıb: “Bu, artıq taktiki deyil, qeyd etdiyimiz kimi, strateji xarakterli fikir ayrılığıdır. Biz qeyd olunan ümumi maraqların inkişaf perspektivi baxımından ağır, düzəldilməsi mümkün olmayan nəticələri olacaq bu yanlış qərarın, AXCP ilə vahid bir təşkilatda birləşməyə faktiki olaraq rədd cavabı verilməsinin məsuliyyətini şəxsi maraqları əsas götürən və siyasi qısqanclıqla hərəkət edənlərlə bölüşmək niyyətində deyilik. Bura sözün, eyni zamanda, birgə yolun bitdiyi yerdir. Bu səbəbdən biz, nə qədər ağır və acı olsa da, Müsavat partiyası üzvlüyündən istefa verdiyimizi bəyan edirik”.
Bəli, hələ bir müddət öncə “Yeni Azərbaycan” qəzeti olaraq biz, Müsavat Partiyası ilə AXCP-nin birləşməsi məsələsinin reallaşmayacağını bildirmişdik. Hətta Müsavat Partiyasında Sülhəddin Əkbərin başçılığı altında antiQəmbər qruplaşmasının bu istiqamətdə fəal iş apardığı haqda da məlumat vermişdik. Bu partiyada maraqlı proseslər davam etməkdədir. Hadisələrin gedişi yaxın dövr ərzində Müsavat partiyasından daha bir neçə qopmanın mümkünlüyünü istisna etmir.
O baxımdan ki, hələ 2006-cı ildə keçirilən Məclis sədrliyinə seçki zamanı Arif Hacılı-Rauf Arifoğlu birliyi ilə Sülhəddin Əkbər-Vurğun Əyyub qruplaşması qarşı-qarşıya gəlmişdi. Həmin zaman birinci qrupda Müsavat rəhbərliyindən Nəsib Nəsibli təmsil olunurdusa, qarşı tərəf cərgəsinin daha sıxlığı ilə fərqlənirdi. Yəni, Hikmət Hacızadə, Qabil Hüseynli və başqaları açıq şəkildə Sülhəddin Əkbərə dəstək vermişdi. Bu isə son nəticədə R.Arifoğlunun partiyadan inciməsinə, Məclis üzvlüyündən istefasına və İsa Qəmbərin təsisçisi olduğu qəzetdən uzaqlaşdırılmasına səbəb oldu. Bir neçə ildir ki, susan və öz məğlubiyyətinin acısını içində saxlayan qruplaşma qarşı tərəfdən acığını çıxdı.
Bir müddət öncə yazdığımız kimi, İ.Qəmbər heç də başqanlıqdan istefa vermək fikrində deyildi, sadəcə, “demokrat” görüntüsü yaradılmalı və “partiyadaşlarının təkidi” ilə yenidən ya lider, ya da sədr postuna seçilməli idi. Amma S.Əkbərin sədrin getməsi məsələsində israrlı olması İ.Qəmbərin planlarının hansısa məqamda həyata keçməməsinə yol aça bilərdi. çünki İ.Qəmbərin keçmiş müttəfiqi AXCP sədri Əli Kərimli ilə gizli danışığa gedən S.Əkbər onun birləşəcək partiyanın rəhbərliyinə gətirilməsi təqdirində həmin qurumda ikinci şəxs olmaq üçün başqana “tez-bazar yolasalma mərasimi” hazırlamalı idi.
Müsavat Partiyasındakı digər qruplaşma isə S.Əkbərin bunu həyata keçirəcəyi təqdirdə rəhbər strukturlardan uzaqlaşdırılacağını, xaricdən gələn pullardan əllərinin çıxacağını yaxşı dərk edirdi. Məhz bu baxımdan onlar var gücləri ilə İ.Qəmbəri inandırmağa çalışdılar ki, Ə.Kərimli-S.Əkbər cütlüyünün partiya rəhbərliyinə yiyələnməsi onun bütün imtiyazlarının əlindən alınması demək olacaq. Gələcəkdə seçkilər zamanı isə İ.Qəmbərə heç bir güzəşt edilməyəcək. İkinci bir tərəfdən, bu halda İ.Qəmbərin xaricdən gələn pullar üzərindəki nəzarəti də itəcək. Yəni, konkret şəkildə İ.Qəmbər yalnız təqaüdçü sədr qismində xatırlanacaq.
Təbii ki, bununla razılaşmayan başqan da daha sərt mövqeyə keçməyə qərar verib. Əldə etdiyimiz məlumatlara görə, Divanın iclasında İ.Qəmbər S.Əkbərdən mətbuatda etdiyi çıxışlara görə açıqlama tələb edib. S.Əkbər isə onun gedişinin nizamnamə çərçivəsində olması ilə əlaqələndirib. İ.Qəmbər isə onların arzularının ürəklərində qalacağını deyib. S.Əkbər başqanının bu davranışları qarşısında məhz qarşı qrupun təzyiqlərinə dözməyərək istefa verib və partiyanı onlara təslim edib.
Beləliklə, əsasən regionçuluq motivlərinə əsaslanan bu qruplaşmaların biri digərinə məğlub oldu. Bu üzdən S.Əkbərin rəhbərlik etdiyi regional qrupun üzvlərinin ard-arda partiyadan kənarlaşacağı günlər uzaqda deyil...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

