Azərbaycanın hərbi xərclərinə ayrılan vəsaitlər artır, Ermənistanın isə ianələri də kəsilib
13.11.2009 [09:52]
Son illərdə yüksək sürətli inkişaf tempi əldə edən, bütün sahələrdə yüksək göstəricilərə nail olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olduğunu bir daha nümayiş etdirir. ölkəmiz istər daxili, istərsə də xarici siyasətində düşünülmüş, yalnız milli maraqlara əsaslanan və dövlətin mənafeyinə uyğun addımlar atır. Bu isə, həm ölkədə milli birliyin əldə olunmasında, həm iqtisadi inkişafın təmin edilməsində, həm də xarici investorlar da maraq yaratmaqda böyük rol oynayır. Bu gün Azərbaycan istər Şərq, istərsə də Qərb dünyası üçün yaxın tərəfdaş kimi olduqca maraqlı bir dövlətdir.
Bu cür böyük inkişafa malik olan Azərbaycan öz qonşuları ilə də hər zaman dostluq, tərəfdaşlıq əlaqələri qurmaqda maraqlıdır. İstər Rusiya, istər Gürcüstan, istər İran, istərsə də Türkiyə hər zaman Azərbaycanla iqtisadi əlaqələrin yüksək formada inkişaf etdirilməsində maraqlı olublar. Ermənistanın apardığı təcavüzkar siyasət isə Azərbaycan torpaqlarının 20 faizinin işğala məruz qalmasına gətirib çıxarıb. Uzun illərdir ki, Azərbaycan dövləti bu problemin tənzimlənməsi istiqamətində işğalçı ölkə ilə danışıqlar aparır, məsələnin həllinə çalışır. Bu danışıqların aparılması ilə paralel Azərbaycan iqtisadiyyatını inkişaf etdirir. Ermənistan isə məhz işğalçılıq siyasətinin qurbanına çevrilərək regionda reallaşdırılan bütün qlobal əhəmiyyətli layihələrdən kənarda qalıb.
Son 6 ildə Azərbaycan iqtisadiyyatının güclənməsi, dünyanın ən sürətli inkişafa malik iqtsadiyyatı kimi qeyd olunması, o cümlədən, dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin artırılması, Azərbaycan ordusunun modernləşdirilməsi bu istiqamətdə atılan addımlardandır. Azərbaycanın hərbi büdcəsi 2003-cü ildən indiyədək 12 dəfə artırılıb. Bu isə rəsmi Bakının Dağlıq Qarabağ probleminin həllinə ayırdığı böyük diqqətin təzahürüdür.
ölkəmiz 2010-cu ilin astanasındadır və gələn ilin büdcə layihəsi artıq Azərbaycanın qanunverici orqanının-Milli Məclisin müzakirəsinə çıxarılıb. Sevindirici haldır ki, dövlət büdcəsinin dinamikası son 6 ildə 10 dəfə artıb. Bu, nəinki regionda, dünyada analoqu olmayan bir göstərici sayılır. 2009-cu ilin ötən doqquz ayında ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz, onun adambaşına düşən məbləği 4,7 faiz artıb. Son statistik məlumatlara görə isə, üDM-in artımı 2009-cu ilin on ayında ötən illə müqayisədə artıq 8 faizi üstələyib. Doqquz ayda əhalinin gəlirlərinin 9,8 faizlik artımı 2,1 faiz səviyyəsində müşahidə olunan inflyasiyanı 7,7 faiz üstələyib. Hərbi xərclərə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi isə azalmayıb, əksinə daha da artırılıb. Prezident İlham Əliyev hər zaman qeyd edib ki, hərbi xərclərə ayrılan vəsaitin həcmi artırılmalı və Azərbaycan ordusu daha da gücləndirilməlidir.
Torpaqlarımızı işğal altında saxlayan Ermənistan isə bu gün sözün əsl mənasında, acınacaqlı vəziyyətdədir. İqtisadi böhranın dünyanı cənginə aldığı bir zamanda öz dövlət büdcəsinin böyük bir qismini ianələr əsasında formalaşdıran bu ölkəyə ayrılan yardımlar azalıb. Ermənistanda demək olar ki, bütün infrastrukturun əcnəbilərin əlində olduğunu və bu dövlətin inkişaf tempinin sıfırdan yuxarı olmadığını nəzərə alsaq, yaranan tablonun necə faciəvi şəkildə olduğu ortadadır. Digər tərəfdən, son aylarda Ermənistan hakimiyyəti ilə erməni diasporu arasında baş verən insidentlər xarici ianələrin kəsilmə ehtimalından xəbər verir. Bu fikrə düşməyə isə kifayət qədər arqumentlər var. Elə Ermənistan prezidenti Serj Sərkisyanın Avstriyaya səfəri zamanı orada yaşayan ermənilərin ölkə başçısına qarşı tutduğu mövqe (səfər zamanı Avstriyada yaşayan ermənilər Ermənistan prezidentini yumurta “atəşinə” tutmuşdular) rəsmi İrəvan hakimiyyətinin həm maddi, həm də lobbiçilik dəstəyindən məhrum olduğunu xəbər verir. Bununla yanaşı, Ermənistan hakimiyyəti hələ də 2008-ci ildə keçirilən prezident seçkiləri zamanı baş verənlərin beynəlxalq aləm tərəfindən unudulmadığını dərk edir. Ermənistan hakimiyyətinin ikinci belə bir cəhdi isə ötən dəfəki kimi loyal qarşılanmayacaq. Buna əmin olan Sərkisyan hakimiyyəti olduqca çətin vəziyyətə düşüb.
Amma bu problemin həlli var. Ermənistan özünü, dövlətini və millətini xilas etmək üçün Dağlıq Qarabağ probleminin həllində konstruktiv mövqe tutmalıdır. Bu artıq Ermənistanın varlığı üçün şərtə çevrilib. Əks halda bu ölkə düşdüyü böhranı daha da dərinləşdirəcək, Ermənistan hakimiyyəti isə az müddətdən sonra yeni bir inqilabla üz-üzə dayanacaq.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

