Azərbaycanın enerji siyasəti böyük bir coğrafiyada əməkdaşlıq sistemi formalaşdırır
05.02.2022 [14:16]
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının iştirakçılarının sayının artması bunu deməyə əsas verir
2020-ci ilin son günündən Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın qaz təchizatı bazarına daha aktiv şəkildə daxil olan Azərbaycan enerji ixracında yeni mərhələyə qədəm qoyub. Bütövlükdə Avropa məkanının ən “ağrılı” sahələrindən olan qaz təchizatı məsələsinin gündən-günə aktuallaşdığını nəzərə alsaq, ölkəmizin böyük bir coğrafiyanın enerji təhlükəsizliyindəki rolu olduqca mühüm əhəmiyyətə malikdir. Bu, Avropa məkanı üçün də analoji əhəmiyyəti daşıyır. Səslənən fakt fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında da öz əksini tapdı. Belə ki, tədbirdə Avropa İttifaqının komissarlarının, o cümlədən, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı bir daha onu deməyə əsas verir ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünya enerji təhlükəsizliyində əsaslı yer tutur. Göründüyü kimi, ölkəmizin təşəbbüsü ilə həyata keçən layihələr enerji daşıyıcılarının ixracının şaxələnməsinə yol açıb. Nəticə etibarı ilə, Azərbaycan bu gün Avropanın mühüm bir hissəsinin enerji təhlükəsizliyində böyük rol oynayır. Azərbaycanın həm enerji ixracı, həm də kommunikasiya xətlərinin istifadəsi ilə bağlı layihələri Avropa Birliyi ölkələri üçün yeni imkanlar açır. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev bildirib ki, bu gün Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa Birliyinin bir neçə ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi qaz” almaq niyyətini irəli sürür. Millət vəkilinin fikrincə, Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının iştirakçılarına nəzər yetirdikdə yaxın gələcəkdə bu coğrafiyanın daha da genişləncəyi əminliyi formalaşır. Burada əsas məqam ondan ibarətdir ki, Şərqi Avropa ölkələrinin Azərbaycandan “mavi yanacaq” idxal etmək imkanları genişdir: "Cənab Prezidentimizin təşəbbüsü ilə yaradılan Məşvərət Şurası çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinə çevrilib. Bu gün dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır. Bu çağırışların əsasında isə əməkdaşlıqlar və yeni enerji layihələri dayanır. Statistik rəqəmlərə nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq bazara, əsasən də Avropa bazarına qaz ixracında böyük irəliləyişlərə nail olunub. Cənab Prezident öz çıxışında da bildirdi ki, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Avropa bazarlarına ixracı artıra bilib. Artıq Türkiyəyə, İtaliya, Gürcüstana, Yunanıstana və Bolqarıstana qaz ixrac olunub. Bu siyahıya yaxın zamanda Albaniya da qoşulacaq. Builki tədbirin iştirakçılarının sayı ötən illərlə müqayisədə daha çox oldu. İştirakçılar arasında Avropa ölkələri ilə yanaşı, bir sıra şirkətlərin də nümayəndələri təmsil olunurdular. Yeni iştirakçıların tədbirə qatılması isə yeni bazarlarda Azərbaycan qazına ehtiyac olduğunu göstərir. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Cənab Prezidentin də vurğuladığı kimi, ölkəmiz yeni əməkdaşlıqlara hazırdır".
E.Allahverdiyev onu da qeyd edib ki, tədbirdə çıxış edən Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Avropa Birliyi ölkələrinin qaz təchizatı ilə bağlı Cənubi Qaz Dəhlizi layihəsindən istifadəsini dəstəklədi. Bu fakt da yaxın gələcəkdə Azərbaycanın enerji bazarındakı tərəfdaşlarının sayının artacağını deməyə əsas verir. "Tədbirdə Qərbi Balkan ölkələrinin nümayəndələri də iştirak edirdi və xanım Simson bildirdi ki, bu ölkələr öz enerji keçidlərinin təmin edilməsi üçün gələcək qaz planlarını tərtib edirlər. Gələn aylar ərzində onların etdikləri seçim bu regionda yeni layihələrə imkan yaradacaq. Bundan başqa, avropalı komissar Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına nəql edilən qazın artırılmasında Azərbaycanın göstərdiyi səylərə görə xüsusi təşəkkür etdi və və ölkəmizi Avropa İttifaqı üçün etibarlı tərəfdaş adlandırdı. Bu da olduqca önəmli bir faktordur. Azərbaycan yaxın gələcəkadə özünün enerji siyasətini daha da şaxləndirmək, enerji bazarındakı mövqelərini daha da gücləndirmək imkanlarına malikdir", -deyə millət vəkili əlavə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

