Məğlub Ermənistanda acınacaqlı durum hökm sürür
27.08.2021 [13:08]
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsi tarixə Azərbaycan Ordusunun şanlı Zəfəri kimi yazıldı. 44 günlük müharibədə Ermənistan ordusunu darmadağın edən Silahlı Qüvvələrimiz topraqlarımızı işğaldan azad etdi. Bu müharibənin hər günündə geri çəkilən, əsgərləri daha çox fərariliklə yadda qalan işğalçı Ermənistan sonda kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Beləliklə, onsuz da iqtisadi durumu ağır olan Ermənistanda müharibədən sonra vəziyyət daha da acınacaqlı hal alıb. Uzun illər işğal altında saxladığı Azərbaycan torpaqlarının sərvətlərindən parazit kimi qidalanan bədnam qonşularımız düşdükləri acınacaqlı durumdan çıxmaq üçün yollar axtarırlar.
Kimsəyə sirr deyil ki, Ermənistanın bu vəziyyətdən çıxmaq üçün yalnız bir yolu var. O da məğlub ölkənin revanşist xislətindən əl çəkib, müharibədən sonra yaranan reallıqlara uyğun addımlar atmasıdır. Bəli, Azərbaycanın müharibədən sonra yaratdığı yeni reallıq regionun bütün ölkələri, o cümlədən öz işğalçı xislətindən əl çəkəcəyi təqdirdə Ermənistan üçün də inkişaf vəd edir. Əks təqdirdə isə, Ermənistan bundan da ağır vəziyyətə düşəcək.
Məsələ burasındadır ki, son vaxtlar Ermənistanı tərk edənlərin sayı sürətlə artmaqdadır. Daha dəqiq desək, iqtisadi tənəzzül, siyasi gərginlik fonunda Ermənistanı tərk edənlərin sayı hər keçən gün artır. Bu ölkədə yaşamağın onlara ancaq aclıq və səfalət vəd etdiyini bilən sadə ermənilər xaricə üz tuturlar. Belə ki, bu ilin 7 ayı ərzində Ermənistanı hava nəqliyyatı ilə tərk edən vətəndaşların sayı ölkəyə gələnlərin sayından 121 059 nəfər çox olub. Bu barədə Ermənistan KİV-i məlumat verib. Qeyd edilib ki, yanvarda ölkəyə gələnlərin sayı 31 052 nəfər, Ermənistandan gedənlərin sayı 33 244 nəfər təşkil edib. Bu məqamda, xüsusi olaraq qeyd edək ki, bu yalnız iki hava limanının məlumatları əsasında ortaya çıxan rəqəmlərdir. Fevral ayında Ermənistana 31 901 nəfər gəlib, ölkədən gedənlərin sayı 58 297 nəfər olub. Bu ilin martında ölkəyə gələnlərin sayı 42 283 nəfər, gedənlərin sayı 74 198 nəfər, aprelində isə gələnlərin sayı 58 978 nəfər, gedənlərin sayı 75 152 nəfər olub. Məlumata görə, 2021-ci ilin mayında da gələnlərin sayı (82 513 nəfər) ölkədən gedənlərin (83 840) sayından az olub. Ümumilikdə, bu ilin 7 ayı ərzində Ermənistana gələn vətəndaşların sayı 761 678 nəfər, ölkəni tərk edənlərin sayı 882 737 nəfər olub.
Beləliklə, görünən odur ki, ermənilər ölkədən getməyə üstünlük verirlər. Əslində, bu ölkəni tərk edənləri başa düşmək heç də çətin deyil. Çünki müharibədən darmadağın vəziyyətdə çıxmış Ermənsitanda ictimai-siyasi vəziyyət də hər keçən gün daha da gərginləşir. Bu arada, bəlli olub ki, Ermənistan parlamentindəki müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyaları hökumətin növbəti 5 il üçün nəzərdə tutulan fəaliyyət proqramının qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etməmək haqqında qərar qəbul ediblər. Bildirilib ki, müxalif fraksiyalar, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın yekun nitqini də boykot edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34

