Əli Kərimli yenə də xidmət etdiyi ermənipərəst dairələrin qarşısında “üzüqara” qaldı
23.10.2019 [09:17]
Terrorçu təfəkkürü ilə ölkədə qeyri-sabitlik yaratmağa çalışan Əli Kərimli növbəti dəfə özünü ifşa etdi
AXCP və “Milli şura” deyilən qondarma qurumun oktyabrın 19-da qeyri-qanuni aksiya keçirmək cəhdi açıq fiaskoya uğradı. Əslində, bunun belə olacağı hələ bu aksiya cəhdinə çağırışlar edilən zamandan bəlli idi. İlk növbədə vurğulamaq lazımdır ki, vətəndaşları qarşıdurmaya çağıran, qanunları pozmağa sövq edən, ölkədəki sabitliyi pozmaq üçün dəridən-qabıqdan çıxan AXCP sədri Əli Kərimlinin terrora köklənmiş təfəkkürü özü hər şeyi deyirdi. Yəni Ə.Kərimlinin hələ günlər, həftələr öncə keçirməyi planlaşdırdığı mitinq üçün Bakı şəhər meriyasının ayırdığı məkanı deyil, şəhərin mərkəzini hədəf alması bir sıra mətləblərdən xəbər verirdi. Ümumiyyətlə, sivil siyasi mübarizə metodlarına istinad etməyi bacarmayan radikal ünsürlərin 1990-cı il ab-havasından qurtula bilməməsi, onların intellektə söykənən hər hansı bir üsuldan bəhrələnmək istəyində olmaması faktı yeni deyil və oktyabrın 19-da bu bir daha isbatlandı...
Əli Kərimlinin “gecikmiş iddiaları” və ya “yatmış siyasətçi”nin geridə qalmış “zəkası”
Qeyd etdiyimiz kimi, Əli Kərimlinin qarşıdurma marağında olması özünü hələ sentyabr ayında açıq şəkildə büruzə verirdi. Yəni dağıdıcıların sentyabrın 28-nə planlaşdırdıqları mitinqin tələblərinə nəzər yetirdikdə bu faktı bir daha aydın şəkildə görmək mümkündür. Xatırladaq ki, həmin vaxt Ə.Kərimlinin “sosial tələblər” uğrunda mitinq təşkil edəcəyi ilə bağlı təbliğatı elə birinci mərhələdə iflasa uğradı. Çünki AXCP sədrinin irəli sürdüyü 5 tələbin yalnız ikisi sosial məsələlərə aid edilə bilərdi ki, bu da öz həllini tapmış məsələlər idi. Məsələn, bu “tələbin” biri tibbi sığorta ilə bağlı idi ki, dövlətimiz illərdir bununla bağlı mühüm addımlar atır və tibbi sığortanın kütləvi tətbiqi üçün lazımi zəmin hazırlanıb. Artıq 2020-ci ilin yanvar ayından bütün ölkə miqyasında vətəndaşlarımız tibbi sığortadan istifadə edə biləcəklər. Eləcə də dağıdıcı ünsürlərin dillərində əzbər etdikləri digər məsələlər də bu qəbildən olmaqla öz həllini tapmış “problemlərdir”. Yəni Ə.Kərimlinin bu iddiaları geçikmiş sayılmalıdır. Demək ki, bu şəxs ya ölkə gündəmini izləmir, sosial məsələlərin həlli ilə bağlı dövlətin apardığı siyasətdən xəbərsizdir, ya da öz mahiyyətinə uyğun olaraq yalanlarını “şüar” şəklində cəmiyyətə sırımağa çalışır. Hər iki halda adını siyasətçi qoymuş birisinin bu qədər geridə qalmış “zəka” ilə hansısa uğura imza ata bilməsi mümkünsüzdür...
“Qarabağ tələb edən” Əli Kərimli 2016-cı ildə oğlunu erməni separatçıları ilə eyni cərgədə niyə otuzdurmuşdu?
