Ana səhifə »  Siyasət »  Postmüharibə mərhələsi: Azərbaycanın xarici siyasət kursunun əsas məqamları
A+   Yenilə  A-
Postmüharibə mərhələsi: Azərbaycanın xarici siyasət kursunun əsas məqamları

I yazı
(Əvvəli ötən sayımızda)

Ölkə rəhbərliyinin siyasəti Cənubi Qafqazda məhz Azərbaycanın XXI əsrdə formalaşmaqda olan geosiyasi nizamın əsas faktoru olmasını təmin etməkdən ibarətdir. Bu baxımdan, dövlət başçısının qurultayda ifadə etdiyi digər fikirlərin həm geosiyasi, həm siyasi, həm də tarixi mənasını adekvat dərk edə bilərik.
Burada ilk olaraq Prezidentin “Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik...” fikrini vurğulamaq gərəkdir. Çünki həmin fikirdə əldə edilən nəticənin ümumi və dolğun təqdimatı vardır.
Əlavə olaraq Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması fonunda Prezident İlham Əliyevin regionda sülhün bərqərar olmasına dair təklif etdiyi “3+3” formatının əsaslılığı və həyata keçməsi imkanının yüksək olduğu görünür. Məsələ ondan ibarətdir ki, hələ hərbi əməliyyatların getdiyi müddətdə Azərbaycan Prezidenti verdiyi müsahibələrdə dəfələrlə regional əməkdaşlığın əhəmiyyətini qeyd edirdi. Bunun üçün tarixi ədalətin bərpa olunması və Ermənistanın əsassız iddialarından əl çəkməsi kifayət idi.
Vətən müharibəsi başa çatandan dərhal sonra Prezident “3+3” formatını təklif etdi və bu, regionun böyük dövlətləri tərəfindən tərəddüdsüz qəbul edildi. Bu prosesin Azərbaycanın beynəlxalq nüfuzunun artması fonunda getməsinin səbəbi isə ölkə rəhbərliyinin apardığı xarici və daxili siyasət kursunun mükəmməl şəkildə bir-birini tamamlaması və həmin kursun XXI əsrin tələblərinə tam uyğun olması ilə bağlıdır.
Biz H.Kissincerin gələcək dünya nizamının prinsipləri ilə bağlı vurğuladığı fikirləri fonunda bu tezisin təsdiqini görürük. Realpolitik nəzəriyyənin “atası” yeni dünya nizamında regional əməkdaşlığın önəmini ayrıca ifadə edir.
H.Kissincerə görə, “Regional bloklar” ifadəsi iki sütun üzərində qurulmalıdır: birincisi, qüvvələrin balansının təmini; ikincisi, elə qarşılıqlı faydalı əməkdaşlıq ki, regional dayanıqlı təhlükəsizlik sistemi qurmaq mümkün olsun. Azərbaycan Prezidentinin təklif etdiyi “3+3” formulu məhz bu şərtlər daxilində bütün istiqamətlərdə əməkdaşlığı və təhlükəsizliyin təminini nəzərdə tutur.
Zəngəzur dəhlizi: geosiyasi əhəmiyyətin iki aspekti
Həmin formulda regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası əsas yerlərdən birini tutur. O cümlədən Zəngəzur dəhlizinin işləməsi prinsipial əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti kontekstində iki tezis üzərində dayanmaq faydalı olardı.
Onlardan birincisi, Zəngəzur dəhlizinin açılmasının 10 noyabr Bəyanatından irəli gəlməsi ilə əlaqəlidir. İkincisi isə regionda nəqliyyat-kommunikasiya imkanlarının inkişafının davamlı sülhün və tərəqqinin təmin edilməsinə imkanlar açılmasına yeni təkan verəcəyi ilə bağlıdır. Deməli, Zəngəzur dəhlizi yalnız əhəmiyyətli iqtisadi-kommunikasiya faktoru ilə bağlı deyil. O, daha çox geosiyasi və geoiqtisadi kontekstdə əməkdaşlıq, davamlı sülh və tərəqqi məsələsi ilə əlaqəlidir. Eyni zamanda, Zəngəzur dəhlizi əhəmiyyətinə görə regional miqyası aşaraq qlobal səviyyədə faydalı layihələrin reallaşmasında vacib rol oynamalıdır. Prezident İlham Əliyevin qurultayda ifadə etdiyi aşağıdakı fikirlərin işığında bu, aydın görünür.
