/ / Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
16.11.2019 [09:59]
“Dünya dini liderlərinin II Sammitinin Azərbaycanda keçirilməsi beynəlxalq aləmdə ölkəmizə olan etimadın daha bir göstəricisidir”.
Bunu özəl olaraq Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Prezident İlham Əliyevin tədbirdə iştirakı dövlət başçısı tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsi idi: “Azərbaycanda qeydiyyatdan keçmiş bütün dini icmalara eyni münasibət var. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və burada hər bir insanın hüquqları Konstitusiya ilə müdafiə olunur.
Bu cür mötəbər tədbirin Azərbaycanda keçirilməsi birinci hal deyil. Azərbaycan həmişə belə tədbirlərə ev sahibliyi edir və ayrı-ayrı dövlətlərdən gələn din xadimləri də məmnuniyyətlə belə tədbirlərdə iştirak edirlər. Birincisi, təşkilatçılıq səviyyəsi çox yüksəkdir. İkincisi, ölkəmizdə dinlər arasında münasibətlər tam şəkildə dünyaya örnək olunacaq bir vəziyyətdədir.
O cümlədən Azərbaycanda dini azadlıqlar da yüksək səviyyədə təmin olunur. Bu baxımdan da, Azərbaycan nə vaxt belə tədbirə ev sahibliyi etmək istəyirsə, dərhal razılıq alır. Mən bu sahə üzrə başqa ölkələrdə beynəlxalq konfranslarda iştirak etmişəm və həmişə Azərbaycan nümunə göstərilib”.
Deputat vurğulayıb ki, Prezident tərəfindən bütün dini konfessiyalara eyni qaydada vəsait ayrılır: “Məscidlərə, sinaqoqlara, kilsələrə eyni münasibət göstərilir. Sammitdə ayrı-ayrı bölmələrdə aparılan müzakirələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında danışıldı. Eyni zamanda, cənab Prezident İlham Əliyev Sammitdə çıxışı zamanı qeyd etdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində bütün mədəni və dini abidələri, ziyarətgahları dağıdılıb.
Həmçinin Azərbaycanın muzeyləri və müxtəlif mədəni sərvətləri erməni barbarları tərəfindən dağıdılıb. Bütün bunlar bir daha onu göstərir ki, ermənilər Azərbaycana qarşı təkcə işğalçılıq, etnik təmizləmə deyil, eyni zamanda, dini ayrı-seçkilik siyasəti də aparırlar. Bu baxımdan, belə tədbirlərin əhəmiyyəti böyükdür. Dünyanın gözü Azərbaycandadır. Dünyada ara qarışdırmağın yollarından biri də dini konfessiyalar arasında gərginlik yaratmaqdır. Lakin Azərbaycan həmin ölkələrdən fərqli olaraq dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2019-cu il tarixli Sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsinə qərar verilib. Sammitə dünyanın 70-dən çox ölkəsindən 500-ə yaxın iştirakçı qatılıb.
İkigünlük Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılıb.
Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40