O ki qaldı digər tələblərə, bunların da yalnız manipulyasiya vasitəsi olduğu ilk baxışdan bəlli olurdu. Çünki indiyə qədər görüşdüyü hər hansı bir xarici təşkilat nümayəndəsi ilə söhbətində Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilməsi faktını dilinə gətirməyən, ermənilərin işğal altındakı bölgələrimizdə törətdiyi vandalizm haqda bir cümləni belə ifadə etmək cəsarəti olmayan Əli Kərimlinin birdən-birə “vətənpərvərliyinin” qabarması da ona gələn sifarişlərdən qaynaqlanır. 2016-cı ildə Azərbaycan dövləti Ermənistanın törətdiyi təxribatlara cavab verdiyi, aprel döyüşlərinin qan-qadasının isti olduğu zamanda - sentyabr ayında oğlu Türkel Kərimlini Qarabağ separatçılarının başçısı Bako Saakyanın oğlu Armen Saakyanla eyni sırada əyləşdirən Əli Kərimli hansı vətənpərvərlikdən dəm vurur? Bəli, Əli Kərimlinin necə “vətənpərvər” olması oğlunu erməni separatçıları ilə eyni cərgədə otuzdurmasından açıq şəkildə bəlli olur...
Əli Kərimli oktyabrın 19-da vətəndaş qarşıdurması yaratmaqda maraqlı idi
Nəhayət, Əli Kərimlinin terrorçu mahiyyəti haqda... Hələ 8 oktyabr piketi öncəsi Əli Kərimlinin özü kimi xəyanət girdabında olan Sevinc Osmanqızının internet kanalındakı müsahibələrində kütləvi itaətsizlik çağırışları, “Sudan, Əlcəzair təcrübəsindən bəhrələnmək” məsləhətləri, insanları qanunları pozmağa, qarşıdurmalar yaratmağa yönləndirməsi ilə bağlı fikirləri həm yaddaşlarda, həm də həmin internet kanallarının videoyazılarında qalmaqdadır. Bu gün özünü “azadlıq mücahidi” cildində təqdim etməyə çalışan bu şəxsin öz şəxsi mənfəəti üçün kimlərlə işbirliyində olması da məlumdur. Keçirdiyi aksiyalarda gah radikal dindarlara “sığınan”, gah Qərbin anti-azərbaycançı mərkəzlərinə üz tutan, gündə bir rəngə boyanan, kimlərinsə “baharından”, kimlərinsə “yazından” ruhlandırılan Əli Kərimli oktyabrın 19-da vətəndaş qarşıdurması yaratmaqda maraqlı idi. Qanunla müəyyən edilmiş yerdə aksiyanı keçirməkdən boyun qaçıran, əksinə qanunlara qarşı gəlməyi üstün tutan, şəhərin mərkəzində qeyri-sabitlik yaratmaq istəyən, asayişi qoruyan hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni çağırışlarına tabe olmayaraq, təxribatlar hazırlayan bu şəxs öz addımları ilə dağıdıcı mahiyyətini bir daha cəmiyyətə göstərdi. Bir sözlə, 1990-cı illərdə talançı psixologiya ilə hakimiyyətə yiyələnənlər bir daha məqsədlərini ortaya qoydular. Bu insanlar və ya onlara göstəriş verənlər sabit, inkişaf edən, dünyada nüfuz qazanan, ən əsası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm üstünlüklər əldə etmiş bir Azərbaycandan qorxurlar. Əli Kərimlinin məqsədi dünyanın diqqət mərkəzində olan və sabitlik adası kimi xarakterizə edilən ölkəni fərqli statusda təqdim etməkdir. Amma buna nail olmadı. Özünün yalanlarının içində əriyib yox olan, hətta düşərgədaşları tərəfindən belə qınanan, yalanları ifşa edilən Əli Kərimli yenə də qulluq etdiyi xarici dairələrin qarşısında “üzüqara” qaldı.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55

