/ / Azad olmayan xalq qalib ola bilməz, yaxud “Sərhədsiz reportyorlar”la Cəmil Həsənlini narahat edən nədir...
Azad olmayan xalq qalib ola bilməz, yaxud “Sərhədsiz reportyorlar”la Cəmil Həsənlini narahat edən nədir...
22.04.2021 [08:35]
Bu günlərdə “Sərhədsiz reportyorlar” təşkilatı dünyada söz azadlığının vəziyyəti ilə bağlı növbəti hesabatını paylaşıb. Bu hesabat da həmişə olduğu kimi, subyektiv kriteriyalar əsasında hazırlandığı üçün Azərbaycan yenə qara rəngdə göstərilib.
Əslində, “Sərhədsiz reportyorlar”ın ölkəmizə münasibəti qərəzli və qeyri-obyektiv olduğu üçün onun hesabatı hər hansı münasibət bildirməyə layiq deyil. Ancaq məsələ ondadır ki, həmin təşkilat hesabatının məhz Azərbaycanda ictimai müzakirə predmetinə çevrilməsində maraqlıdır. Ona görə də hesabata ictimai marağın olmadığını görən kimi onu qeyri-ənənəvi yollarla yenidən diqqətə təqdim etməyə çalışır. Axı məqsəd Azərbaycana münasibətdə söz azadlığının obyektiv qiymətləndirilməsi deyil, məhz bu vasitə ilə ölkəmizdə ictimai rəyi manipulyasiya etmək cəhdləridir. Çünki “Sərhədsiz reportyorlar”ın ideyavericiləri və hamiləri ölkəmizin böyük qələbəsindən, tarixi zəfərimizdən və milli birliyimizin rəhni olan ictimai həmrəyliyimizdən olduqca narahatdırlar. Nəyin bahasına olursa-olsun, ölkəmizdə süni və qısır gündəm yaratmaqla ümummilli həmrəyliyimizə xələl gətirmək istəyirlər. Bunun üçün də “ənənəvi” vasitələrdən və xidmətlərdən istifadə edirlər. Məsələn, dərhal Cəmil Həsənlini bu prosesə cəlb etməklə, “Sərhədsiz reportyorlar”ın qərəzli hesabatını bir də onun vasitəsilə informasiya məkanımıza daxil etməklə ictimai diqqəti bu hesabata yönəltməyə çalışırlar. Ancaq Cəmil Həsənlinin özünün də qeyd etdiyi kimi, doğurdan da, bu hesabatın, yaxud “azadlığın” Azərbaycana heç bir aidiyyəti yoxdur. Ona görə ki, hesabatda əksini tapmış “söz azadlığı” istismar üzərində qurulub. Azərbaycanda isə konstitusiyamızda da təsbit olunmuş söz və mətbuat azadlığı real olaraq mövcuddur.
Bizə imperialist mərkəzlərin istismarçı “azadlığı” heç vaxt lazım olmayıb və olmayacaq da. Əgər elə olsaydı, Azərbaycan manipulyativ və istismarçı azadlıqlar, uydurma insan hüquqları və demokratiya alətlərinə boyun əysəydi, öz müstəqilliyini itirər, qlobal imperializmin savaş poliqonuna çevrilər və əsla torpaqlarını işğaldan azad edə bilməzdi. Qlobal imperializmin istəyi də elə bu idi. 44 günlük müharibə dövründə biz bir daha bunun əyani şahidi olduq. Özünü dünyaya “demokratiya etalonu” kimi təqdim edən bəzi dövlətlərin nə qədər hüquqdan, haqdan, demokratik dəyərlərdən uzaq adi bir islamofob, işğalçı Ermənistanı dəstəkləyən, universal dəyərlərdən uzaq saxtakar olduğunu gördük.
Ona görə də Azərbaycan xalqı bir daha öz milli davasında yalnız özünə və liderinə arxalanmalı olduğunu dərk etdi, tarixi zəfər qazandı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin adının xalqımız tərəfindən yüksək ehtiram və hörmətlə çəkilməsi və bunun eyni şəkildə milli mətbuatımızda öz əksini tapması isə yalnız məğlub edilmiş erməniləri və onların tərəfdarlarını narahat edir. Azad olmayan xalq qalib ola bilməz. Biz qalib olduq! Bunu həm də milli birliyimizə və azadlığımıza borcluyuq!
Hikmət BABAOĞLU
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

