Partiyamızın namizədlərinin təşviqatı uğurla həyata keçirilir
18.12.2009 [09:31]
“Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşıb və bu günə qədər seçki kampaniyasının proqramı üzrə kifayət qədər geniş, çoxşaxəli işlər aparılıb. Artıq seçki kampaniyasnının son mərhələsinə çatmışıq. Partiyamızın namizədlərinin təşviqatı uğurla həyata keçirilir”. Bu sözləri Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov yap.org.az saytına bələdiyyə seçkiləri kampaniyasının gedişi haqqında məlumat verərkən deyib.
Əli Əhmədov bildirib ki, YAP seçki kampaniyasının həm namizədlərin irəli sürülməsi, həm də təşviqat mərhələsini düşünülmüş proqram əsasında həyata keçirməyə müvəffəq olub. Azərbaycanda yeganə olaraq YAP-ın bu seçkilərdə partiya şəklində iştirak etmək hüququ qazandığını xatırladan Əli Əhmədov qeyd edib ki, bu fakt partiyanın bələdiyyə seçkilərinə kifayət qədər ciddi şəkildə yanaşmasından xəbər verir. Digər tərəfdən isə bu amil YAP-ın seçkilərdə iştirak etmək üçün böyük iradə və gücünün olduğunu nümayiş etdirir.
“Seçki kampaniyasının təşviqat mərhələsi də başa çatmaq üzrədir. Bələdiyyə seçkiləri yerli xarakterlidir və bu xüsusiyyət seçki kampaniyasının bütün ağırlığının yerlərə köçürülməsini tələb edir. Təşviqatın səmərəli olması üçün təşviqatçılarımız bütün bələdiyyə ərazilərində seçicilərlə görüşlər keçirirlər. Təşviqat kampaniyasına cəlb etdiyimiz personal da həm peşəkar, həm də Azərbaycan əhalisi içərisində yüksək hörmətə və nüfuza malik olan insanlardır. Bu kampaniyanın təhlili deməyə əsas verir ki, YAP-ın irəli sürdüyü namizədlər seçicilər tərəfindən rəğbətlə qarşılanır. Bunun da kökündə bir sıra reallıqlar dayanır. İlk növbədə, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin nüfuzu xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı proqramı həyata keçirilir və bunun nəticəsində də respublikanın bölgələrinin inkişafında böyük uğurlar əldə edilib. Bütün bunların hamısı vətəndaşlarda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamı müəyyənləşdirib. Bu amil də bələdiyyələrə namizədlərimizin dəstəklənməsində özünün əksini tapır”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədovun sözlərinə görə, YAP-ın təşviqatının effekti də bu prosesdə əhəmiyyətli rol oynayır. Belə ki, təşviqatçıların fəaliyyəti, fədakarlığı irəli sürülən namizədlərə müsbət münasibətin formalaşmasına təsirini göstərir. Eyni zamanda, irəli sürülmüş namizədlərin əhali arasında nüfuzlu olması, onların şəxsi keyfiyyətləri bələdiyyə seçkilərində YAP-ın qələbə qazanacağını şərtləndirən amillərdən biridir.
APA-nın məlumatına görə isə YAP sədrinin müavini Əli Əhmədov bildirib ki, partiya siyahısından kənar bələdiyyələrə namizədliklərini vermiş Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri ilə bağlı tədbir görüləcək. Onun sözlərinə görə, partiya siyahısından kənar namizədliklərini irəli sürənlər artıq geri çəkiliblər. Ə.Əhmədov çox az sayta YAP üzvünün partiya siyahısından kənar namizədliyini irəli sürdüyünü bildirib: “Biz onlarla işləyirik. Güman edirik ki, namizədliyin bu şəkildə irəli sürülməsinin səhv addım olduğunu onların özləri də başa düşəcəklər. YAP yalnız partiya siyahısında olan namizədləri dəstəkləyəcək. Digərlərinin isə uğur qazanmaq ehtimalı onsuz da yoxdur, çünki partiya onları dəstəkləməyəcək. Söhbətlər, izahat formasında doğru yol seçilmədiyini bildirəcəyik, yəqin ki, onlar da səhv addım atdıqlarını dərk edəcəklər”.
Ə.Əhmədov bildirib ki, partiya siyahısından kənar namizədliklərini irəli sürmüş YAP üzvlərinin arqument və yanaşmaları fərqlidir: “Bəziləri şanslarını yüksək qiymətləndirir, bəziləri məsələnin mahiyyətinə varmadan, sadəcə, seçki kampaniyasında iştirak etmək həvəsi ilə namizədliyini irəli sürüblər. Buna birmənalı şəkildə don geyindirmək düzgün deyil”.
Əli Əhmədov, həmçinin, “Freedom House” təşkilatının son hesabatına da öz münasibətini bildirib. YAP-ın İcra katibi qeyd edib ki, təşkilat qeyri-obyektiv hesabatlar hazırlamaqla, məsələlərə qeyri-obyektiv münasibət bildirməklə özünü tanıda bilib. Biz bu təşkilatın Dağlıq Qarabağın iki ölkəyə mənsub ərazi kimi təqdim etməsini qətiyyətlə pisləyirik. Onun sözlərinə görə, bir sıra hallarda beynəlxalq təşkilatlar öz hərəkətləri ilə etirazların səsləndirilməsi üçün əsas yaradırlar. Ə.Əhmədov bildirib ki, Dağlıq Qarabağın mübahisəli ərazi kimi təqdim edilməsi “Freedom House”un nə qədər qeyri-obyektiv prinsiplər əsasında fəaliyyət göstərdiyini təsdiqləyir: “Təəssüflər olsun ki, Azərbaycanda bir sıra müxalifət partiyalarının nümayəndələri bir sıra hallarda “Freedom House” və bu kimi təşkilatların hazırladıqları hesabatlara istinad edərək Azərbaycandakı reallıqları dəyərləndirməyə çalışırlar. Mən onları çağırıram ki, “Freedom House” un obyektivliyinə, Dağlıq Qarabağın mübahisəli ərazi kimi təqdim edilməsi kontekstindən baxsınlar. Əgər Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməyən bir təşkilat Azərbaycanla bağlı qərəzli hesabat hazırlayırsa, bu hesabata istinad edərək Azərbaycandakı reallıqları dəyərləndirmək düzgün olmazdı. Bunu “Freedom House” qərəzli və Azərbaycana xoş olmayan münasibətini nəticəsi hesab edirəm və Azərbaycanın hər bir qeyri-hökumət təşkilatını, siyasi partiyaları bu cür hərəkətlərə qarşı öz etiraz səsini qaldırmağa çağırıram”.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

