Azərbaycan iqtisadi sahədə tarixi nailiyyətlər əldə edib
20.04.2018 [10:19]
Prezident İlham Əliyev: İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artıbdır. Bu, çox böyük göstəricidir
Güclü iqtisadiyyat qurmadan ölkənin, dövlətin ümumi inkişafını təmin etmək də qeyri-mümkündür. Güclü iqtisadiyyat çəkici lokomotiv kimi digər istiqamətlərdə də tərəqqini təmin edir, əhalinin sosial təminatının möhkəmlənməsinə münbit zəmin yaradır. Bu mənada Azərbaycanın daim yeni iqtisadi inkişaf paradiqmaları hədəfləməsi və bu hədəflərə çatmaq üçün güclü siyasi iradə sərgiləməsi, effektiv vasitələr müəyyənləşdirməsi təqdirəlayiq haldır. Son 15 ildə iqtisadi məsələlərə xüsusi diqqət yetirilib, neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi potensialının artırılmasına yönələn məqsədyönlü siyasət həyata keçirilib, bütövlükdə milli iqtisadiyyatın və onun ayrı-ayrı sektorlarının inkişafını təmin etmək məqsədilə genişmiqyaslı islahatlar aparılıb, Dövlət proqramları, strateji yol xəritələri qəbul edilib, təşviq və dəstək tədbirləri gücləndirilib. Nəticə, əlbəttə ki, sevindiricidir. Son 15 ildə bütün dünya miqyasında iqtisadi baxımdan Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı çox az olub. Hazırda respublikamız Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olan dövlətdir. Azərbaycanın qısa müddətdə öz investisiyalarını ixrac edən ölkəyə çevrilməsi son dərəcə qürurverici haldır. Müstəqillik illərində məhz respublikamızın moderatorluğu ilə regionda irimiqyaslı layihələr uğurla reallaşdırılıb. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr bu gün həm respublikamızın, həm də bütövlükdə region dövlətlərinin inkişafına sanballı töhfələr verir.
Azərbaycan özünün iqtisadi müstəqilliyini tam təmin edib
Son 15 ildə Azərbaycanda iqtisadi inkişaf dövlət siyasətinin prioriteti kimi müəyyənləşdirilərkən Prezident İlham Əliyevin belə bir fundamental tezisi əsas götürülüb ki, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Həyat da bunu təsdiqləyib. Əgər sən kimdənsə asılısansa, - ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan, - heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan. Bu mənada Azərbaycanın vəziyyəti nikbinlik üçün ciddi əsaslar yaradır. Güclü iqtisadi dayaqlar quran və iqtisadi müstəqilliyini təmin edən respublikamızın özünə inam hissi də artıb. Öz gücünə arxalanan Azərbaycan tam müstəqil siyasət həyata keçirir, milli maraqları qətiyyətlə qoruyur və bütün dünyada ləyaqətli ölkə kimi tanınır. Bu gün heç bir başqa dövlət, heç bir beynəlxalq təşkilat Azərbaycanla diktat dili ilə danışa bilməz. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində Azərbaycanın özünün iqtisadi müstəqilliyini təmin etməsini qürur hissi ilə nəzərə çatdırıb: “Biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq. Biz indi heç bir kreditə möhtac deyilik, özümüz kreditlər veririk. Bizim dövlət borcumuz ümumi daxili məhsulumuzun 20 faizini təşkil edir. Mən qarşıya vəzifə qoymuşam və biz gələcək illərdə dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq. İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artıbdır. Bu, çox böyük göstəricidir”.
Əlbəttə, bəhs olunan dövrdə milli iqtisadiyyatın inkişafında neft amili xüsusi yer tutur. Bu da təbiidir. Çünki Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olan ölkədir. Ancaq bununla bərabər, ölkəmizin qeyri-neft ixracı 15 il ərzində dörd dəfədən çox artıb. Bu da onu göstərir ki, respublikamızda neftdənkənar iqtisadiyyatın inkişafının müxtəlif vasitələrlə dəstəklənməsi, bu məqsədlə aparılan islahatlar böyük səmərə verir.
Bəhs olunan dövrdə ölkəmizdə sənaye istehsalı 2,6 dəfə genişlənib. Valyuta ehtiyatlarımız 24 dəfə artıb, bu gün 44 milyard dollara bərabərdir. Respublikamıza 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi vardır. Xarici və yerli sərmayə ölkəmizə bundan sonra da qoyulacaqdır. Dövlət başçısı Azərbaycanın iqtisadi sahədə qazandığı uğurları tarixi nailiyyətlər kimi səciyyələndirərək deyib: “Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür. İnkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə biz üçüncü yerdəyik. Yəni bu göstəricilər özlüyündə hər şeyi açıq-aydın bildirir, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar, nailiyyətlər tarixi nailiyyətlərdir”.
