/ / Pakistan mətbuatı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edir
Pakistan mətbuatı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edir
30.08.2019 [09:30]
Pakistanın “Diplomatic News Agency” agentliyi və “Centreline” jurnalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinə həsr olunan məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Mehriban Əliyevanın həyat yoluna və çoxşaxəli fəaliyyətinə nəzər salınır. Onun 2004-cü ildən Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsini öyrənmək və milli dövlətçilik ideyalarını təbliğ etmək məqsədilə təsis edilmiş Heydər Əliyev Fonduna rəhbərlik etdiyi vurğulanır. Həmçinin həmin il Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə UNESKO-nun xoşməramlı səfiri adına layiq görüldüyü qeyd olunur. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda yeni xəstəxanaların, məktəblərin, uşaq bağçalarının, eləcə də pulsuz xidmət təklif edən Talassemiya Mərkəzinin tikilib istifadəyə verildiyi diqqətə çatdırılır. Bundan başqa, birinci xanımın Azərbaycan muğamının qorunması istiqamətində ciddi addımlar atdığı və Beynəlxalq Muğam Mərkəzinin təsis edildiyi bildirilir.
Məqalədə Mehriban Əliyevanın sivilizasiyaların yaxınlaşmasında xidmətlərinə görə İSESKO-nun xoşməramlı səfiri adına, bir sıra ölkələrin fəxri adlarına, orden və medallarına layiq görüldüyü, bunların arasında “Hilal-e-Pakistan” ordeninin də olduğu diqqətə çatdırılır.
Müəllif qeyd edir ki, Azərbaycanla Pakistan arasındakı qardaşlıq münasibətlərinin təzahürü olaraq, Heydər Əliyev Fondu 2005-ci ildə Pakistanda baş verən dağıdıcı zəlzələdən dərhal sonra bu ölkədə xeyriyyəçilik fəaliyyətlərinə başlayıb. Zəlzələdən ən çox ziyan çəkən bölgələrdən olan Müzəffərabadın Rara bölgəsində Fond tərəfindən 500 şagird yerlik qızlar məktəbi tikilib. Eyni zamanda, Pakistanın müxtəlif əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə silsilə layihələr həyata keçirilib.
Bundan başqa, məqalədə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə cari ildə və ötən illər ərzində Ramazan ayında və Qurban bayramında uşaq evlərində kimsəsiz və əlil uşaqlar üçün həyata keçirilən iftar və digər xeyriyyə tədbirləri barədə məlumat verilir. Pakistan rəhbərlərinin, o cümlədən indiki Prezident Arif Alvinin Heydər Əliyev Fondunun 2005-ci ildən etibarən humanitar əməkdaşlığa verdiyi töhfələri və Fond tərəfindən Pakistanın müxtəlif sosial rifah institutları və xeyriyyə təşkilatlarına edilən yardımları daim vurğuladığı qeyd olunur. 2019-cu il iyunun 1-də Pakistan Prezidentinin Sarayında Heydər Əliyev Fondunun dəstəyi ilə qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunmuş tədbirdə Prezident Arif Alvinin Azərbaycanın birinci xanımı tərəfindən göstərilən təşəbbüsləri yüksək qiymətləndirdiyi və Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi xeyriyyə layihələrinə onun verdiyi dəstəyin önəmini qeyd etdiyi vurğulanır.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

