Ukrayna üçün “Marşal planı”...
24.06.2022 [10:17]
NARDAR
Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib ki, Ukraynanın bərpası üçün “Marşal planı”na ehtiyac var. O, müharibədən sonra Ukraynanın bərpası üçün böyük maliyyə sərmayələrinə ehtiyac olduğunu bildirib. Kansler diqqətə çatdırıb ki, lazım olan yardımın həcmini və onun təmin edilməsinin prioritetini qiymətləndirmək üçün beynəlxalq ekspertlər təşkilatı yaradılmalıdır.
Ümumiyyətlə, “Marşal planı” Ukraynaya nə verə bilər? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ceyhun Əhmədli bildirib ki, müharibə Ukrayna üçün böyük fəlakətlər gətirib. Onun sözlərinə görə, bir sıra bölgələrdə yaşayış məntəqələri, infrastruktur Rusiya ordusu tərəfindən tamamilə məhv edilib: “Ukraynanın 8 milyondan çox vətəndaşı qaçqın vəziyyətinə düşüb. Rusiya ilə genişmiqyaslı müharibə səbəbindən Ukraynanın aylıq xərcləri 5-6 milyard dollar təşkil edir. Ona görə də, müharibədən sonra bu ölkənin bərpası yüz milyardlarla dollar vəsait tələb edir. Bu baxımdan, Almaniya kansleri Olaf Şoltsun Ukraynanın bərpası üçün “Marşal planı”na ehtiyac olduğunu deməsi anlaşılandır. Xatirinizdədirsə, bir müddət öncə belə bir təşəbbüslə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass da çıxış etmişdi. O, vurğulamışdı ki, Böyük Britaniya və digər “Böyük Yeddilik” (G7) ölkələri Ukraynanın bərpasını maliyyələşdirmək üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməyi düşünür”.
Politoloq qeyd edib ki, “Marşal planı” və ya rəsmi adı “Avropanı bərpa proqramı” olan bu layihə İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Avropaya yardım proqramıdır: “Bu təşəbbüs 1947-ci ildə ABŞ dövlət katibi Corc Marşall tərəfindən irəli sürülüb və 1948-ci ilin aprelindən qüvvəyə minib. Planın həyata keçirilməsində 17 Avropa ölkəsi, o cümlədən Qərbi Almaniya iştirak edib.”Marşal plan”ı Qərbi Avropada müharibədən sonra sülhün bərqərar olmasına töhfə verib. Planın məqsədi müharibə nəticəsində dağılmış Avropa iqtisadiyyatını bərpa etmək, ticarət əngəllərini aradan qaldırmaq, Avropa ölkələrinin sənayesini modernləşdirmək, kommunistləri güc strukturlarından sıxışdırıb çıxarmaq və bütövlükdə Avropanı inkişaf etdirmək olub. “Marşal planı”na keçmiş SSRİ iqtisadiyyatının müharibədən sonra yenidən qurulmasına yardım da daxil idi, lakin Sovet İttifaqının rəhbərliyi proqram çərçivəsində yardımın bütün formalarından imtina etmişdi. Göründüyü kimi, keçmiş təcrübəyə əsasən demək olar ki, “Marşal planı” həyata keçirilərsə, Ukraynanın bərpasında mühüm rol oynaya bilər. Hələ ki, Avropa liderləri sözdə belə təkliflərlə çıxış edirlər. Amma müharibənin sonu görünmür və onun necə nəticələnəcəyi bəlli deyil. Bu səbəbdən də, “Marşal planı”nın həyata keçib -keçməyəcəyini zaman göstərəcək”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

