Hikmət Babaoğlu: İdarəetmə sistemi tarixində yeni nəsil dəyişməsi baş verir, yeni era başlayır
25.10.2019 [10:01]
“Azərbaycanda həyata keçirilən islahatlar hazırda kadr islahatları mərhələsindədir. Bu həyata keçirilən islahatların növbəti keyfiyyət mərhələsi kimi qiymətləndirilməlidir. İslahatları zəruri edən şərtlər Azərbaycan iqtisadiyyatının inkişafı, onun böyüməsi və qlobal iqtisadi çağırışlar kontekstində özünü yeniləməsi və rəqabət qabiliyyətinin artırılması kontekstində qəbul edilməlidir. Şübhəsiz ki, kadr islahatlarını zəruri edən şərtlər də artıq formalaşmışdı və bu indiyə qədər həyata keçirilən islahatların nəticəsində mümkün olmuşdur. Çünki daha səmərəli kadrlarla və daha səmərəli idarəetməni təşkil etmək üçün ilk növbədə konstitusional və qanunvericilik əsasları yaradılmışdır. Eyni zamanda, struktural islahatlar nəticəsində idarəetmənin effektivliyini təmin etmək üçün yeni qurumlar da formalaşmışdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bir məqama xüsusi diqqət çəkmək lazımdır ki, kadr islahatları paralel olaraq həm də struktur islahatları ilə müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti islahatların hazırkı mərhələsindən danışarkən qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələlərə də toxundu. O, qeyd etdi ki, şərti olaraq hazırkı mərhələni postneft mərhələsi adlandırmaq olar. Ona görə yox ki, bizim neftimiz qurtarır. Ona görə ki, biz, ümumiyyətlə, neft faktorunu iqtisadiyyatda unutmalıyıq: “Göründüyü kimi, bu yeni fəlsəfənin özü Azərbaycan iqtisadiyyatının önündə yeni üfüqlər açır. Eyni zamanda, təyin olunan yeni kadrların qarşısında yəni vəzifələr müəyyənləşdirir ki, bu da olduqca vacibdir. Azərbaycan Respublikasının Prezidenti inzibati resursların və məmurların iqtisadi proseslərə müdaxiləsini də sərt şəkildə tənqid etdi. Düşünürəm ki, bu da əslində nəticə çıxarmalı olan qurumlar və məmurlar üçün olduqca ciddi bir xəbərdarlıq idi. Həmçinin Prezident iqtisadi müstəqilliyin əsas faktor olduğunu və dövlətin siyasi müstəqilliyini təmin edən başlıca məqam olduğunu diqqətə çatdırdı. İqtisadiyyatı olmayan ölkə, öz-özünü təmin edə bilməyən ölkə şübhəsiz ki, beynəlxalq münasibətlər sistemində də müəyyən təzyiqlərə məruz qalır ki, bu da eyni zamanda ölkənin müstəqil siyasi qərarlar qəbul etmək məqsədlərini məhdudlaşdırır”.
Hikmət Babaoğlu xatırladıb ki, indiki vəziyyətdə isə ərazi bütövlüyünü bərpa etməyi əsas hədəf kimi müəyyənləşdirən Azərbaycan üçün müstəqillik olduqca vacibdir ki, bu mənada da siyasi müstəqillik birbaşa iqtisadi müstəqilliklə bağlıdır: “Bütövlükdə isə hazırda Azərbaycanda idarəetmə sistemi tarixində yeni nəsil dəyişməsi baş verir, yeni era başlayır. İstər-istəməz yaşın gətirdiyi bir mühafizəkarlıq, bir lənglik var ki, bu təbii bir prosesdir. Ona görə də vaxtaşırı milli inkişafı təmin etmək üçün bu cür islahatların aparılması vacib şərt kimi ortaya çıxır ki, Azərbaycanda da hazırda bu proses baş verir və bu proses təkcə indiki tarixi mərhələdə keyfiyyət dəyişikliyi yaratmaqla bitməyəcək, özündən sonrakı mərhələnin də inkişafını təmin etmək üçün fundamental əsaslar yaradacaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26

