Cəmil Həsənlinin antimilli siması
25.06.2021 [09:31]
İyunun 15-də Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması hər iki ölkədə böyük sevinclə və təqdirlə qarşılandı. Ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiyanın birgə bəyanat yayaraq Şuşa Bəyannaməsini dəstəklədiyini ifadə etməsi isə xüsusi vurğulanmalıdır.
Bununla belə, hər zaman ölkəmizin milli maraqlarına zidd mövqedə olan, 44 günlük Vətən müharibəsi dövründə milli birliyimizi əks etdirən birgə bəyanatlara, o cümlədən tarixi Şuşa Bəyannaməsi ilə bağlı birgə bəyanata imza atmayan radikal müxalifət növbəti dəfə xəyanətkar mövqeyini ortaya qoymaqdadır. Antimilli şuranın sədri Cəmil Həsənlinin timsalında radikal ünsürlər həm də sosial şəbəkələrdə Türkiyə-Azərbaycan münasibətlərini hədəfə alır, yeni qarayaxma kampaniyası aparırlar.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında imzalanmış tarixi sənəddir. Millət vəkilinin fikrincə, bu Bəyannamə Azərbaycan və Türkiyə münasibətlərinin bugününü və gələcəyini müəyyən edəcək razılaşmadır. O qeyd edib ki, bəhs olunan Bəyannamə Azərbaycan və Türkiyə xalqları, dostlarımız tərəfindən böyük sevinclə qarşılansa da, hələ də bunu qəbul edə bilməyən qüvvələr var. Millət vəkili vurğulayıb ki, bəzi qüvvələrin bu sənədi hədəfə almağa çalışması anlaşılan deyil: “Tarixi Şuşa Bəyannaməsinə dəstək bəyanatına qoşulmayan radikal ünsürlər dövlətimizə qarşı çirkin təbliğat kampaniyasını davam etdirirlər. Bu, qəbuledilməzdir. Onların bu mövqeyi birmənalı şəkildə xəyanət kimi dəyərləndirilməlidir. Çünki Şuşa Bəyannaməsi iki dövlətin gücünün birləşməsidir. Yəqin ki, dağıdıcı müxalifət aldığı sifarişlər əsasında bu məsələdə fərqli mövqe nümayiş etdirir. Amma onların hansı mövqedə olmalarına baxmayaraq, Azərbaycan və Türkiyə qardaşlığı daimi, dönməz və əbədidir”.
Milli Məclisin deputatı Kamilə Əliyeva da tarixi Şuşa Bəyannaməsini Azərbaycan-Türkiyə münasibətlərində yeni yol xəritəsi adlandırıb. Onun sözlərinə görə, bu Bəyənnamə iki ölkənin bütün müstəvilərdə birgə əməkdaşlığını təmin edəcək. Radikal müxalifətin bu Bəyannaməyə və Azərbaycanla Türkiyə arasındakı münasibətlərə xələl gətirmək üçün apardığı qarayaxma kampaniyasına gəldikdə isə, millət vəkili qeyd edib ki, Azərbaycan xalqına, dövlətinə qarşı olan düşmən qüvvələrə xidmət göstərənlərdən fərqli mövqe gözləmək olmazdı: “Xatırlasaq, hələ ötən il dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni təxribatları törədildiyi zaman, eləcə də 44 günlük Vətən müharibəsi dövründə siyasi partiyaların qəbul etdikləri birgə bəyanatlara qoşulmayan radikal müxalifət növbəti dəfə xəyanətkar simasını ortaya qoymuşdu. Bu dəfə də analoji vəziyyəti müşahidə etməkdəyik. Ermənipərəst dairələrin direktivləri əsasında hərəkət edən dağıdıcı düşərgə təmsilçiləri Azərbaycan-Türkiyə müttəfiqliyini hədəfə almağa çalışır, sosial şəbəkələrdə bu istiqamətdə dezinformasiyalar yayır, absurd iddialar səsləndirirlər. Bu isə bir daha onların milli mənafedən deyil, öz şəxsi maraqlarından çıxış etdiklərini göstərir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15

