Rusiya BMT-nin İnsan Haqları Şurasından çıxarılacaqmı?
07.04.2022 [10:38]
Bu mümkündürmü və fəsadları necə olacaq?
Taleh AĞAVERDİYEV
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bu yaxınlarda bəyan edib ki, Birləşmiş Ştatlar BMT Baş Assambleyasından Rusiyanı İnsan Hüquqları Şurasından (İHŞ) çıxarmağı xahiş edəcək. Onun fikrincə, “Rusiyanın İnsan Hüquqları Şurasında iştirakı farsdır” və ölkənin İHŞ-dan kənarlaşdırılması “simvolik” olacaq. Frans Press agentliyi öz növbəsində xəbər verir ki, BMT Baş Assambleyası artıq aprelin 7-də Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasında çıxarılması məsələsi üzrə səs verəcək.
Ağ Evin sözçüsü Cen Psaki daha əvvəl təsdiqləmişdi ki, Rusiyanı İHŞ-dan çıxarmaq təşəbbüsü şəxsən ABŞ prezidenti Co Bayden tərəfindən qoyulub.
Xatırladaq ki, daha əvvəl ABŞ Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması imkanlarını araşdırıb, lakin sonda belə bir qənaətə gəlib ki, BMT Nizamnaməsində belə prosedur nəzərdə tutulmayıb və Rusiyanı Təhlükəsizlik Şurasından təcrid etmək niyyəti ilə məhdudlaşıb.
Rusiyanın İHŞ-dan çıxarılmasının müvafiq mexanizminin olub-olmadığını və bu addımın ölkə üçün hansı nəticələrə səbəb ola biləcəyini öyrənmək üçün politoloq, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadəyə müraciət etdik. Qeyd edək ki, Rusiyanın Avropa Şurasından çıxarılması ilə bu ölkə AİHM-ə şikayət etmək imkanını itirib və onlar üçün bir növ alternativ olaraq BMT-nin İnsan Hüquqları Şurasına müraciət etmək imkanı qalıb.
“İndiyədək belə bir presedent olmayıb, ona görə də BMT-nin İnsan Hüquqları Şurasından xaric edilmə proseduru işlənməyib, belə bir qayda sadəcə olaraq, mövcud deyil. Lakin digər tərəfdən, güman etmək olar ki, bu məsələ BMT Baş Assambleyasının müzakirəsinə çıxarılarsa və müvafiq qərar Baş Assambleya üzvlərinin ən azı 2/3 hissəsi tərəfindən dəstəklənsə, bunu etmək olar. Ona görə də ABŞ-ın Rusiyanı İHŞ-dan çıxarmaq təklifi bu gün həyata keçirilməsi mürəkkəb olan proses kimi görünür. Ən azından ABŞ müzakirəyə başlaya bilər, lakin yekun nəticə əldə etmək daha çətin olacaq”, - deyə həmsöhbətimiz bildirib.
Mümkün fəsadlara gəlincə, politoloq qeyd edib ki, bu vəziyyət tarixdə görünməmiş haldır.
“Rusiyanın Avropa Şurasından çıxarılması Avropa problemlərinin həllində Rusiya diplomatiyasının çərçivələrini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Əgər bu vəziyyəti BMT-yə ekstrapolyasiya etsək, bu, Rusiyanın belə mühüm beynəlxalq strukturda fəaliyyətini müəyyən dərəcədə məhdudlaşdırır. İstənilən halda Rusiyanın iri beynəlxalq təşkilat və strukturlardan kənarlaşdırılması onun diplomatik fəaliyyətini azaltmaq, diplomatik manevrlər və strateji diplomatik təşəbbüsü təmin etmək üçün meydanını daraltmaq məqsədi daşıyır. Bu mənada, ABŞ və müttəfiqlərinin Rusiyaya münasibətdə hərəkətləri uzunmüddətli xarakter daşıya bilər və yəqin ki, məsələnin İHŞ ilə məhdudlaşmayacağını gözləmək olar”, - deyə Vəlizadə bildirib.
Qeyd edək ki, İnsan Hüquqları Şurası 2006-cı ildə yaranmış və İnsan Hüquqları Komissiyasını əvəz etmiş BMT Baş Assambleyasının köməkçi orqanıdır (buna görə də bu barədə qərar qəbul etmək üçün Təhlükəsizlik Şurasının beş daimi üzvünün hamısının razılığı tələb olunmur). Onun vəzifəsi bütün dünyada insan hüquqlarını təşviq etmək və qorumaqdır. Məlumdur ki, İHŞ insan hüquqlarının pozulduğu konkret insidentlərlə məşğul ola, xüsusi prosedurlara başlaya (məsələn, məruzəçilər təyin edir) və Baş Assambleyaya tövsiyələr verə bilər. Rusiya fasilədən sonra 2020-ci ildə yenidən bu qurumun üzvü olub, onun hazırkı səlahiyyət müddəti 2023-cü ilə qədərdir.
Maraqlıdır ki, Vaşinqtonun özünün də İHŞ ilə çətin münasibətləri var. 2018-ci ildə Donald Trampın dövründə amerikalılar Şuradan çıxdılar və yeni müddətlə bağlı ərizələrini təqdim etmədilər. ABŞ-ın o zamankı daimi nümayəndəsi Nikki Heyli qurumu “ikiüzlü təşkilat” və “siyasi qərəz çuxuru” adlandırmışdı. İHŞ yaradılanda da ABŞ orada iştirak etmək üçün ərizə verməkdən imtina edirdi.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48

