/ / Sabir Hacıyev: Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpa olunması prioritet hədəf hesab olunur
Sabir Hacıyev: Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpa olunması prioritet hədəf hesab olunur
02.02.2021 [09:44]
“Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, bərpa və yenidənqurma işlərinin aparılması əsas hədəflərimizdəndir. Məlum olduğu kimi, dövlət tərəfindən bütün infrastruktur layihələri icra edilir. Şuşaya yol çəkilməsi, Füzulidə hava limanının inşa edilməsi və digər məsələlər bu istiqamətdə atılan mühüm addımlardandır. Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpa olunması prioritet hədəf hesab edilir”. Bu fikirləri qəzetimizə açıqlamasında Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Hacıyev deyib.
S.Hacıyev deyib ki, ilk növbədə, Şuşanın dirçəldilməsi Qarabağın yenidən qurulması və çiçəklənməsi işində mühüm addım olacaq: “Dövlət başçımızın Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən qeyd etdiyi kimi, Şuşada komendantlıq yaradılıb, indi isə mülki idarəetmə institutu formalaşdırılmaqdadır”.
“Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və onun bərpası, dirçəldilməsi hamımızın işidir. Buna görə də qısa müddətdə bütün infrastruktur layihələrini icra edilərək Şuşanın bərpa olunacağına şübhə yoxdur. Dövlət başçısının qeyd etdiyi kimi, tarixi, dini abidələrimizin bərpası ilə bağlı müvafiq göstərişlər verilib, konkret proqram işlənilir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, digər aidiyyəti qurumlar bu işə fəal qoşulublar. Əminliklə demək olar ki, böyük əzm və şücaətlə düşmən tapdağından xilas edilən Şuşa şəhəri eyni əzm və qətiyyətlə də bərpa ediləcək”, - deyə S.Hacıyev bildirib.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

