İpək yolunda qarşıya çıxan əngəllər...
22.09.2021 [14:20]
“İcazə Sənədi” bu əngəllərin sayını daha da artırır
Tarixi İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi kimi çıxış edən Azərbaycan bu gün yalnız tranzit ölkə kimi yox, eyni zamanda, bir sıra nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı kimi də diqqət çəkir. Azərbaycanın nəqliyyat dəhlizi kimi funksionallığını və əhəmiyyətini artıran həm də odur ki, ölkəmiz yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, eyni zamanda, Şimal və Cənubu da birləşdirən mühüm dəhlizdir. Azərbaycan bu dəhlizin - nəqliyyat infrastrukturunun formalaşması üçün ciddi siyasi iradə nümayiş etdirib və investisiya yatırımları etməkdədir. Nəticədə, istər daxili, istərsə də xarici nəqliyyat infrastrukturu məhz ölkəmizin yerləşdiyi coğrafiyada çoxşaxəli haba çevrilə bilib.
Xüsusilə, ötən il tarixi zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra dövlət sərhədlərini bərpa edən respublikamız üçün, dövlət başçısının da tez-tez vurğuladığı və gerçəkləşməsi üçün bütün mümkün vasitələrdən istifadə etdiyi Zəngəzur dəhlizinin işə düşməsi ilə, bölgədə bütün nəqliyyat-kommunikasiya xətlərinin açılmasının logistika, o cümlədən beynəlxalq yükdaşımaları üçün də yeni fürsətlər, fərqli imkanlar açacağına şübhə yoxdur.
Azərbaycanda logistika sahəsi tədricən inkişaf edən, gələcək vəd edən sektorlar arasında yer almaqda və bölgədə yaranan yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda hər gün daha fərqli formada əhəmiyyət qazanmaqdadır. Xüsusilə, Azərbaycanın coğrafi mövqeyi və ölkə əhalisinin tərkibində gənclərin çoxluq təşkil etməsi logistika sektoru üçün üstünlük olaraq meydana çıxır.
Bununla belə, logistik bünövrəyə dair problemlər, sektora zamanında lazımi konseptual əhəmiyyətin verilməməsi kimi problemlər, Azərbaycanın logistika və beynəlxalq yükdaşıma sahəsində lazım olan uğuru əldə etməkdə bir qədər geri qalmasına, eyni zamanda, sahib olduğu bu üstünlükləri logistik mərkəz olma yolunda kifayət qədər istifadə edə bilməməsinə gətirib çıxarıb. Ancaq hələ gec deyil və ziyanın yarısından dönməkdə də fayda var. Keçmişdə buraxılmış nöqsanlar və digər obyektiv səbəblərdən yaranan neqativ nüansların nəticələri tədqiq olunduqda, logistika sektorunun problemləri ilə bağlı aparılan tədqiqatların ortaya çıxardığı real mənzərə onu deməyə əsas verir ki, sektorun bütün vacib həlqələri nəzərə alınmalıdır.
Söhbət məhz hansı problemlərdən gedir? Konkret şəkildə bu barədə danışaq. Bu sahədə çalışan sahibkarlar, ilk növbədə, kadr çatışmazlığından giley- güzar edirlər. Logistika və beynəlxalq yükdaşımaları sahəsi sənədləşmələr, qanunvericilik bazası barədə müfəssəl bilgilərə sahib olan peşəkarların yoxluğu səbəbi ilə zaman itkisinə məruz qaldıqlarını, bunun da öz növbəsində, müştərilərin narazılığına səbəb olduğunu deyirlər.
İkinci ən böyük problem beynəlxalq yük daşımalarını təşkil etməyə imkan verən “İcazə Sənədi”nin sayının məhdud olması, bəzən tapılmamasıdır ki, bu da öz növbəsində, başqa problemlər yaradır. Məlum beynəlxalq status daşıyan sənəd ölkələr arasında məhdud sayla verilir. Qonşu ölkələr öz daşıyıcı şirkətlərinin bazarda hakim yerinin qoruması üçün bir-birinə qarşı “İcazə sənədi” kvotasını məhdudlaşdırır, bunu, xüsusən Rusiyanın təcrübəsində görürük.
Rəsmi qiymətləri 35-55 manat arasında dəyişən bu sənədi sürücülər və ekspeditor şirkətləri bəzən 150, hətta 300 dollara almalı olurlar.Və bir də bu sahədə çalışan ekspeditor və daşıyıcı şirkətlər daşınan malların məcburi şəkildə sığortalanmamasından narahatdırlar. Bu da hansısa qəza anında milyonlarla dəyəri olan yükün ziyan olması anlamına gəlir. Daşımalar zamanı istifadə olunan CMR-sığorta sənədini çox zaman bu sahəyə yad olan adamlar yükün sığortalanması kimi başa düşür, səhlənkarlıq edirlər.
Kiçik daşıyıcı şirkət sahibləri dövlət tərəfindən veriləcək dəstək və həyata keçirilməsi nəzərdə tutulan stimullaşdırıcı kampaniyalarla peşəkar məsləhətçilər tərəfindən verilən təlimlərə də qatılmağa maraqlıdırlar. Ən azından ona görə ki, öz kadrlarını yetişdirə bilsinlər.
Logistika və beynəlxalq yükdaşımaları çoxşaxəli, çoxseqmentli, regional siyasi-iqtisadi, sosial əhəmiyyət daşıyan bir sahədir. Qeyri-neft sektorunun inkişafının ön planda olduğu bir dövrdə, logistika sektoru iqtisadiyyatın digər sahələrinin əlaqələndirilməsində əsas amil kimi çıxış edir, hərəkətverici qüvvəyə çevrilir. Mövcud potensialdan istifadə, bu sahəyə ayrılan diqqət daha böyük fayda və səmərə şəklində geri dönəcək.
İlhamə
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

