Müxalifətin yalanlarını ifşa edən həqiqətlər üzə çıxır
19.08.2010 [09:02]
Azərbaycanda parlament seçkiləri yaxınlaşdıqca, xalqın etimadını itirmiş və siyasi meydanın küncündə gizlənmiş radikal müxalifət bütün “vasitələrə” əl atır, hətta, “qara piar”ın tətbiqinə qədər gedib çıxır. ümumiyyətlə, piarın bir siyasi texnologiya olaraq, xüsusiyyətlərini və həyata keçirilmə mexanizmlərini dərindən dərk etməyən sözügedən düşərgənin nümayəndələri diqqəti həqiqətlərdən yayındırmaq məqsədilə qəzetlərində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yayırlar. Bu zavallılara elə gəlir ki, bununla həm cəmiyyəti aldatmış olur, həm də siyasi divident qazanırlar. Amma əslində, bu cür materialların dərcindən sonra həqiqəti ortaya çıxaran obyektiv və qərəzsiz KİV-lər növbəti dəfə müxalifətin bütün paxırlarını açır və cəmiyyət onların fəaliyyətindən hərtərəfli şəkildə məlumatlı olur.
Faktlarla küncə sıxışdırıldığını və cəmiyyət tərəfindən qəbul olunmadığını görən müxalifət düşərgəsinin təmsilçiləri növbəti “addım” kimi isə ölkədən kənarda yaşayan psevdovətənpərvərlərin məktublarını dərc etməyə və ictimaiyyətdə bir növ çaşqınlıq yaratmağa çalışırlar. Amma tarixi proseslərdə aktiv iştirak etmiş ölkəmizin ziyalıları və ya bu hadisələri daim müşahidə etmiş insanların cavabları ilə müxalifətin arqumentləri darmadağın edilir. Bir növ mətbuat səviyyəsində polemika meydanı açan radikal müxalifət xal qazanmağa çalışsa da, həmişəki kimi meydanı məğlub tərk edir. Bu məğlubiyyətin əsas səbəbi isə onların qarşısına qoyulan danılmaz, inkarolunmaz faktlar olur...
Eynullanı müdafiə etmək müxalifətin “platforması”na daxildir?..
Müəyyən dərəcədə gündəmdə qalmaq, cəmiyyətin bəzi üzvlərindən dəstək almaq üçün radikal müxalifətin təmsilçiləri Azərbaycan torpaqlarını işğal altında saxlayan ermənilərlə işbirliyində olmuş Eynulla Fətullayevin həbsdən azad olunması və parlament seçkilərində iştirak etməsi üçün ciddi-cəhdlə “işləyir”. Hər gün düşərgəyə yaxın mətbuat orqanlarının səhifələrində Eynullanın guya günahsız olması ilə bağlı böyük-böyük materiallar yerləşdirirlər. Sanki, Eynulla Fətullayevin Dağlıq Qarabağa gedərək separatçılarla görüşməsi, orada Azərbaycanı və azərbaycanlıları, yəni bizləri, təhqir edib ələ salması onun vətənpərvərliyinin nümayişi idi. Vurğulamaq yerinə düşər ki, bu tendensiyanın cəmiyyətimiz üçün, xüsusilə də, gənc nəslin milli ruhda tərbiyə olunmasına nə qədər ciddi təhlükə olduğunu dəfələrlə yazmışıq. Amma radikal müxalifət, sanki, Eynulla Fətullayevin müdafiəsi onların seçki ilə bağlı platformalarına daxil olmuş kimi onu müdafiə edir, hətta, seçkilərdə iştirakına çalışırlar. Belə cəhdlər isə siyasəti və siyasi münasibətləri gözdən salır və mənəviyyatsızlıq presedenti yaradır.
Xatırladaq ki, AXCP-dən olan Ruslan Bəşirlinin 2000 dollar müqabilində Azərbaycanda qarışıqlıq yaratmaq üçün ermənilərlə konyak içməsi çox uzaq tarix deyil. O zaman da, müxalifət qəzetləri haray-həşir qopardı, beynəlxalq təşkilatları Azərbaycanın üzərinə qaldırdı və Ruslanın qəhrəman kimi şəkillərini qəzet səhifələrinə çıxardılar. Həmin “təbliğat”dan sonra isə Eynulla Fətullayevin ermənilərlə işbirliyinə girməsi faktı üzə çıxdı. Göründüyü kimi, müxalifətin mənfi xarakterli və şəxsi maraqlara söykənən təbliğatı gənclər üçün pis nümunədir və antimilli ruhdadır. Ona görə də, radikal müxalifətin bu gün apardığı “qara-piar” və Eynulla Fətullayevin müdaifəsi kampaniyaları virus kimi yayılıb və cəmiyyəti zəhərləməmiş aradan qaldırılmalıdır. Bunun üçün isə antivirus qismində ictimai qınaq gücləndirilməlidir.
