/ / Ermənistan cəbhə bölgəsində təxribat törətməklə vəziyyəti gərginləşdirmək və mövcud status-kvonu saxlamaq məqsədi güdür
Ermənistan cəbhə bölgəsində təxribat törətməklə vəziyyəti gərginləşdirmək və mövcud status-kvonu saxlamaq məqsədi güdür
04.06.2019 [09:37]
Təcavüzkar ölkənin hakimiyyəti bilməlidir ki, işğalçılıq siyasətini davam etdirərək dinc sakinlərə, Azərbaycan hərbçilərinə qarşı törətdiyi cinayətlər cavabsız qalmayacaq və hər belə hala görə daha ağır adekvat cavab alacaqXəbər verildiyi kimi, bir neçə gün bundan əvvəl Ermənistanın silahlı qüvvələri qoşunların təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozublar. Belə ki, mayın 30-da cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfdən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarov şəhid olub. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bəhs olunan təxribatı ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda olduqları bir vaxtda törədiblər.
İşğalçı ölkə münaqişənin həllində maraqlı deyil
Məlumdur ki, qonşularına qarşı davamlı olaraq ərazi iddiaları sərgiləyən və işğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan havadarlarının köməyi ilə zəbt etdiyi Azərbaycan ərazilərini işğal altında saxlamaq üçün müxtəlif spekulyativ vasitələrə əl atır. İşğalçı dövlətin bütün cəhdləri beynəlxalq ictimaiyyəti aldatmağa və qoşunların təmas xəttində mövcud status-kvonun ömrünü uzatmağa yönəlib. Ekspertlər qoşunların təmas xəttində yaşanan son insidenti də məhz bu aspektdən dəyərləndirirlər. Bildirilir ki, belə bir həssas dönəmdə Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəs rejimini növbəti dəfə pozmaları heç də təsadüfi deyil. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı erməni snayperi tərəfindən Azərbaycan Ordusunun zabiti Aqil Omarovun qətlə yetirilməsi bir daha təsdiqlədi ki, Ermənistan tərəfi cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək, danışıqlar prosesinə əngəl yaratmaq və 25 ildir davam edən bu münaqişədə mövcud status-kvonu qoruyub saxlamaq məqsədi güdür. Yəni, Azərbaycan Ordusunun zabitinin qarşı tərəfdən açılan snayper atəşindən qətlə yetirilməsi düşmənin əsl niyyətini bir daha açıb göstərir. Ermənistanın bu addımları növbəti dəfə təsdiq edir ki, işğalçı ölkə münaqişənin həllində maraqlı deyil və onun sülh, atəşkəsə riayət olunması və digər bu kimi iddiaları yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür. Görünən odur ki, işğalçı Ermənistanın sülh danışıqlarında iştirakı sırf imitasiya xarakteri daşıyır. Əslində isə bu ölkə zor gücünə zəbt etdiyi Azərbaycan ərazilərindən geri çəkilmək, regionda təhlükəsizlik və qarşılıqlı inam mühitinin yaranmasında iştirak etmək niyyətindən çox uzaqdır.
Beynəlxalq ictimaiyyət Ermənistanın qoşunların təmas xəttində törətdiyi təxribatı birmənalı şəkildə pisləməlidir
Bir qədər bundan əvvəl işğalçı Ermənistanda hakimiyyət dəyişikliyi baş versə də, bu ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətində hər hansı bir pozitiv irəliləyiş müşahidə edilmir. Əksinə, forpost dövlətin yeni baş naziri Nikol Paşinyan elə ilk vaxtlardan sülh prosesinə xələl gətirən, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların pozulmasına hesablanan yanaşmalarla və absurd açıqlamalarla diqqət mərkəzinə gəldi. Təcavüzkar ölkənin yeni baş naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların formatının dəyişdirilməsi kimi reallıqla bir araya sığmayan absurd iddia ilə çıxış etdi. ATƏT-in Minsk qrupunun həmsədrləri 2019-cu il 9 mart tarixində bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməzliyini bildirsələr də, N.Paşinyanın sərgilədiyi yanaşma regional təhlükəsizliyə ciddi təhdidlər yaradır və qoşunların təmas xəttində gərginliyi daha da artırır. İşğalçı ölkədə ssenarinin “perspektivlərini” təsəvvür etmək çətin deyil. Nikol Paşinyan öz sələflərinin səhvlərini təkrarlamağa davam edəcəksə, bu, onun hakimiyyəti üçün çox ciddi problemlərin yaranmasına səbəb olacaq. Həmçinin Ermənistan hakimiyyəti bilməlidir ki, işğalçılıq siyasətini davam etdirərək dinc sakinlərə, Azərbaycan hərbçilərinə qarşı törətdiyi cinayətlər cavabsız qalmayacaq və hər belə hala görə daha ağır adekvat cavab alacaq.
Onu da qeyd edək ki, beynəlxalq ictimaiyyət və ilk növbədə də ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr ölkələr Ermənistanın qoşunların təmas xəttində törətdiyi təxribatı birmənalı şəkildə pisləməli və iki ölkə arasında substantiv danışıqların tezliklə başlanmasına nail olmalıdır. Bütün dünya tərəfindən qəbul olunmayan status-kvo məhz Ermənistana qarşı ciddi təzyiq nəticəsində dayişməli, beləliklə də, sülh prosesinə və erməni işğalının nəticələrinin aradan qaldırılmasına yol açılmalıdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