Dövlət başçısı nitqində vurğulayıb: “Mən isə deyirdim ki, əməkdaşlıq ancaq o təqdirdə ola bilər ki, düşmən torpaqlarımızdan çıxsın. Bax, yenə də sözümə sadiqəm. İndi düşmən özü çıxmayıb, biz onu rədd eləmişik, qovmuşuq, eyni zamanda, əməkdaşlığa hazırıq. Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri artıq neçə dəfə görüşüblər. Nə barədə danışırlar? Əməkdaşlıq barəsində. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik”.
Prezidentin bu cür inamlı və qətiyyətli fikirləri tam əsaslıdır. Əslində, bu vəziyyətə uzun illər səbirlə sistemli və ardıcıl surətdə beynəlxalq vəziyyəti Azərbaycanın xeyrinə dəyişməyə yönəlmiş siyasətin aparılması sayəsində gəlinib. Dövlət başçısı həmin prosesin detalları haqqında da qurultaydakı nitqində fikir bildirib.
Dövlət başçısı vurğulayıb: “Biz hazırlıq dövründə əlbəttə ki, beynəlxalq vəziyyəti də öz xeyrimizə çevirməli idik. Çünki 1990-cı illərdə bilmirəm nədənsə, yəqin ki, bu da 1990-cı illərin əvvəlindən Xalq Cəbhəsi-“Müsavat” dövründən gələn bir fəsaddır, çünki onlar bir il ərzində demək olar ki, bütün ölkələrlə münasibətləri yerə vurdular. Bəzi ölkələrə qarşı iddialar irəli sürdülər, bizi bəzi qonşularımızla düşmən etdilər”. Ona görə də “yaranmış bu stereotiplər dağıdılmalı idi”.
Prezident İlham Əliyev həmin bağlılıqda haqlı olaraq sual edir: “Nə üçün hesab olunmalıdır ki, hansısa ölkə Ermənistanla yaxın münasibətlərdədir, Azərbaycanla yox. Nə üçün?”.
Ölkə rəhbəri fikirlərinə davam edərək bu cür vəziyyətin heç bir fundamental məsələdən yaranmadığını, sadəcə olaraq, 1991-ci ildən 1993-cü ilin iyununa qədər hakimiyyətdə olanların “ambisiyalar, səriştəsizlik, ağılsızlıq və xaricdən idarə olunma”larının belə pis durum yaratdığını vurğulayır.
Ümummilli Lider Heydər Əliyev məhz belə bir ağır şəraitdə hakimiyyətə dəvət edildi və proseslər sürətlə Azərbaycanın xeyrinə dəyişməyə başladı. O dövrdə Azərbaycan təcrid vəziyyətində idisə, “indi Ermənistan təcrid edilmiş vəziyyətdədir, biz isə bütün qonşularla çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurduq və bu da bir hazırlıq idi”.
Prezidentin də vurğuladığı kimi, əgər hazırlıq işləri aparılmasaydı, İkinci Qarabağ müharibəsində çətinliklər qarşıya çıxa bilərdi. Lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası böyük fəallıq göstərdi. Bu özünü dövlətin beynəlxalq təşkilatlardakı aktiv işində də göstərdi. Bu istiqamətdə aparılan işlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində və bütövlükdə vəziyyəti ölkəmizin xeyrinə dəyişməkdə ciddi rol oynadı.
Bu barədə Prezidentin qurultayda söylədiyi fikirlər çox maraqlıdır. Prezident İlham Əliyev nitqində ayrıca vurğulayıb: “Beynəlxalq təşkilatlarda nə qədər fəal iş apardıq. Bəziləri hesab edirdi ki, bu işlər əbəsdir. Yox, elə deyil. Biz İkinci Qarabağ müharibəsi üçün hüquqi bazanı daha da möhkəmləndirməli idik. 2005-ci ilə qədər bizim üçün əsas hüquqi baza ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələri idi”.
Dövlət başçısı bu qətnamələrin əhəmiyyətini vurğulamaqla yanaşı, 2005-ci ildə Avropa Şurası Parlament Assambleyasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi sənədin möhkəm hüquqi baza yaratdığını xüsusi qeyd edir. Bu proses başqa təşkilatların da uyğun sənədlər qəbul etməsinə təkan verdi.
Vurğulanan aspektdə başqa bir vacib istiqamət Azərbaycanın köklü surətdə regionda vəziyyəti dəyişməsi ilə əlaqəlidir. Bu tezis olduqca əhəmiyyətlidir. Çünki bu məqam Azərbaycanın regional geosiyasi statusunu müəyyənləşdirməkdə əsaslı rol oynayıb.
Prezident həmin məqamı belə xarakterizə edir: “Mən xarici siyasətlə bağlı çıxışlarımda demişdim ki, prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir”.
