Baş yazarlar KİVDF-nin fəaliyyətindən razıdırlar
09.04.2010 [10:24]
Məhz Fondun bir illik fəaliyyətini qiymətləndirmək məqsədilə “Olaylar İA” media rəhbərlərinə müraciət edib.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bir illik fəaliyyətində bir sıra uğurlara imza atıb: “Ona görə, fondun bir illik fəaliyyətinin onun gələcək işlərində effektiv rol oynayacağı qənaətindəyəm”.
E.Mirzəbəyli bildirib ki, fondun bir illik fəaliyyəti ölkədə kütləvi informasiya vasitələrinin inkişafına müsbət təsir göstərib: “Fondun fəaliyyətində ən müsbət istiqamət ondan ibarətdir ki, bu fəaliyyət məqsədyönlü olduğundan, konkret layihə həyata keçiriləndə media orqanlarının nümayəndələri peşəkarlıq baxımından təcrübə qazanırlar. Digər tərəfdən, mətbuat orqanlarında sənədləşmə işinin qaydaya düşməsi təmin edilir ki, bunun özü də çox əhəmiyyətlidir. Azərbaycan mətbuatının fəallığının artmasına, mətbuat orqanları arasında rəqabətin güclənməsinə zəmin yaranır”.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin fikrincə, Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyəti ilə yaxşı bir iş ənənəsinin əsası qoyulub: “Artıq mətbuat orqanları və jurnalistlər arasında bir neçə müsabiqə keçirilib. Müsabiqələrin nəticəsindən aydın olur ki, fondun bir il ərzində həyata keçirdiyi tədbirlər iki istiqamətdə dəyərli olub. Onlardan biri mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, digəri isə çətin rəqabət şəraitində mətbuat orqanlarına inkişaf imkanlarının göstərilməsi olub. Fond mətbuat orqanları qarşısında nümayiş etdirib ki, inkişaf etmək üçün nə etmək lazımdır. Təkcə bu iki istiqamət ötən bir ildə Fondun gördüyü işləri xarakterizə etmək üçün kifayətdir”.
“OLAYLAR” İnformasiya Agentliyinin baş direktoru və “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz rəhbərlik etdiyi KİV-lərin KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasından faydalandığını deyib: “Bir il ərzində Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu mətbuatın inkişafına bacardığı yardımları etdi. Qəzetlərə birbaşa maliyyə yardımı edildi, KİV-lərin ayrı-ayrı sahələr üzrə layihələrini dəstəklədi və fərdi jurnalist müsabiqəsi keçirərək qalibləri mükafatlandırdı”.
Yunus Oğuz hesab edir ki, bu cür müsabiqələr jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına mühüm töhfə verir. Baş redaktor deyib ki, KİVDF-nin fəaliyyətini qənaətbəxş saymaq olar.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun sözlərinə görə, fondun fəaliyyətini Azərbaycan dövlətinin mətbuatın inkişafına böyük diqqəti kimi qiymətləndirmək lazımdır: “ölkə mətbuatının ən zəif yeri onun maddi təminatı ilə bağlıdır. Fond yarandıqdan sonra bu istiqamətdə çoxlu işlər görülüb. Fond yarandığı gündən indiyə qədər redaksiyalar və jurnalistlər tərəfindən layihələrin həyata keçirilməsini maliyyələşdirir ki, bu da birbaşa qəzet kollektivinin maddi rifahına təsir göstərən faktordur. Hesab edirəm ki, fond ötən bir il müddətində bu istiqamətdə kifayət qədər səmərəli fəaliyyət göstərib, Azərbaycan dövlətinin və xalqının milli maraqlarından irəli gələn layihələrin həyata keçirilməsini təmin edib. Bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və ümumilikdə Azərbaycan mətbuatı üçün keyfiyyətcə yeni məzmun daşıyacaq bir çox layihələrə imza atıb. Ən əsası odur ki, fond bu prosesi həyata keçirərkən obyektivlik əsas meyar kimi götürülüb. Hesab edirəm ki, fondun bir illik fəaliyyətini müsbət qiymətləndirmək olar”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin sözlərinə görə, Fond ötən bir il ərzində KİV-in inkişafı naminə çox işlər görüb. Fond yarandığı gündən müxtəlif layihələrin həyata keçirilməsini maliyyələşdirir ki, bu da ölkədə vətəndaş cəmiyyətinin inkişafına doğru atılmış mühüm addımdır: “Qəzetlər tərəfindən istənilən layihənin həyata keçirilməsi layihə çərçivəsində çalışan jurnalistlərin maddi imkanlarının yaxşılaşdırılmasına səbəb olur. Fondun həyata keçirdiyi ayrı-ayrı tədbirlər jurnalist kollektivlərinin bir-birinə yaxınlaşmasına kömək edib. Təkcə bu baxımdan fondun bir illik fəaliyyəti yüksək qiymətləndirilməlidir. Fond fəaliyyəti ilə qəzetlərin xarici ölkələrdən maliyyə asılılığını aradan qaldırıb, xarici ölkələrin qrantlarından xilas edib, qəzetlərin müstəqil fəaliyyəti üçün imkan yaradıb.
Xəbər lenti
Hamısına baxGündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02