İqtisadi sahədə tam şəffaflığın təmin edilməsi qarşıya vəzifə qoyulub
Bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də Azərbaycan inkişafın ardıcıllığını təmin etmək əzmi ortaya qoyur. Yeni şəraitdə də Azərbaycan iqtisadiyyatı inkişaf edir. Ölkəmiz dünyada baş vermiş böhranlar zamanı da bu böhranlardan ən az itkilərlə çıxmağa nail olub. Artıq bu böhranlar arxada qalıb və iqtisadiyyatımızda sabitlik təmin edilib. İqtisadi və maliyyə sabitliyi, əlbəttə ki, həm investisiya iqliminə müsbət şərait yaradır, həm də biznes mühitini daha da yaxşılaşdırır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. Bu xüsusda fikirlərini diqqətə çatdıran dövlət başçısı vurğulayıb: “İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni tətbiq etməlidirlər. Belə göstərişlər verilibdir. Əminəm ki, Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə bizim islahatlarımızın müsbət təsirini görəcəklər”.
Ötən dövrdə ölkədə sahibkarlığın inkişafı sürətlə gedib. Bu illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər hesabına və sahibkarların öz vəsaiti hesabına yüzlərlə, bəlkə də, minlərlə yeni müəssisə yaradılıb və qeyri-neft sektorunun inkişafı təmin edilib.
“Növbəti illər ərzində, qeyd etdiyim kimi, iqtisadi sahədə islahatlar təmin ediləcək, dərinləşəcək ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf etsin və biz neft-qaz amilindən asılılığı azaldaq”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycan ən müasir texnologiyaları tətbiq etməyi hədəfləyib
Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində müasirləşmə xətti tutub. Ölkəmiz bütün sahələrdə dünyanın qabaqcıl ölkələrinin müsbət təcrübəsini mənimsəyir. Sevindirici haldır ki, bu gün respublikamız istər müasir infrastruktur təminatı, istərsə də digər parametrlər baxımından dünyanın ən qabaqcıl ölkələri sırasında dayanır.
O cümlədən Azərbaycan innovasiyalara, qabaqcıl texnologiyalara əsaslanan elm tutumlu iqtisadiyyat quruculuğunu hədəfləyib və bu istiqamətdə diqqətəlayiq uğurlar əldə edib. Azərbaycanın qısa müstəqillik tarixində kosmik sənayeyə malik dövlətə çevrilməsi və dünya kosmik ailəsinə daxil olması son dərəcə qürurverici haldır. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib. Dövlət başçısının 3 may 2010-cu il tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. “Azərkosmos”un yaradılmasında əsas məqsəd ölkədə kosmik sənayeyə aid milli məhsul istehsalını təmin etməkdən ibarətdir. ASC-nin yaradılmasından təxminən 3 il sonra, 2013-cü il fevralın 8-də “Azerspace-1” peyki uğurla orbitə çıxarılıb. Azərbaycanın dünya kosmos ailəsinin tərkibində fəaliyyəti ilə bağlı qarşısına qoyduğu hədəflər isə daha genişdir. “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanan müqaviləyə əsasən 2014-cü ilin iyununda orbitə çıxarılan və “Azersky” adlandırılan “Spot 7” yüksək ayırdetməli Yer səthini məsafədən müşahidə peyki “Azərkosmos” ASC-nin mülkiyyətinə keçib və onun kommersiya fəaliyyətinə start verilib.
Son 15 ildə Azərbaycanın özünün müasirləşmə strategiyasına uyğun olaraq insan kapitalının inkişafına böyük qayğı göstərdiyini də xüsusi qeyd etmək lazımdır. Bu sahədə respublikamız dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad edib. Müasir dövr elm, təhsil, yeni texnologiyalar, innovasiyalar dövrüdür. Ayrı-ayrı ölkələr ilk növbədə insan kapitalının formalaşdırılması sayəsində yüksək inkişaf səviyyəsinə çatıb. Azərbaycan da məhz bu yolu tutub. “Bu illər ərzində biz yeni texnologiyalara böyük diqqət vermişik. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Bizim indi iki peykimiz var və üçüncü peykin orbitə buraxılması nəzərdə tutulur. Azərbaycan bu sahədə də liderlik nümayiş etdirir. Bu, onu göstərir ki, biz gələcəyə baxırıq və gələcək də elmi-texnoloji inkişafla bağlıdır. Məhz buna görə biz təhsilə, elmə diqqət veririk, növbəti illərdə daha da böyük diqqət göstərməliyik. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik. Buna nail olmaq üçün bizdə hazırlıqlı kadr potensialı olmalıdır, bu istiqamətdə bundan sonrakı illərdə də işlər görüləcəkdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17