Doğrudan da, Prezident İlham Əliyevin 17 il müddətində mükəmməl regional siyasi kursu sayəsində Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşularla geniş əməkdaşlığa nail ola bildi. Rusiya, İran, Türkiyə və Gürcüstan indi Azərbaycanın ən yaxın tərəfdaşlarındandır. Məhz bu cür böyük diplomatik uğur nəticəsində Azərbaycan regional təhlükəsizliyin açar dövlətinə çevrilib. Şübhəsiz, bu prosesdə Prezident İlham Əliyevin ikitərəfli, üçtərəfli və dördtərəfli regional əməkdaşlıq formatları ciddi rol oynayıb.
Bunlarla yanaşı, Azərbaycan Avropa İttifaqı, ABŞ, Çin kimi böyük geosiyasi güclərlə qarşılıqlı fayda verən əlaqələr qura bilib.
Beləliklə, Azərbaycan postmüharibə mərhələsinə böyük uğurlar qazanmağa imkan verən mükəmməl xarici siyasət kursuna malik ölkə, Cənubi Qafqazın lideri kimi qədəm qoyub.
Sual yaranır: bəs yeni mərhələdə xarici siyasət kursu necə olacaq? Qurultaydakı nitqində Prezident İlham Əliyev bu suala da konkret cavab verib. Dövlət başçısı vurğulayıb: “Xarici siyasətlə bağlı kursumuz dəyişməz olaraq qalır. Müharibə dövrü və müharibədən sonrakı dövr bir də onu göstərdi ki, bu çox düzgün kurs idi”.
Yəni Azərbaycan yeni mərhələdə Cənubi Qafqazın lideri kimi regionda davamlı sülhün və tərəqqinin təmin edilməsi, nəqliyyat-kommunikasiya imkanlarının inkişafı, dialoq təşəbbüslərinin həyata keçirilməsi və digər proseslərdə daha fəal iştirak edəcək.
Bu, son dərəcə vacib bir tezisdir. Prezident İlham Əliyev faktiki olaraq Azərbaycan dövlətinin xarici siyasətinin yeni şəraitdə strateji özəlliyini ifadə edib. Və buradan başqa maraqlı məqamlar meydana çıxır.
Kamal Adıgözəlov

 
  • Oxunub:  3810  |  
  • Tarix:  09-04-2021  |  
  •    Çap et   |  
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşü gələn il İslamabadda keçiriləcək

28 İyul 22:15
Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
28 İyul 21:42
Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib
28 İyul 21:38
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub
28 İyul 19:35
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin diplomatik fəaliyyət müddəti başa çatır
28 İyul 19:33
Hesablama Palatası Dünya Bankının hesabatında
28 İyul 18:10
Azərbaycanda koronavirus infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb
28 İyul 18:08
Anar Məmmədov: Ermənistanın revanşist qüvvələri müharibədən nəticə çıxarmalıdırlar
28 İyul 18:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova nümayəndə heyəti ilə görüş olub
28 İyul 17:58
ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
28 İyul 17:27
“Ehtiyat zabit hazırlığı kursu”na qəbul başlayır
28 İyul 17:22
Beynəlxalq münasibətlərdə Azərbaycanın sözü imzası qədər qüvvətlidir
28 İyul 17:20
“YAŞAT” düşərgəsinin ikinci həftəsi davam edir
28 İyul 17:14
Dövlət Miqrasiya Xidmətində bu ilin birinci yarısının yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib
28 İyul 16:46
Azərbaycana ən çox Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları gəliblər
28 İyul 16:43
Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb
28 İyul 16:33
Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub
28 İyul 16:23
Prezident Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisinə10 milyon manat ayırıb
28 İyul 16:07
Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib
28 İyul 16:02
Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir
28 İyul 15:29
3 saylı “ASAN Kommunal” mərkəzinin açılış mərasimi keçirilib
28 İyul 15:25
Tərtərdə 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur
28 İyul 15:18
Azərbaycan Prezidenti keçirdiyi son görüşlərdə regionda yaranmış yeni reallıqlar barədə mühüm açıqlamalar verib
28 İyul 15:03
Bu ilin altı ayında ölkəmizdə müvəqqəti yaşama icazəsi ilə bağlı müraciətlərin sayı artıb
28 İyul 14:53
YAP və AK Parti Gəncədə birgə mətbuat konfransı keçirib
28 İyul 14:52
Dövlət Miqrasiya Xidmətində 2021-ci ilin altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilir
28 İyul 14:43
Casusluqda ittiham olunan ermənilərin cinayət işi üzrə məhkəmə iclası keçirilib
28 İyul 14:26