Mirşahin Ağayev bir daha həqiqəti söylədi...
Qeyd etdiyimiz kimi, radikal müxalifətin təmsilçiləri şəxsi maraqları naminə ölkədən kənarda yaşayan psevdovətənpərvər ziyalıların məktublarını öz qəzetlərində işıqlandırmaqla, divident qazanmağa çalışırlar. Məsələn, müxalifət qəzetlərindən biri ötən saylarında Mirşahin Ağayevin “Bədbəxt adam” sənədli filminə cavab olaraq, bir məktub dərc etdi. Film müəllifi isə həmin məktubu cavablandırdı, özü də bir çox məqamlara yenidən işıq tutmaqla...
Mirşahin Ağayev cavab məktubunda haqlı olaraq bildirir ki, dövlətin eksperiment obyektinə çevrildiyi 1991-1993-cü illər o qədər də uzaqda deyil. Azərbaycanda hakimiyyəti dəyişmək istəyənlərin “fərasəti” nəticəsində düşmən az qala Gəncəyə gəlib çıxmışdı.
Müəllif yazır ki, insan haqqı, söz azadlığı Azərbaycanın müstəqilliyini təhlükə altına ala biləcək həddə olmamalıdır: “Biz dövlət müstəqilliyimizi hansısa ağız boşluğu sərbəstliyinə görə itirməli deyilik. Nə qədər ki, Qarabağ problemi həll olunmayıb, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyib, söz azadlığı, insan haqları mövzusu, sadəcə, baş qatmaq priyomu və Azərbaycana içəridən və xaricdən təzyiq üçün bəhanə olaraq qalacaq. ölkəmizə xaricdən gələn virusun daşıyıcıları Azərbaycanı, onun həyatı yenicə dərk etməyə başlayan yeniyetmə və gənclərinin tərbiyəsini, vətəndaşlıq kodeksini çaşdırırlar. Həyatın bərkini, boşunu görməyən bu nəsil elə bilməməlidir ki, vətənpərvərlik belə olur. Xocalı soyqırımının müəlliflik hüququnu ermənilərdən alıb azərbaycanlıların öz ayağına yazmaq!!! Sonra da bunu edənlərin müdafiəsinə durmaq! Bu, vətənpərvərlik deyil, “psevdovətənpərvərlikdir”. Bu gün Eynullanı məhz kosmopolitlər müdafiə edir!!!. Azərbaycanda prezidentin iki dəfədən artıq seçilməsinə qoyulmuş məhdudiyyətlərin aradan qalxması sevindirici hal idi. Ən azından ona görə ki, Qarabağ məsələsində güzəşt ummağa namizəd tapılmayacaq. Danışıqları aparan kəs sonadək aparacaq!!! Sizə söz azadlığı, hakimiyyət lazımdır... Mənə Azərbaycan! Bizdən ötrü fərqi yoxdur: Qərb, İran, Türkiyə, Rusiya, Mozambik... Azərbaycanın müstəqilliyi hamıdan qorunmalıdır!!!
Söz azadlığı və insan haqları uğrunda mübarizə apararkən dövlətimizin müstəqilliyini itirəriksə, nə baş verəcək? Kimsə çıxıb sadəcə tarixdən bizə üzr istəyəcək?
2001-ci ildə Ki-Uest danışıqları gedirdi və dövlətə kömək lazım idi. Heydər Əliyev danışıqlarda “Azərbaycanda Qarabağ mövzusunda iqtidar-müxalifət yoxdur. Mənə xalqın təzyiqi var. Güzəştə gedə bilmərəm” deyəndə. Dəstək üçün mitinq lazım idi... Bax, o zaman “demokratik düşərgə” bu mitinqdən boyun qaçırdı. Hansısa səfirliyin əmri ilə. Cəmiyyət bu müxalifətin əslində nədən və kimdən ibarət olduğunu anladı.
DEMKONQRES-1, DEMKONQRES-2, DEMALYANS-1, DEMALYANS-2, AXC, AXC-1, AXC-2, AXC-3, AXC-4 və sair. Parçalana-parçalana gedən müxalifət çoxdan mavzoleydə olmalı idi...”.
Əlbəttə ki, bütün bunlar xalqın gözünün qarşısında baş verib. Amma əsassız informasiyalarla gündəmi dəyişən radikal müxalifətə yaxın qəzetlər bu tarixi məqamları, həqiqətləri daim gizlətməyə çalışıblar. Əminik ki, budəfəki kimi, zaman-zaman bu cür həqiqətlərin üzərində çöküb qalmış toz üfürüləcək, cəmiyyətimiz bütün hadisələrdən xəbərdar olacaq, həqiqətlərin üzə çıxması isə müxalifətin yalanlarını ifşa edəcək.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxAnalitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:25
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20

