/ / Arzuxan Əlizadə: İnanıram ki, yaxın gələcəkdə yenidən Ağdamda yüksək inkişaf tempi əldə ediləcək
Arzuxan Əlizadə: İnanıram ki, yaxın gələcəkdə yenidən Ağdamda yüksək inkişaf tempi əldə ediləcək
24.11.2020 [09:02]
“Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Məlum olduğu kimi, rayonun erməni silahlı birləşmələri tərəfindən boşaldılması üçtərəfli bəyanatın şərti kimi həyata keçirildi. Ağdam rayonu hər zaman strateji əhəmiyyəti, iqtisadi göstəriciləri baxımından olduqca mühüm bölgələrimizdən sayılıb. İnanıram ki, yaxın gələcəkdə yenidən Ağdamda yüksək inkişaf tempi əldə ediləcək və illərdir öz doğma yurd-yuvasından didərgin düşmüş insanlar öz torpaqlarına qayıdacaqlar. Bir daha bu qələbənin əldə olunmasında xidməti olan hər bir kəsə, Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza dərin minnətdarlığımızı bildiririk”.
Bunu qəzetimizə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib. A.Əlizadə onu da bildirib ki, bu gün Fransanın həyata keçirməli olduğu vasitəçilik missiyasının ziddinə işğalçı Ermənistana və onun yaratdığı qondarma quruma himayədarlıq cəhdləri, Avropanın bir sıra təşkilatlarının Azərbaycana qarşı edilən təcavüzlərə göz yumması qəbuledilməzdir. “44 günlük müharibə dövründə döyüş meydanından uzaq bir sıra rayonlarımız, şəhərlərimiz təcavüzə məruz qaldı, dinc sakinlər, uşaqlar qətlə yetirildi. Başda Avropa Şurası olmaqla Qərbin aparıcı təşkilatları, böyük dövlətlər bu qətliamı susqunluqla müşahidə etdilər, erməni zorakılığına qarşı hər hansı bir bəyanat vermədilər. Bu, bir daha ölkəmizə qarşı ikili standartın göstəricisidir. Bununla belə, Azərbaycan xalqı, dövləti, Azərbaycan Prezidenti ötən 44 günlük müharibədə bütün siyasi və hərbi təzyiqlərə sinə gərdi, öz torpaqlarını işğaldan azad etdi, ədalət bərqərar oldu. İnanırıq ki, dekabrın 1-nə kimi Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq və 30 illik münaqişə tarixi Azərbaycanın şanlı qələbəsi ilə sona çatacaq”, - deyə AMİP sədri əlavə edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