DİM tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib
28 İyul 14:03
Hikmət Babaoğlu: Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi mühüm tarixi addım kimi səciyyələndirilməlidir
28 İyul 13:48
Malik Həsənov: İmzalanan Bakı Bəyannaməsi, 2022-ci il üçün qəbul olunan qərar hədəflərin təqdimatıdır
28 İyul 13:47
Səbinə Xasayeva: Vahid turizm məkanının yaradılması turistlərin Azərbaycana cəlb edilməsində əhəmiyyətli rol oynayacaq
28 İyul 13:44
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır
28 İyul 13:02
Ombudsman sərhəddə baş verən gərginliklə bağlı bəyanat verib
28 İyul 13:00
Oktyabrda Bakıda “Rebuild Karabakh 2021” sərgisi keçiriləcək
28 İyul 12:36
Zəfər Düşərgəsinin iştirakçıları qazilərimizlə görüşüblər
28 İyul 12:32
ANAMA mütəmadi olaraq maarifləndirici təlimlər keçirir
28 İyul 12:11
Azərbaycanda pandemiya dövründə heç bir layihənin təxirə salınmaması insanların rifahının yaxşılaşdırılmasının dövlətimiz üçün prioritet olduğunu göstərir
28 İyul 12:07
Azərbaycanın xarici işlər naziri Pakistan Milli Assambleyasının sədri ilə görüşüb
28 İyul 12:07
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın ilk iclası keçirilib
28 İyul 11:49
Ceyhun Bayramov: Bakı Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına böyük töhfə verəcək
28 İyul 11:48
Bakı Ali Neft Məktəbində xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüş
28 İyul 11:27
Azərbaycanın Əfqanıstana yeni səfiri təyin olunub
28 İyul 11:05
Azərbaycan neftinin bir bareli 74,38 dollara satılır
28 İyul 11:01
İyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günüdür
28 İyul 10:49
XİN: Dövlət sərhədində vəziyyəti gərginləşdirməyin məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir
28 İyul 10:44
Ermənistan tərəfi atəşkəs rejiminin tələblərinə əməl etmir - MN
28 İyul 10:24
Avropa İttifaqı Azərbaycan üçün yaxın tərəfdaşdır
28 İyul 10:18
Mustafa Şəntop: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir
28 İyul 10:14
Mustafa Şəntop: Ermənistan törətdiyi təxribatların nəticələrini nəzərə almalıdır
28 İyul 10:07
TBMM-in sədri: Azərbaycan-Türkiyə-Pakistan dostluğu böyük gələcək vəd edir
28 İyul 10:00
Mustafa Şəntop: Əminəm ki, aramızdakı dostluq və qardaşlıq daha da möhkəmlənəcək
28 İyul 09:23
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatı yaradılıb
28 İyul 08:58
Qənimət Zahid-Əli Kərimli cütlüyü yenə də erməni təxribatına dəstək verir
28 İyul 08:56
Ermənistanda parlamentə rəhbərlik məsələsində iqtidar və müxalifət arasında qarşıdurma yaranıb
28 İyul 08:54
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 İyul 08:52
Analar övladlarını ən azı 6 aya qədər ana südü ilə qidalandırmalıdırlar
28 İyul 08:48
İnsan hüquq və azadlıqlarının qorunması Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindəndir
27 İyul 21:57
Numan Kurtulmuş: Gəncədəki dağıntılar insanlıq əleyhinə cinayətlərin qurbanlarının xatirəsinə bir abidədir
27 İyul 21:24
Ombudsman AŞPA nümayəndələrini Ermənistanın cinayətləri barədə məlumatlandırıb
27 İyul 21:19
Dövlət Komitəsində AŞPA nümayəndə heyəti ilə görüş keçirilib
27 İyul 20:53
Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətlərinin izləri ilə tanış olub
27 İyul 20:44
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşü gələn il İslamabadda keçiriləcək
27 İyul 20:41
“İrəli” İctimai Birliyi “Marş irəli” layihəsinə start verib
27 İyul 20:06
Bakı Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
27 İyul 20:00
Deputat: Qələbə və inkişafa yönəlmiş düzgün siyasət bizi vahid məqsədə çatdırdı
27 İyul 19:59
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb
27 İyul 19:49
Azərbaycanın xarici işlər naziri ABŞ-ın Oklahoma ştatının qubernatoru ilə görüşüb
27 İyul 18:57
Sahil Babayev: Azərbaycan-Serbiya əməkdaşlığı genişlənərək iqtisadiyyatın bir sıra sahələrini əhatə edəcək
27 İyul 18:40
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqeləri atəşə tutulub
27 İyul 18:06
Azərbaycan-Serbiya biznes forumu keçirilib
27 İyul 17:38
Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası təsdiqlənib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA