Ceyhun Bayramovla Ararat Mirzoyan növbəti dəfə danışdılar...
26.04.2022 [10:11]
Birgə Sərhəd Komissiyası və işçi qrupu yaxın zamanlarda görüşəcək
Nardar BAYRAMLI
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumatda bildirilir ki, nazirlər iki dövlətin liderləri səviyyəsində əldə edilmiş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar. Tərəflər Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər. Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə edilib. Nazirlər, eyni zamanda humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Ümumiyyətlə, əldə olunan razılaşmaların icrası baxımından xarici işlər nazirlərinin telefon danışığı müsbət faktdır. Ermənistan bu razılaşmalara nə dərəcədə əməl edəcək?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, son dövrlər Avropa İttifaqı Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsi üçün böyük fəallıq göstərir. Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ötən ilin dekabrında və bu il aprelin 6-da Brüsseldə görüşü keçirilib: “Bundan əlavə, Şarl Mişel mütamadi olaraq iki ölkələrin rəhbərləri ilə telefonla danışır, eləcə də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tez-tez regiona səfər edir. Bütün bunlar proseslərin kifayət qədər aktivliyinin göstəricisidir. Düşünürəm ki, aprelin 6-da Brüsseldə keçirilən görüş daha məhsuldar oldu. Bunu Şarl Mişelin görüşün nəticələri ilə bağlı bəyanatında da aydın görmək mümkündür. Ən vacib məqamlardan biri aprelin sonunadək birgə sərhəd komissiyasının yaradılması və sülh sazişinin hazırlanması üzrə işçi qruplarının təşkil edilməsidir. Hesab edirəm ki, xarici işlər nazirlərinin telefon danışığında əldə olunan razılıq müəyyən qədər nikbinliyə əsas verir. Çünki Brüssel görüşündən sonra Paşinyanın Ermənistan parlamentində çıxışı da qarşı tərəfin mövcud reallıqlarla barışmasının göstəricisidir. Amma biz indiyə qədər ermənilərin razılaşmaları dəfələrlə pozduğuna şahidlik etmişik. Ona görə də, proseslərin gələcəyi haqqında qəti fikir söyləmək mümkün deyil. Həm də Paşinyanın Moskvaya səfəri diqqətlə izlənildi, belə fikirlər səslənirdi ki, bu səfərdən sonra erməni tərəfinin mövqeyində dəyişikliklər ola bilər. Həmin səfərdən sonra Avropa İttifaqının Prezidenti Şarl Mişelin həm Azərbaycan, həm də Ermənistanın rəhbəri ilə telefon danışıqları oldu. Eləcə də, xüsusi nümayəndə Tovio Klaar da bölgəyə səfər edərək müzakirələr apardı”.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev Şarl Mişellə aprelin 23-də telefon danışığında Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini vurğulayıb: “Görünən odur ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqları Ermənistan da qəbul edir. Erməni tərəfi razılaşmalara əməl etməyə məcburdur. Əks halda, itirən özü olacaq. Paşinyana daxili təzyiqlər var və bu təzyiqlərin xaricdəki bəzi dairələr tərəfindən idarə olunduğu istisna deyil. Ermənistanda revanşistlər hər fürsətdə Paşinyana qarşı etiraz aksiyaları keçirirlər. Amma əhalini öz ətraflarına toplamağa çətinlik çəkirlər. Çünki erməni xalqı onların kim olduğunu yaxşı bilir. Revanşistlər hakimiyyətə gəlmək üçün hər cür təxribata da gedə bilər. Belə olan halda, regionda vəziyyət yenidən gərginləşə bilər ki, bu da heç kimin marağında deyil. Əgər Paşinyan hakimiyyəti razılaşmalara sadiq qalsa, proses irəli gedə bilər. Hər halda, xarici işlər nazirlərinin birbaşa telefon danışığı və əldə olunan razılaşmalar buna ümid verir”.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29

