Üçtərəfli işçi qrupun Sankt-Peterburq görüşü...
24.06.2022 [10:11]
Regional kommunikasiyaların açılması üçün praktiki addımlar atılmalıdır
N.BAYRAMLI
Srağagün Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi Qrupunun iclası keçirilib. İşçi qrupunun iclasında regional kommunikasiyaların açılması məsələləri müzakirə olunub.
Görüş barədə mətbuata açıqlama verilməsə də Ermənistan siyasi rəhbərliyinin nümayiş etdirdiyi davranış bu ölkənin kommunikasiyaların açılmasını uzatmağa çalışdığını söyləməyə əsas verir. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, Ermənistan kommunikasiyaların bərpası ilə əlaqədar qeyri-müəyyən şərait yaratmağa çalışır, müxtəlif bəhanələr irəli sürür. Onun sözlərinə görə, Paşinyan hakimiyyəti kommunikasiyaların açılmasının tərəfdarı olduğunu desə də, praktiki addımlar atmır: “Azərbaycanın Vətən müharibəsindəki qələbəsi regionda yeni siyasi reallıqlarla yanaşı, iqtisadi inkişaf üçün də zəmin yaradıb. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsini rəsmiləşdirməklə yanaşı, regional kommunikasiyaların bərpası ilə bağlı məsələlərin həllini də özündə ehtiva edib. Bəyanatda göstərilirdi ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. O cümlədən Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsinə zəmanət verməlidir. Bu razılaşmaların həyata keçirilməsi üçün üçtərəfli işçi qrupu yaradılıb. Azərbaycan ərazisində yeni dəhlizin həm avtomobil, həm də dəmiryolu seqmentləri üzrə layihələrin icrası intensiv şəkildə davam etdirilir və bu istiqamətdə xeyli işlər görülüb. Zəngəzur dəhlizi adlandırdığımız yeni nəqliyyat sistemi türkdilli ölkələr arasındakı iqtisadi münasibətlərin inkişafına da təkan verəcək. Ermənistan dərk etməlidir ki, bu nəqliyyat sistemi vasitəsilə mühüm bir logistik xəttin üzərində yer almış olacaq. Nəticə etibarilə, bu, həmin ölkənin iqtisadi böhrandan xilas olmasına da kömək göstərəcək. Zəngəzur dəhlizinin reallaşması regionun digər dövlətlərinin marağındadır. Hətta bəzi dövlətlər öz dəmiryolu xətləri ilə bu sistemi birləşdirmək istiqamətində niyyətlərini də ifadə ediblər. Bu, özlüyündə dünyanın yeni bir ticarət zolağını formalaşdırır. Belə demək mümkündürsə, Azərbaycanın təşəbbüsü ilə reallaşan bu layihə qarşıdakı mərhələdə iqtisadi münasibətlər sisteminə yeni nəfəs verəcək”.
Millət vəkili qeyd edib ki, tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək: “Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Lakin Ermənistanın bu istiqamətdə hələ də real addımlar atmaması narahatlıq doğurur. IX Qlobal Bakı Forumunda çıxışı zamanı Prezident İlham Əliyev bu məsələyə toxunaraq deyib ki, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq: “Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var”. Hesab edirəm ki, qarşı tərəf dövlətimizin başçısının bu mesajından nəticə çıxarmalıdır. Eyni zamanda, üçtərəfli işçi qrupu da regional kommunikasiya xətlərinin açılması üçün tezliklə praktiki addımların atılmasına nail olmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

