Nazirlərin Paris görüşü...
12.11.2021 [10:10]
Ermənistan və Fransa Cənubi Qafqazda iqtisadi əməkdaşlığın bərpasına hesablanmış təşəbbüslərdə səmimidirmi?
UNESCO-nun Baş Konfransında iştirak məqsədi ilə Parisə səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun noyabrın 10-da ATƏT-in Minsk qrupunun həmsədrləri - ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub. Görüşlərdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşlərdə bölgədə yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Bəs bu görüşdə aparılan müzakirələr Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinə nə dərəcədə təsir göstərə bilər? Çünki həm kommunikasiyaların açılmasına, həm sülh sazişinin imzalanması üçün Azərbaycanın çağırışlarına qarşı tərəf müsbət reaksiya verməyib. Məsələ ilə bağlı Milli Məclisin deputatı Şahin İsmayılov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra qarşıda dayanan əsas vəzifə regionda dayanıqlı sülhü təmin etməkdən ibarətdir: “30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupu Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində əməli addım atmayıb, əksinə, davranışları, sərgilədiyi mövqe ilə erməniləri daha aqressiv olmağa həvəsləndirib. Ona görə də, ötən il Azərbaycan öz gücünə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirərək ərazilərini işğaldan azad etdi. Azərbaycan qalib dövlətdir və bununla hamı, o cümlədən həmsədrlər hesablaşmalıdırlar. 44 günlük Vətən müharibəsindən sonra cəmiyyətdə belə bir sual yaranıb ki, biz torpaqlarımızı işğaldan azad etmişiksə, Minsk qrupuna ehtiyac varmı? Azərbaycan Prezidenti İlham Əliyev də Minsk qrupunun fəaliyyəti ilə bağlı dövlətimizin mövqeyini aydın şəkildə ifadə edib. Yəni, həmsədrlər iki dövlət arasında sülh sazişinin imzalanması üçün töhfə verəcəklərsə, buyursunlar. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb və həmsədrlər əvvəllər olduğu kimi yenə də köhnə məsələlərə qayıtmamalıdırlar. Şübhəsiz ki, Fransada baş tutmuş görüşlərdə də nazir Ceyhun Bayramov dövlətimizin mövqeyini ifadə edib”.
Millət vəkilinin fikrincə, ölkəmiz diplomatik müstəvidə qələbəmizin möhkəmlənməsi istiqamətində mühüm addımlar atır. Bu baxımdan, keçirilən bu görüş də önəmlidir.
Politoloq Yeganə Hacıyeva isə bildirib ki, həmsədrlərlə görüşdən öncə Fransanın xarici işlər nazirinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşləri olub: “Ardınca üç nazir arasında birgə görüş keçirilib. Fransa XİN-i görüşü Cənubi Qafqazda sülh və stabilliyin bərqərar olması üçün ölkələr arasında dialoqun intensivləşdirilməsinin məramı kimi dəyərləndirib. Amma məsələ ondadır ki, Ermənistanın, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin yeni reallıqlar haqqında təsəvvürləri yeni reallıqların müəllifi olan Azərbaycanın mövqeyindən fərqlənir. O üzdən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov istər Fransanın xarici işlər naziri ilə, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşlərində Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Müzakirələr bir neçə istiqamət üzrə davam edib və ümumi razılaşmalar humanitar layihələr və kommunikasiyaların açılması prosesini əhatə edən məqamlardır. Məsələn, fransalı nazir işğaldan azad etdiyimiz ərazilərin minalardan təmizlənməsi prosesində öz ölkəsinin Azərbaycana yardım etməyə hazır olduğunu bildirib. Həmçinin, Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin axtarışının Fransa üçün vacib olduğunu qeyd edərək bu istiqamətdə Fransanın Azərbaycan və Ermənistan arasında mediasiya xidmətləri təklif etdiyini bildirib”.
Ekspert qeyd edib ki, Azərbaycan üçün bu gün əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasıdır: “Bu baxımdan, minaların təmizlənməsi olduqca vacibdir. Görüşdə müzakirə olunmuş məsələlərdən digəri isə Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesidir. Bu görüşü Cənubi Qafqazda sülh və stabillik üçün, quruculuq və münaqişədən sonrakı yenidənqurma işlərində fəal iştirak üçün, Cənubi Qafqazda qarşılıqlı fəaliyyəti və iqtisadi əməkdaşlığın bərpasının təşviqi üçün təkliflərin ətrafında baş tutan görüş kimi dəyərləndirə bilərik. İstər Ermənistanın, istərsə də Fransanın bu təşəbbüslərdə nə qədər səmimi olmasını daha sonra atacaqları real addımlar sübut edəcək”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50

