Təkqütblü, yoxsa çoxqütblü?
16.02.2022 [10:19]
Frattini Putinin 15 il əvvəlki çıxışı ilə razıdır
Nardar BAYRAMLI
Son zamanlar beynəlxalq münasibətlərdə geosiyasi nizamla əlaqədar müzakirələr intensivləşib. ABŞ və ənənəvi Qərb müttəfiqləri təkqütblü dünya nizamının zəruri və faydalı olmasından bəhs etsələr də, Rusiya, Çin kimi ölkələr, hətta Avropa İttifaqı (Aİ) çoxqütblü sistemin zəruriliyini önə çəkirlər. Rusiya prezidenti ilə Çin sədrinin sonuncu görüşündə bu məsələnin müzakirə edilməsi də xüsusi qeyd edilməlidir. Avropanın bir sıra ölkələri də Rusiya və Çinin mövqeyi ilə üst-üstə düşən yanaşma ortaya qoyurlar. Yeri gəlmişkən, İtaliya Dövlət Şurasının sədri Franko Frattini qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin 2007-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında dünyada birqütblülüyü aradan qaldırmaq və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək zərurətindən danışarkən haqlı idi. “Son 15 ildə dünya dəyişib, Birləşmiş Ştatlar artıq təkqütblü sistemin qorunub saxlana bilməyəcəyini anlayır” , - deyə F.Frattini qeyd edib. Bununla yanaşı, bir müddət əvvəl Avstriyanın keçmiş xarici işlər naziri çoxqütblü sistemə keçidin zəruriliyindən bəhs etmişdi. “Le Monde” nəşrinin köşə yazarı Silvie Hofman isə yeni qlobal təhlükəsizlik prioritetlərinin birqütblü dünya nizamının dəyişməsini zəruri etdiyini vurğulamışdı.
Məsələ ilə əlaqədar “Yeni Azərbaycan”a danışan politoloq Ramiz Alıyev deyib ki, SSRİ-nin dağılmasından sonra birqütblü dünya nizamının yaranması beynəlxalq münasibətlərdə güc balansının pozulmasına səbəb oldu. Onun sözlərinə görə, ABŞ özünü “qlobal jandarm” kimi aparmağa, istənilən qərarı qəbul etməyə, müxtəlif ölkələrin daxili işlərinə daha rahat müdaxilə etməyə başladı: “Rusiya, Çin, Hindistan kimi ölkələr nəhəng potensiala malik olsalar da, hərbi-strateji və iqtisadi cəhətdən ABŞ ilə rəqabət aparmaq, üstünlüyü təmin etmək iqtidarında deyildilər. Amma son zamanlar beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər ABŞ başda olmaqla, Qərbin təsir imkanlarının zəifləməsinə səbəb olub, Moskva, Pekin kimi geosiyasi qüvvələrin önə çıxmasına şərait yaradıb. 1991-ci ildən bu günə qədər çoxqütblü sistemə keçid məsələsi çox müzakirə olunub. Amma indi bu transformasiya baş tutmaqdadır. Rusiya-Çin işbirliyinə Aİ-nin bəzi ölkələrinin də dəstək verməsi Birləşmiş Ştatların bəzi ənənəvi təsir zonalarından çıxmasına, bir sıra mövqelərini itirməsinə səbəb olur. Amma bu o demək deyil ki, ABŞ məğlub olur, yaxud Vaşinqtonun gücü azalır. Sadəcə, bəzi geosiyasi məqamlarda tarazlıq yaradılır. Çinin yeni iqtisadi təsir zonaları əldə etməsinə paralel olaraq Avropa İttifaqı da bu nəhəng dövlətlə daha sıx əməkdaşlığa meyllənir. Beləliklə, Aİ yenidən öz iqtisadi gücünü bərpa etməyə, çoxqütblü nizamda güc mərkəzinə çevrilməyə çalışır. İtaliyanın Dövlət Şurasının sədrinin məlum açıqlaması da təsadüfi deyil, konkret hədəfləri və məqsədləri ifadə edir. İtaliya ilə yanaşı, Fransa və Almaniya da çoxqütblü sistemin yaranmasında maraqlıdır”.
Politoloq bildirib ki, Münhen Təhlükəsizlik Konfransı ərəfəsində bu məsələnin yenidən aktuallaşması artıq Avropanın təhlükəsizlik prioritetlərinin dəyişdiyini, Rusiya, Çin kimi dövlətlərin strateji kursu ilə üst-üstə düşdüyünü göstərir: “Bütün hallarda ABŞ öz müttəfiqlərinin də yardımı ilə ənənəvi təsir mexanizmlərindən istifadə etməklə təkqütblü dünya nizamının saxlanılmasına çalışacaq. Co Bayden prezident seçildiyi zaman ABŞ-ın qlobal liderliyinin təmin olunması konsepsiyasından bəhs edirdi. Bu, Birləşmiş Ştatların dövlət strategiyasıdır. Bütövlükdə, biz qarşıdakı dövrdə bu istiqamətdə gərgin mübarizənin şahidi olacağıq”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35

