Uels şahzadəsi Çarlz Londonda AZƏRTAC da daxil olmaqla bir qrup media rəhbəri ilə görüşüb
18.05.2018 [09:35]
Londonun dünyada məşhur olan “Tate Britain” incəsənət qalereyasında Böyük Britaniyanın Press Association informasiya agentliyinin 150 illiyi münasibətilə təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə Böyük Britaniyanın Reuters, ABŞ-ın Associated Press, Rusiyanın TASS, Türkiyənin Anadolu, İtaliyanın ANSA, İsveçin TT (Avropa Xəbər Agentlikləri Alyansının sədri), Rumıniyanın Agerpress, Bolqarıstanın BTA, Polşanın PAP, Yunanıstanın ANA/MPA və bir çox digər ölkələrin xəbər agentliklərinin rəhbərləri və nümayəndələri, İngiltərənin media qurumlarının təmsilçiləri qatılıblar. Mərasimdə AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının prezidenti Aslan Aslanov iştirak edib.
Tədbirdə Böyük Britaniya Krallığının vəliəhdi, Uels şahzadəsi Çarlz AZƏRTAC da daxil olmaqla bir qrup media rəhbəri ilə görüşüb, mətbuatın inkişafında texnoloji yeniliklərlə maraqlanıb.
Press Association agentliyinin icraçı direktoru, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının sədri Klayv Marşal çıxışında qeyd edib ki, ötən əsr ərzində mediada çox böyük irəliləyişlər olub. “Bizim agentlik də yarandığı andan ötən 150 il ərzində dəyişib, texnologiyalar işimizin bir hissəsinə çevrilib. Lakin dəyişməyən bizim dürüstlüyümüz və obyektivliyimiz olub. Bu da bizim etibarlı media kimi imicimizin yüksək olmasını şərtləndirib”, - deyə o bildirib.
Xəbər agentlikləri rəhbərləri ilə görüşlərdə onlara Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, o cümlədən bu ilin oktyabrında planlaşdırılan Bakı Beynəlxalq Humanitar Forumu barədə məlumat verilib.
AZƏRTAC və Press Association 2008-ci ildən Avropa Xəbər Agentlikləri Alyansı çərçivəsində, sonradan isə Dünya Xəbər Agentlikləri Konqresi Şurasında əməkdaşlıq edir. Press Association 2016-cı ilin noyabrında Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin təşkilati işində yaxından iştirak edib. İki agentlik arasında qarşılıqlı faydalı əlaqələr mövcuddur.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 18:30
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47

