/ / Milli Məclisin sədri “Beynəlxalq sülh və etimadın möhkəmləndirilməsində parlamentarilərin rolu” mövzusunda onlayn görüşdə iştirak edib
Milli Məclisin sədri “Beynəlxalq sülh və etimadın möhkəmləndirilməsində parlamentarilərin rolu” mövzusunda onlayn görüşdə iştirak edib
29.04.2021 [09:12]
Aprelin 28-də Türkmənistan parlamentinin təşəbbüsü və təşkilatçılığı ilə bir sıra ölkələrin parlament rəhbərlərinin “Beynəlxalq sülh və etimadın möhkəmləndirilməsində parlamentarilərin rolu” mövzusunda onlayn görüşü keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iştirak edən parlamentin sədri Sahibə Qafarova qeyd edib ki, bu gün qloballaşan dünyada sülh və inamın möhkəmləndirilməsində beynəlxalq və regional parlament təşkilatları ilə yanaşı, milli parlamentlər də xüsusi rol oynayır. Bəşəriyyətin üzləşdiyi qlobal problemlərin həlli üçün dünya ölkələri parlamentlərinin həm ikitərəfli formatda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığından çox şey asılıdır. Bu gün parlamentlərarası əməkdaşlıq beynəlxalq aləmdə sülh və sabitliyin bərqərar olmasında, dünya siyasətinin aktual problemlərinin həllində, habelə mövcud beynəlxalq hüquq normalarına riayət olunmasında ölkələrə geniş imkanlar yarada bilər.
Görüşdə artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi haqqında da danışan Milli Məclisin sədri qeyd edib ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayıb. Həmin dövrdə sözügedən işğal nəticəsində ölkəmizin üzləşdiyi çətinliklərə münasibətdə beynəlxalq birliyin susqunluğu və heç bir tədbir görməməsi müasir dünyada mövcud olan ikili standartlardan xəbər verir. Lakin 2020-ci ilin payızında Ermənistanın təxribatları nəticəsində yenidən alovlanan münaqişəyə 44 günlük Vətən müharibəsində son qoyuldu və Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi. Bununla da bölgəmizdə yeni reallıqlar yarandı. Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr tarixli Bəyanatı bölgədə sülhün bərqərar olması və əməkdaşlığın yeni mərhələsi üçün mühüm mərhələdir.
Sahibə Qafarova xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Bəyanatın imzalanmasını yüksək qiymətləndirib, uzunmüddətli sülhün təmin edilməsi və bölgənin daha da inkişafı üçün bu sənədin əhəmiyyətini qeyd edib. Azərbaycan Prezidenti çıxışlarında müharibədən sonrakı dövrdə həm regional, həm də dost ölkələr üçün yeni əməkdaşlıq, rabitə, nəqliyyat dəhlizləri yaratmaq imkanı meydana gəldiyini vurğulayıb.
Milli Məclisin sədri çıxışında Ermənistan spikerinin görüşdə səsləndirdiyi və ictimai rəyi çaşdırmağa yönələn həqiqətdən uzaq fikirlərinə cavab olaraq təəssüf hissi ilə bildirib ki, Ermənistan parlamentinin sədri münaqişə və nifrət nitqini davam etdirir. Azərbaycan üçtərəfli Bəyanatda əksini tapan bütün öhdəlikləri yerinə yetirir.
Sahibə Qafarova qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın işğaldan azad etdiyi və beynəlxalq səviyyədə tanınmış ərazilərinə gizli şəkildə təxribatçı diversantlar, terrorçular göndərilir. Bu da 10 noyabr tarixli Bəyanatın Ermənistan tərəfindən kobud şəkildə pozulması deməkdir, bölgədə sülhü və təhlükəsizliyi pozmağa yönəlib. Ona görə də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin antiterror əməliyyatı zamanı tutulan təxribatçı, diversant qruplar hərbi əsirlər hesab edilə bilməzlər.
Sahibə Qafarova xatırladıb ki, 44 günlük müharibə dövründə Ermənistan tərəfindən müxtəlif ölkələrdən terrorçular - Suriyadan, Livandan, bəzi Avropa dövlətlərindən etnik ermənilər münaqişə zonasına gətiriliblər. Azərbaycan öz ərazilərini təxribatçı qruplardan, silahlı dəstələrdən, terrorçulardan təmizləməyə nail oldu. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini faktiki olaraq özü yerinə yetirdi, ərazi bütövlüyünü, ədaləti bərpa etdi.
Erməni terrorizmi barədə də danışan Sahibə Qafarova xatırladıb ki, 1992-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərində soyqırımı aktı törədiblər. Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 1275 sakin girov götürüb. Girov götürülən 70-ə yaxın qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.
Milli Məclisin sədri daha sonra bildirib ki, Azərbaycan 30 illik işğalın nəticələrinin aradan qaldırılmasına yönəlmiş əməli addımlara başlayıb və artıq işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə geniş proqramlar həyata keçirilməkdədir.
Görüşdə Türkmənistan Milli Şurası Məclisinin sədri Gülşat Məmmədova, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko, Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının Sədri Vladimir Andreyçenko, Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin Sədri Li Çjanşu, Moldova Respublikası Parlamentinin Sədri Zinaida Greçanıy, Pakistan İslam Respublikası Parlamenti Senatının Sədri Məhəmməd Sadiq Sancrani, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının Sədri Mahmadtoir Zokirzoda Zoir, Özbəkistan Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva, Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan, Qazaxıstan Respublikası Parlamenti Senatı Sədrinin müavini Nurlan Abdirov, Qırğızıstan Joqorku Keneşinin (parlamentinin) Sədrinin müavini Aida Kaysmaliyeva, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Sədri Nurdinjon İsmoilov çıxış ediblər. Həmçinin Yaponiya Parlamenti Nümayəndələr Palatasının Sədri Tadamori Oşima, Koreya Respublikası Milli Assambleyasının Sədri Pak Byon Syouq, Əfqanıstan İslam Respublikası Parlamentinin Yuxarı Palatasının sədri Məhəmməd Aləm İsədyar videomüraciəti dinlənilib.
Çıxışlarda müzakirə olunan məsələlərə toxunulub, gələcək əməkdaşlıqla bağlı fikirlər səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

