Asiya Parlament Assambleyasının onlayn konfransı keçirilib
10.03.2021 [09:02]
Martın 9-da Asiya Parlament Assambleyasının “Qadınlar və ailə əsaslı iqtisadiyyat” mövzusunda onlayn konfransı keçirilib. Tədbirə Azərbaycandan Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, komitə üzvləri Nigar Arpadarai və Pərvin Kərimzadə qatılıblar.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konfransda ailənin iqtisadi cəhətdən gücləndirilməsi ilə bağlı hökumətlərin həyata keçirdiyi tədbirlər, proqramlar, uğurlu təcrübələrin tətbiqi kimi məsələlər nəzərdən keçirilib.
Konfransın təşkilinə görə təşəkkürünü bildirən Hicran Hüseynova cəmiyyətlərin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasının vacibliyini vurğulayıb, Azərbaycanın hələ 1918-ci ildə qadınların seçki hüququnu tanımaqla nəinki müsəlman Şərqindən, hətta bir çox Qərb dövlətlərindən qabaq gender bərabərliyi prinsipini qəbul etməsindən danışıb.
Diqqətə çatdırılıb ki, ölkədə həyata keçirilən sistemli tədbirlər, qanunvericilikdə aparılan islahatlar, qəbul edilən dövlət proqramları sayəsində ictimai, siyasi, sosial proseslərin fəal iştirakçısı olan Azərbaycan qadını üçün hazırda bütün sahələrdə geniş imkanlar yaradılıb.
Bildirilib ki, qadınların peşə hazırlığına, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübələr əldə etməsinə böyük əhəmiyyət verilən Azərbaycanın hər bir bölgəsində Qadın Resurs mərkəzləri təsis olunub. Biznes planlamasında və biznes fəaliyyətində, xüsusən də iqtisadi və sosial cəhətdən daha əlverişsiz şəraitdə yaşayan qadınların cəmiyyətin iqtisadi və sosial həyatında daha fəal iştirak etməsi üçün lazım olan hər cür dəstək təmin edilib. Ailə Biznesinə Dəstək Mərkəzləri (ABAD) kimi işgüzar şəbəkələr həm də qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılmasına yönəlib.
Komitə sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qaçqın və məcburi köçkün qadınlar, aztəminatlı ailələrdən olan qadınlar üçün kiçik və orta sahibkarlıqla bağlı layihələr həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərimizin bərpası zamanı kiçik və orta biznesin nümayəndələri də cəlb olunacaq, onların burada öz fəaliyyətlərini genişləndirməsinə imkan yaradılacaq.
Hicran Hüseynova diqqətə çatdırıb ki, bu gün dünya COVID-19 pandemiyası ilə üz-üzədir və insanlar üçün yeni çətinliklər yaranmaqdadır. Hər bir dövlət çalışır ki, həm iqtisadi vəziyyəti nəzarətdə saxlasın, həm də insanların sağlamlığını qorusun. Belə bir şəraitdə Azərbaycan öz modelini təqdim edib. Əlbəttə ki, bu modelin əsasında insan faktoru dayanır. Dövlət tərəfindən məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir planı həyata keçirilir. Dövlət sərt karantin tədbirləri nəticəsində qeyri-formal iş yerini itirən və əvvəlcədən işsiz olan şəxslərin sosial vəziyyətini diqqətdə saxlayır. Eyni zamanda, həssas təbəqədən olan aztəminatlı ailələr, şəhid və müharibə iştirakçılarının ailələri, qaçqın və məcburi köçkünlər, kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün sosial paket yerinə yetirilir. Kiçik və orta sahibkarlıqla məşğul olanların həm özlərinə, həm də işçilərinə ödəmələr verilib. Bu sırada xüsusilə qadın sahibkarları da qeyd etməliyik.
Sonra çıxışlarla davam edən tədbirdə mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, keçirilən konfransın ailə iqtisadiyyatında qadın iştirakçılığının artırılmasına mühüm töhfə verəcəyinə inam ifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

