/ / Əsli Kazımova: Həyata keçirilən islahatlar ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasını şərtləndirib
Əsli Kazımova: Həyata keçirilən islahatlar ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasını şərtləndirib
09.12.2020 [09:26]
“Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kursu ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasını şərtləndirdi. Məhz yaranmış yeni siyasi situasiyada ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə aparılan dialoqlar, müzakirələr Azərbaycanın siyasi sisteminin inkişafına yol açdı. Ötən ilin sonlarında Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, əksər siyasi təşkilatlarla görüşlərin keçirilməsi ölkəmizdə siyasi qüvvələr arasında yeni münasibətlərin formalaşmasına xüsusi təkan verdi. Bu, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrildi”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ötən bir il ərzində səmərəli fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycanın siyasi palitrasında sağlam, dövlətin inkişafına təkan verən münasibətlər formalaşıb. “Hələ sentyabrın 27-də ermənilərin genişmiqyaslı hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatlarına start verildiyi dövrdə siyasi baxışlarından asılı olmayaraq, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti həmrəylik bəyanatı imzaladı və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə dəstək verdi. 44 gün davam edən Vətən müharibəsi dövründə bu siyasi qüvvələr dövlətin apardığı siyasətin arxasında dayandı və milli birliyimiz möhtəşəm qələbənin əldə olunmasında mühüm şərtə çevrildi. Azərbaycan Prezidentinin siyasi iradəsi, qətiyyəti və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin uğurlu fəaliyyəti siyasi qüvvələrin milli birliyinin güclənməsində təməl rolunu oynayır. İnanıram ki, bu birlik, həmrəylik ölkəmizin gələcək inkişafına, işğaldan azad edilmiş torpaqlarımızın yenidən dirçəldilməsinə öz töhfəsini verəcək”, - deyə Ə.Kazımova əlavə edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35

